Müstəqillik dövrü Azərbaycan romanı
127
kimi məsələlər romanın dərin qatlarından baş qaldırıb sanki
oxucuya əl edir» (139, s. 176).
Romanın süjet xətti milli yaddaş problemi üzərində qu-
rulmuşdur və əsərin əhəmiyyətini artıran məqamlardan biri
milli yaddaşdan söz açılmasıdır. Çünki məlum olduğu kimi,
Azərbaycan yetmiş ildən artıq rus sovet əsarəti altında qaldığı-
na görə xalqın öz milli yaddaşına qayıtması vacib məsələlər-
dəndir. Sözsüz ki, öz keçmişini bilməyən millətin gələcəyi də
yoxdur. Müəllif roman boyu milli yaddaşın əhəmiyyətini vur-
ğulayır və yaddaşlarına dönük çıxanları və keçmişlərini unut-
maq istəyənləri pisləyir. Yazıçı bu məsələni qaldırmaq üçün
simvolikadan istifadə edir. «Bu tip adamların gen yaddaşına
qayıtmaq istəməməsini keçmişin qara günlərini xatırlamamaq,
bununla da yeni nəsli həmin günlərdən duyuq salmamaq istə-
yiylə bağladım. Lakin onu da bildirdim ki, irəli getmək üçün
keçmişi yaddan çıxarmaq olmaz, onu hökmən xatırlamaq la-
zımdır. Yovşan qağayılardan da söz açdım və bildirdim ki, hə-
min qağayıları görən adamlar keçmişindən xəbər tutar, gələcə-
yini təxmin edər» (59, s. 218).
Bu sitatdan aydın şəkildə görünür ki, yazıçı Azərbaycan
xalqını öz yaddaşına və keçmişinə qayıtmağa çağırır və keç-
mişi unutmaq çağırışı milli yaddaşı oyatmaq üçün düşünülmüş
vasitədir. Çünki Azərbaycanın gələcəyi onun keçmişi ilə sıx
bağlıdır və xalqın öz keçmişini yaxşı bilmədən tərəqqi etməsi
mümkün deyildir.
Romanda maraq doğuran məqamlardan biri milli yaddaş
məsələsinə fantaziya üslubu ilə yanaşılmasıdır. Belə ki, müəllif
babasının yaddaşının kodunu axtarıb taparaq o yaddaşa daxil
olur və yaddaşın içində babasının mirasını axtarmağa çalışır.
Qeyd etmək lazımdır ki, yazıçı romanda milli yaddaşla bağ-
lı mühüm məsələyə toxunmuşdur ki, bu da Araz çayı vasitəsilə
Azərbaycanın iki yerə bölünməsidir. Məlum olduğu kimi, həm
sovet hakimiyyəti illərində, həm də hazırkı dövrdə bu məsələ
128
Əhməd Sami Elaydi
çox həssas bir problem kimi xalqı düşündürməkdədir. Bu sə-
bəbdən yazıçı babasının yaddaşına daxil olmaqla fantaziya
şəklində bu məsələyə yanaşmağı zəruri hesab etmişdir.
Romanda diqqəti çəkən və xüsusi yer ayrılan məqamlardan
biri Azərbaycan adət-ənənələrinin təsviri ilə bağlıdır. Məsələn,
Novruz bayramı, qız qaçırılması, qisas, qan düşmənçiliyi və
s. məsələlər bu qəbildəndir. Romanda Novruz bayramını qeyd
etmə mərasimləri təsvir olunur: «İlk Novruz tonqalını da mən
həmin iki küçənin kəsişdiyi yerdə görmüşdüm... Öncə o mə-
kanın ortasında dilimləri ərşə dirənən alovun qızartısını, sonra
ocağın özünü və ətrafına toplaşmış insanları görmüşdüm. Bu
şadyanalığın əzəmətini, mənasını dərk etməsəm də, onun atəş-
fəşanlığını içimdə əziz bir xatirə kimi gəzdirmişdim və yəqin
ki, həmin gündən sonra mən Novruzun əsrarəngiz bir bayram
olduğuna inanmışdım. O, təkcə şəkərburaların, paxlavaların,
yumurta döyüşməyin rəmzi deyildi, Novruz insanların birliyi-
nin təcəssümüydü və onu hamı ilə birgə yaşamaq adama ləzzət
eləyirdi. Ona görə də hələ Novruza bir həftə qalmış bayramın
qurtaracağına təəssüfl ənirdim» (59, s. 13-14).
Göründüyü kimi, Elçin Hüseynbəyli Novruz bayramı
adət-ənənələrindən danışsa da, mərasimi incəliklərinə qədər təs-
vir etməmişdir. Qeyd edək ki, həm müstəqilik dövründə, həm də
əvvəlki illərdə Azərbaycan bədii nəsrində Novruz bayramı geniş
şəkildə qələmə alınmışdır. Məsələn, «İsmayıl Şıxlının müxtəlif
nəsr əsərlərində Novruz bayramı ilə bağlı etnoqrafi k səpkili epik
lövhələrə və folklor mətnlərinə də sıx-sıx rast gəlinir. Maraqlıdır
ki, yazıçı qələmə aldığı üç romanın üçündə də Novruz bayramı-
nın təsvirinə geniş yer vermişdir. Ancaq bu təsvirlərin heç birisi
digərinin təkrarı deyildir» (161, s. 55).
Elçin Hüseynbəyli «Yovşan qağayılar» romanında adət-
ənənə mövzusu ilə bağlı olaraq başqa iki maraqlı məsələyə
toxunmuşdur. Bunlardan birincisi qız qaçırılmasıdır ki, bu
məsələ Azərbaycan xalqının mentalitetində müəyyən yer tut-
Müstəqillik dövrü Azərbaycan romanı
129
maqdadır. Yazıçı romanda Fərhad kişinin öldürülmüş oğlunun
qırxı çıxmadan gəlinin qaçırılmasını və bu işin həmin mühitin
psixologiyasına zidd olduğunu təsvir edir.
İkinci məsələ isə namus-qeyrətlə bağlı qisas alınmasıdır.
Romanda yazıçının qeyd etdiyi kimi «Adam öldürsən, bağış-
lanarsan, namusa toxunsan, doğranarsan» prinsipi Azərbaycan
xalqın mənəviyyatında namusun nə qədər önəm daşıdığını
göstərir. Romanda Mahmud bəyin dul qalmış Səlminazı qaçı-
ran şəxsdən qisas alarkən onu yatan yerdə öldürməməsi bu cür
qisas almağın namərdlik olması, kişiliyə, qeyrətə sığmaması
anlamını ifadə etməkdədir.
Maraqlıdır ki, Azərbaycan ədəbiyyatında istər Sovetlər
Birliyi dövründə, istərsə də müstəqillik dönəmində bir-bi-
rilə bağlı olan bu məsələlərə tez-tez müraciət olunur. Belə ki,
İsmayıl Şıxlının «Dəli Kür» əsərində çox işlənən motivlər-
dən biri də qız qaçırılmasıdır. Cahandar ağa Mələyi, Şamxal
Güləsəri, Allahyar isə Salatını qaçırırlar. Lakin sonuncu düş-
mənlik xatirinə – qisas almaq üçün edildiyindən uğursuzluqla,
yəni Salatının ata yurduna geri dönməsi ilə sonuclanır» (118).
Elçin Hüseynbəylinin «Yovşan qağayılar» romanında qür-
bətə, mühacirətə getmək kimi mühüm bir ictimai məsələyə
toxunulur. Məlum olduğu kimi, son dövrlərdə Azərbaycanda
bir çoxları daha yaxşı şərait axtarmaq məqsədilə öz doğma
vətənini tərk edib başqa ölkəyə gedir. Onlar hesab edirlər ki,
vətəndən kənarda yaşamaq daha rahatdır. Yazıçı romanda həm
qağayılar obrazından, həm də proyeksiya prosesindən istifadə
edərək ustalıqla bu məsələni pisləyir: «Mən düşünmüşdüm ki,
qağayılar insanlardan etibarlı və sədaqətlidirlər, ac olmalarına
baxmayaraq, uçub başqa dənizlərə getmirlər, öz vətənlərinin
zibilliyində eşələnməyi, qürbət dənizdə gözəl yaşamaqdan üs-
tün tuturlar» (59, s. 100).
Qeyd etmək lazımdır ki, bu məsələyə həm Azərbaycanda,
həm də Azərbaycandan kənarda çap olunan bəzi romanlar-
Dostları ilə paylaş: |