Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə48/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   44   45   46   47   48   49   50   51   ...   120

174

Dializ

siyasından asılıdır. Arterial ötürücüdə  təzyiqin yüksəlməsi arterial 

hava tutucusunda və ya dializatorda trombun olması hesab olunur, 

əgər tromb venoz hava tutucusunda yerləşirsə, onda hər iki ötürücü-

də təzyiq qalxır. Venoz iynənin pis oturması və ya trombozu da venoz 

təzyiqin artmasına səbəb olur.



Qanın ekstrakorporeal konturda qatılaşması:

1. çox tünd qan;

2. dializatorda qara sahələr və ya zolaqlar;

3. venoz tutucuda köpük və tromb;

4. təzyiq ötürücüləri xəttinin qanla tez dolması;

5. qanın dializatorla venoz tutucu arasında rəqsi hərəkəti;

6. dializatorun arterial ucunda laxtalar.

Dializdən sonra dializatorun vizual nəzarəti

Dializdən sonra dializatorda bir neçə tromblaşmış kapilyarlar 

aşkar edilir. Adətən, kapilyarın tromblaşmasını xarakterizə etmək 

üçün – əgər 10%-ə  qədər kapilyarlar tromblaşıbsa  – 1, 50%-dən 

az – 2, 50%-dən çox – 3 rəqəmi ilə qiymətləndirilir və bundan asılı 

olaraq gələn dializlərdə heparinin dozası dəyişdirilir.



Qan laxtalanması testləri

Laxtalanma üçün qan arterial magistraldan heparindən  əvvəl 

götürülür. Qanın hissəvi tromboplastın vaxtının təyini (HTV). Bunun 

üçün 0,2 ml aktin FS-reagenti (trombofaks) 0,4 ml qan üzərinə əlavə 

edilir. Qarışıq qızdırıcıya qoyulur. 10 s.-dən sonra hər 5 s. laxtalanana 

qədər tərpədilir. HTV heparinin miqdarından asılıdır.



Laxtalanmanın aktivləşmə vaxtı (LAV), yuxarıda qeyd olunan test 

kimi aparılır, amma aktivator kimi  kremnium qumu götürülür.



Li-Uayta görə laxtalanma müddəti.  Sınaq  şüşəsinə 0,4 ml qan 

götürülür və o, hər 30 s-dən bir laxta əmələ gələnə qədər çevrilir. 

Bu üsulun mənfi   cəhəti təyin olunma müddətinin uzun olmasıdır. 



175

Fəsil 6. Proqram hemodializi (PH)

Bu üsul dializ zamanı laxtalanmanın təyin olunması üçün az istifadə 

olunur.

Müxtəlif mərkəzlərdə qanın laxtalanma vaxtı müxtəlif olduğu 



üçün hər mərkəz öz normativlərini hazırlayır (cədvəl 6.9).

Antikoaqulyasiya texnikası

Heparinləşmənin standart sxemi iki yolla aparılır:



1. Daimi infuziya ilə standart doza heparinləşdirmə

İlkin 


bolyus doza heparin (2000V) yeridilir. 5 dəq gözlədikdən sonra 

(heparin tam paylanır) arterial magistrala heparin infuziya olunur 

(1200V/saat sürəti ilə). Laxtalanma HTV, ALV və ya Li-Uayt üsulu 

ilə  hər saat yoxlanılır. HTV, ATV səviyyəsi +80% səviyyəsində 

saxlanılır, amma xəstənin orta ilkin göstəricisini 180%-dən çox 

olmamalıdır. Li-Uayt üsulu ilə isə laxtalanma vaxtı 20–30 dəq. 

saxlanılır. Dializin axırına 1 saat qalmış heparin yeridilmir.

 Cədvəl 6.9

Dializ zamanı lazım olan laxtalanma vaxtı

Test


Reagent

Başlanğıc 

səviyyə

Adi rejim



Yüngül 

heparinləşdirmə 

rejimi

Tələb olunan səviyyə



Tələb olunan 

səviyyə


Dializ 

zamanı


Dializin 

sonunda


Dializ 

zamanı


Dializin 

sonunda


HTV

Aktin FS


60-85 s

+80%


(120-140)

+40%


(85-105)

+40%


(85-105)

+40%


(85-105)

LAV


Kremnium 

qumu


120-150 s

+80%


(200-250)

+40%


(170-190)

+40%


(170-190)

+40%


(170-

190)


Li-

Uayt 


testi

yoxdur


4 - 8

dəq


20-30

dəq


9-16

dəq


9-16

dəq


9-16

dəq



176

Dializ

2. Təkrari bolyus üsulu ilə standart doza heparinin yeridilməsi. 

Başlanğıc bolyus doza yeridilir (4000 V), hər saatdan bir qanın 

laxtalanması yoxlanılır. HTV və ATV ilkin səviyyənin +50%-dən 

aşağı saxlanılır. Li-Uayta görə laxtalanma vaxtı 20 dəq-dən aşağı 

saxlanılır. Heparin 1000–2000 V bolyus üsulu ilə yeridilir və yarım 

saatdan sonra laxtalanma vaxtı yoxlanılır (şəkil 6.1).

Səkil 6.1. Ìöõòÿëèô ñõåì èëÿ éåðèäèëìèø ùåïàðèíèí ãàí ëàõòàëàíìàñû âàõòûíà òÿñèðè 

(ùèññÿâè òðîìáîïëàñòèí âàõòû ÙÒÂ)



Dozanın artırılması.

 Daimi heparin infuziyası zamanı başlanğıc 

bolyus 2000V bütün xəstələrdə HTV və ALV ilkin göstəricidən 

+80% artırılır, ona görə  bəzən heparinin dozasını 4000 V qədər 

artırmaq lazım olur. Bu, heparinin aktivlik dərəcəsi və xəstənin fərdi 

həssaslığından asılıdır. Başlanğıc bolyus doza heparini (2000V) 

yeritdikdən 3 dəq. sonra HTV və ya ALV təyin olunur, əgər artım 

+80%-ə çatmırsa, onda yenə 1000V heparin yeridilir.



Dozanın azaldılması. 

Ağır uremik intoksikasiyası olan xəstə-

ÙÒÂ

áaøëàíüûú



áîëéóñ

òÿêðàð


áîëéóñ

àäè ðåæèìäÿ 

ìÿãñÿä ËÂ

áàçà ËÂ


Äèàëèç çàìàíû ñààòëàð

“êè÷èê àíòèêîàãóëéàñèéà 

çàìàíû  ìÿãñÿä ËÂ

äàèìè 


èíôóçèéà


177

Fəsil 6. Proqram hemodializi (PH)

lərdə, trombositlərin və endoteliumun uremik disfunksiyası olduqda 

qanaxma vaxtı uzandığı üçün heparinin dozası azaldılır. Qısa 

dializdə (2 saat) 4000V ilkin bolyus heparin dozası artıq ola bilər 

və  hətta dializin axırına qədər laxtalanma müddətinin uzanmasına 

və dializi qurtardıqda çıxarılmış iynə yerindən qanaxmaya səbəb ola 

bilər. çəkisi 50–90 kq olan xəstələrdə heparinin dozası dəyişdirilir.

Heparinin infuziyası zamanı orta sürət 1200 V/saat seçilir, amma 

bu 500–3000 v/saat arasında dəyişilə bilər. HTV və ALV heparinin 

infuziya sürətində düz mütənasib dəyişir. Heparinin 1200 V/saat 

infuziyası HTV-ni 60 san. uzadır, 1800 V/saat 90 san. uzadır, 600 V/

saat 30 san. uzadır.



Heparinin tam kəsilməsi. 

Heparinin yarımparçalanma dövrü 

dializ xəstələrində 50 dəq. (30–120 dəq. arasında) olur. HTV hepa-

rinin dozasından düz mütənasib qaydada asılı olduğu üçün qanın 

laxtalanma vaxtını  dəqiq hesablamaq olar. Dializin axırına 1 saat 

qalmış heparin infuziyasının saxlanması HTV və ALV +40%-ə 

düşməsinə  səbəb olur, bu da arzu etdiyimiz nəticədir. Heparinin 

qanda səviyyəsi 0,2 V/ml olduqda dializatorun laxtalanma riski 

5%-dən az olur. Hazırda sistem heparinizasiya dializ zamanı anti-

koaqulyasiyanın qızıl standartı hesab olunur.



Yüngül heparinləşdirmə rejimi. 

Az qanaxma riski olan xəstə-

lər üçün yüngül heparinizasiya rejimi seçilir. Laxtalanma HTV və 

ALV ilə nəzarət olunur və göstəricilər ilkin nəticədən +40%-ə qədər 

artırılır. İlkin bolyus heparin dozası venoz xəttə yeridilir (arteriyaya 

yox!). Bundan sonra daimi infuziya rejimi seçilir.



Daimi infuziya rejimi ilə yüngül heparinləşdirmə.

1. İlkin laxtalanma vaxtı təyin olunur;

2. Başlanğıc bolyus doza 700V yeridilir;

3. 3 dəq. sonra HTV ya ALV yoxlanılır;

4. HTV, ALV ilkin göstəricini +40%-ə çatdırmaq üçün lazım 

gəldikdə əlavə 500V heparin yeridilir.

Heparinin infuziyası sürəti 600 V/saat seçilir.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə