Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə56/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   52   53   54   55   56   57   58   59   ...   120

200

Dializ

antaqonistlərinin istifadə olunması məsləhətdir. Diareya ilə müşayiət 

olunan diabetik enteropatiya qidanın pis mənimsənilməsinə, 

arıqlamaya və hipoqlikemiyaya səbəb olur. Aydın təzahür edən 

enteropatiyada geniş təsirə malik antimikrob preparatlardan istifadə 

oluna bilər (məs. doksisiklin 50–100 mq/gün). Yoğun bağırsağın 

motorikasını azaltmaq üçün loperamid hidroxlorid 10 mq/gün 

istifadə olunur.



Qanda  şəkərin nəzarət olunması.

  XBÇ zamanı diabetsiz 

xəstələrdə  də beta-hüceyrələrdə insulinin sekresiyası azalır və 

periferik toxumaların insulinə həssaslığı aşağı düşür. Digər tərəfdən 

böyrəklərdə  və digər səbəblərdən insulinin katabolizmi azalır və 

onun yarımparçalanma dövrü uzanır. Bütün bu dəyişiklikləri dializ 

müalicəsi ancaq hissəvi bərpa edir.

Diabetli dializ xəstələrinə insulinin təsiri intensiv və davamiyyətli 

olur, ona görə kiçik dozada insulin işlədilir. Adi insulinin kiçik dozada 

15 mE bolyus istifadəsi hətta ketoz olduqda belə, ağır hipoqlikemiya 

müşahidə oluna bilər. Hipoqlikemiya uzadılmış təsirli insulin–sink–

suspenziya (Lente və izofan–insulin) insulinləri yeritdikdə  də ola 

bilər. 


Hiperqlikemiyanın böyrək  çatışmazlığında kliniki mənzərəsi də 

dəyişilir. Qlükozuriya kimi ”təhlükəsizlik qapağı” olmadığı üçün 

xəstələrdə çox yüksək hiperqlikemiya müşahidə edilir, amma bu 

əlamətsiz keçir. Xəstələrdə susuzluq, bədən kütləsinin tez artması 

və  ağciyər ödemi müşahidə edilir. Bununla belə, insulindən asılı 

xəstələrdə  ağır hiperkaliyemiya və koma, diabetik ketoasidoz 

müşahidə edilir. Ketoasidozla olan hiperqlikemiya zamanı böyrək 

çatışmazlığı olmayan xəstələrin müalicəsi üçün bədənə artıq miq-

dar maye yeritmək lazım gəlir, amma dializ xəstələrində bu, əks 

göstərişdir.

Hiperqlikemiyanın müalicəsi üçün ancaq insulindən istifadə 

olunur. Bu zaman insulinin daimi kiçik dozada infuziyası (2 v/saat) 

başlanılır, hər 2–3 saatdan bir qanda qlükoza və kalium təyin edilir.



201

Fəsil 7. Dializ xəstələrin problemləri

Hipoqlikemiya insulin parçalanmasının zəifl əməsi, qida mad-

dələrinin istifadəsi və sorulmasının azalması ilə əlaqədar baş verir. 

Hipoqlikemiya riski qidalanma çatışmazlığı, qlikogen ehtiyatlarının 

tükənməsi və beta-blokator qəbul edən xəstələrdə qlikoneogenezin 

pozulmasından baş verir. Diabet xəstələrində istifadə olunan dializ 

məhlulunda 200 mq/dl qlükoza olmalıdır.

Dializ alan diabet xəstələrində acqarına  şəkərin səviyyəsi 140 

mq/dl, qida qəbulundan sonra 200 mq/dl və qlikohemoqlobininin 

səviyyəsi normanın 100–120%-dən yüksək olmamalıdır. Qlükometrlə 

qlükozanın ekspress yolla yoxlanılması ən azı gündə bir dəfə, əsasən 

isə 2–3 dəfə aparılmalıdır.

Qlikohemoqlobinin səviyyəsini təyin etdikdə nəzərə alınmalıdır 

ki, böyrək çatışmazlığı zamanı karbomilləşmiş Hb əmələ  gəlməsi 

artdığı üçün iondəyişən xromatoqrafi ya üsulu ilə bu maddələri 

ayırmaq mümkün olmur. Odur ki, XBÇ zamanı affi n xromatoqrafi ya, 

kolorometrik və immunoferment üsullarından istifadə olunmalıdır.

Hemodializdə olan xəstələrin insulin tələbatı yüksək olmur, lazımi 

doza uzunmüddətli insulini 2 dəfə yeritməklə və lazım olduqda qida 

qəbulundan sonra qısamüddətli sadə insulindən də istifadə olunur. 

Doza hər bir xəstəyə individual seçilir.

Periton dializində insulinin bir hissəsi konteynerin materialı  və 

magistrallarda absorbsiya olunduğundan periton dializi məhluluna 

sadə insulinin əlavə edilməsi ilə qlikemiyaya nəzarət edilir. Gün 

ərzində periton məhluluna qarışdırılan insulinin miqdarı gündəlik 

dərialtına yeridilən dozadan 2–3 dəfə artıq olur. Bəzi klinisistlərin 

fi krinə görə periton dializi məhluluna insulinin qarışdırılması 

peritonitlərin baş vermə tezliyini artırır və periton dializinin 

effektivliyini aşağı salır.

HX peroral şəkərsalıcı preparatlar bəzən istifadə edilir. Adətən, 

qaraciyərdə metabolizə uğrayan qısamüddətli agentlər istifadə olu nur. 

Asetoheksamid, xlorpropamid və tolazamid istifadə olunmur, çünki 

əsasən sidiklə ekskresiya olunurlar. Qliburidin xaric olunmasının 

50%-i qaraciyərdə baş verir, odur ki, hipoqlikemiya verir. Roziqli-



202

Dializ

tazon, pioqlitazon, repaqlinid, qlipizid, tolbutamid və qliclazid 

preparatlarının metabolizmi qaraciyərdə baş verdiyi üçün onlar 

dializ xəstələrinin müalicəsində istifadə oluna bilərlər. 

Sulfonureaz preparatların hipoqlikemik təsirini fenotoin, nikotin 

turşusu, sidikqovucular işlətdikdə zəifl ədir, sulfanilamid, salisilatlar, 

varfarin, etanol isə gücləndirir.

Biquanidlərdən metformin laktoasidoza səbəb olduğu üçün 

istifadə olunmur. Akarboz bağırsaq selik qişasında alfa-qlikozidazanı 

inhibisiya etdiyi üçün qida qəbulundan sonra hiperqlikemiyanın 

səviyyəsini azaldır və başqa preparatlarla kombinasiyada istifadə 

olunur.

Hiperkaliyemiya – diabet zamanı müntəzəm təsadüf olunur. 



İnsulin defi siti və ona qarşı rezistentlik aldosteron defi siti, mayenin 

hüceyrədaxili sektordan hüceyrə xaricinə keçməsi baş verir.

Arterial hipertenziyanın nəzarət edilməsi ürək-damar xəstəliklə-

rinin və görmə qabiliyyətinin qorunmasının profi laktikasıdır. AÇFİ, 

ARB ən müntəzəm istifadə olunur. Alternativ olaraq vazodilatatorlar 

və kalsium kanal blokatorları işlədilir (məs. klonidin və labetolol). 

Beta-blokatorlar istifadə olunmur, onlar hipoqlikemiyanı  aşkar 

etməyi çətinləşdirir, çünki adrenergik mexanizmlə əzələ tərəfi ndən 

kaliumun tutulmasını inhibisiya edir. Periferik damarlar zədələndiyi 

üçün dializ xəstələrində müntəzəm amputasiya aparılır. Beyin 

damarlarının zədələnməsi (insult) diabeti olmayan dializ xəstələrinə 

nisbətən daha çox təsadüf olunur.

Görmə orqanın zədələnməsi – konyunktivit, keratit müşahidə 

olunduqda antibiotik, antifunqal və antiviral göz dərmanları ilə 

müalicə olunur. Bəzən xüsusən kalsium-fosfor hasili 70-dən çox 

olan (mq/dl ilə ifadə olunduqda) xəstələrdə lent keratopatiyası 

(korneal-konyuktival kalsifi kasiya)  müşahidə edilir və kalsium 

fos fatın çökməsindən konyuktivanın qıcıqlanması (”qırmızı göz-

lər” sindromu) nəticəsində baş verir. Bu ağırlaşmanın  ən yaxşı 

müalicəsi böyrək transplantasiyasıdır. Bəzən keratoektomiya, yaxud 




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə