Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə40/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   36   37   38   39   40   41   42   43   ...   120

148

Dializ

3. hipotoniya. ÜİX və başqa əlavə problemləri olan pasientlərdə 

dializ prosesində tez-tez qanın cərəyan sürətini aşağı salmaq 

məcburiyyəti yaranır. Bəzi dializ həkimlərinin  fi krinə görə qan 

cərəyanının sürətinin dializ zamanı artırılması intradializ ağır-

laşmaların tezləşməsinə  səbəb olur. Ona görə  də dializ zamanı 

hipotenziya,  əzələ  qıcolmalarının, ÜİX simptomlarının ortaya çıx-

dığı ilk dəqiqədən qanın cərəyan sürəti azaldılır. Amma qan cərəyan 

sürətinin azaldılması məqsədəuyğun deyil, çünki cihaz UF-nı qanın 

cərəyan sürətinə görə yox, verilmiş proqrama uyğun aparır. Odur ki, 

qanın cərəyan sürətini azaltmaq lazım deyil, çünki bu, dializ dozası-

nı azaldır. Göstərilən  əlamətlər  əksər halda volyumetrik nəzarət 

olmayan cihazlarda UF-nın artıq olmasından baş verir.

Qanın cərəyan sürətini adekvat (350 ml/dəq) saxlamaq üçün 16 

mm diametrli iynə kifayət edir. Bundan artıq qanın cərəyan sürəti 

lazım olduqda 14–15 mm diametrli iynələrdən istifadə oluna bilər. 

Kiçik diametrli iynələrdən istifadə olunduqda nasosun sorması 

nəticəsində mənfi  təzyiq yarana bilir ki, bu da qan cərəyan sürətini 

bir az da aşağı salır.

Əgər magistralın venoz seqmentində maneə olursa, bu, UF-ya 

volyumetrik nəzarət olmayan cihazlarda böyük həcmdə “spontan 

UF” aparıb xəstənin dehidratasiyasına səbəb olacaqdır.

AV  fi stula adi halda 600 ml/dəq və ondan çox qan cərəyanı 

təmin edə bilir. AV fi stula pis fəaliyyət göstərəndə heç 300 ml/dəq 

qan cərəyanını da təmin edə bilmir (damarların zəifl iyi, fi stulanın 

stenozu və s.). Bu zaman əgər nasosun qanı vurma sürəti fi stulanın 

imkanlarını üstələyirsə, onda resirkulyasiya yaranır, bu, dializin 

effektini azaldır.



Həftədə iki dəfə dializ

Bəzən çəkisi az olan və böyrəyin qalıq funksiyası  əhəmiyyətli 

dərəcədə saxlanılmış (>5 ml/dəq) xəstələrə  həftədə 2 dəfə dializ 

aparılır. Dializdə, adətən, böyrəyin qalıq funksiyası tədricən azaldığı 




149

Fəsil 6. Proqram hemodializi (PH)

üçün ikidəfəlik dializ müvəqqəti sayılır. Bəzi klinisistlər ikidəfəlik 

dializin daha yaxşı müalicə nəticələri verdiyini qeyd edirlər. Bu belə 

də olmalıdır, çünki ikidəfəlik dializ daha yüngül xəstələrə aparılır və 

şübhəsiz, onların müalicə nəticələri də yaxşı olmalıdır.

Həftədə 6 dəfə dializ

 (“gündəlik dializ”) – iki variantı vardır.        



Gecə dializi – gecə yuxu zamanı aparılır. Bu sxem Pierratos və 

başqaları tərəfi ndən (1999) qeyd olunmuşdur. Dializ həcmi həddən 

çox alınır və şübhəsiz, adekvatlıq təmin olunur. 

Qısa gündəlik dializ – bu zaman hər gün həftədə 6 dəfə 1,5–2,5 

saat dializ aparılır.



Dializator.

 Dializator membranının iki göstəricisinə fi kir verilir: 

biouyğunluq və keçiricilik.



Biouyğunluq – teoretik olaraq membranlar komplementi aktivləş-

dirir və onun fraqmentlərinin azad olmasına səbəb olur. Bu hal arzu-

olunmazdır, çünki neytrofi llərin superoksid hasil etməsi artır. 

Keçiricilik – sintetik membranlar yüksək keçiriciliyə malik olub

hətta böyük molekullu maddələri (molekul çəkisi 1000–15000 D) və 

hətta beta-2-mikroqlobulini (B-2-MG) də keçirə bilirlər.

Əks  fi ltrasiya – yüksək keçiriciliyə malik membranlı dializator 

UF-ya volyumetrik nəzarət aparmayan cihazlarda istifadə olunduqda 

nəzarət oluna bilməyən dehidratasiya təhlükəsi yaranır və dializ 

məhlulundakı bakteriyaların və pirogen məhsulların təsirindən  

prosedura zamanı pirogen reaksiyalar baş verə bilər. Qeyd 

olunmuşdur ki, yüksəkkeçiricilikli membranlı dializatorlar istifadə 

edildikdə qanda C – reaktiv zülal (CRP) artır. Ümumiyyətlə, CRP-



nin artması dializ xəstələrinin ölümünün artmasının markeridir.

Suyun keçiriciliyi.

 UF-ya nəzarət edən cihazlarda su üçün 

yüksək keçiricilikli dializatorlardan istifadə olunur (K

UF

>6,0). Əgər 



cihazda UF nəzarəti yoxdursa, onda K

UF

  aşağı olan dializatorlar 



istifadə olunur, amma bu zaman yüksək transmembran təzyiq (TMT)

yaradılır. Bu zaman lazım olan UF-dən 4 dəfə artıq UF edə bilən 

dializatordan istifadə olunur.



150

Dializ

Sterilizasiya üsulu.

 Yeni dializatorlar üç üsul ilə sterilizasiya 

edilir:

– etilenoksid – anafi laktik reaksiya verir;



– γ-şüalanma;

– buxar (avtoklavda).



Mayenin çıxarılması.

 “Quru çəki” məfhumu–bədənindən artıq 

suyu çıxarılmış  xəstənin dializdən sonrakı  çəkisidir. Quru çəki 

yüksək təyin olunduqda belə xəstə dializin axırında artıq sudan tam 

azad olmur, dializarası dövrdə    isə artıq suyun qəbulu nəticəsində 

ödem və  ağciyərlərdə qan dolğunluğu müşahidə edilir. Əgər quru 

çəki az təyin olunursa, onda dializin sonunda hipotoniya epizodları 

baş verir, dializdən sonra isə zəifl ik, ağızda quruluq, başgicəllənmə

əzələ qıcolmaları və s. müşahidə edilir.

Praktiki olaraq hər hansı  xəstənin quru çəkisi yoxlamalar və 

səhvlər metodu ilə  təyin olunur və  hər iki həftədən bir yoxlanılır. 

Quru çəkinin proqressiv olaraq azalması əksər halda qidalanmanın 

pozulması və ya infeksiya ilə əlaqədar olur.

UF qoyulanda həmişə nəzərə almaq lazımdır ki, dializ qurtardıqda 

xəstənin bədəninə 0,2 l maye yeridiləcəkdir.

Ultrafi ltrasiya. Dializ zamanı  bədəndən çıxarılmalı olan ma-

yenin miqdarı (UF) təyin olunandan sonra daimi bir sürətlə artıq 

maye bədəndən çıxarılır. Artıq mayenin dializ zamanı  bədəndən 

çıxarılmasının  başqa sxemləri də mövcuddur:

– proseduranın 1-2 saatında UF artırılır və dializin axırında 

azaldılır;

– dializin başlanğıcında dializ məhlulunda Na artırılır və ultrafi l-

trasiya aparılır.



6.2. Dializ məhlulu

Dializ məhlulunun sürəti

 – orta sürət kimi 500 ml/dəq götürülür. 

Sürəti 800 ml/dəq artırmaqla yüksək K

O

A dializatorlarda klirensi 



10% artırmaq mümkündür.


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə