162
Dializ
adenozinin azad olması → norepinefrinin sekresiyasının blokadası
→ vazodilyatasiya → hipotoniya. Qeyd olunan mexanizm Het
20–25%-dən aşağı düşdüyü zaman hipotoniyanın baş verməsinin
səbəblərindən biridir. Bəzən kəskin anemiyalı xəstələrdə sindializ
hipotenziyanın qarşısını almaq üçün hemotransfi ziya və Het-i 30%-
ə qədər qaldırmaq lazım gəlir.
Ağır hallarda midodrin tətbiq edilir. Bəzi xəstələrdə hipotoniyaya
qarşı norepinefrin cavabı zəif olduğu üçün onlara midodrin (peroral
alfa-adrenergik aqonist) 10 mq, dializdən 30 dəq qabaq təyin
olunur və bu, sindializ hipotenziyasının qarşısını alır. Midodrin
8 ay müddətində tətbiq edilə bilər, amma onun təsiri soyuq dializ
məhlulunun təsirindən effektiv deyildir.
Kardial faktorlarla əlaqədar hipotenziyalar.
Diastolik dis-
funksiya və sol mədəciyin çıxışında obstruksiya. Rigid, hipertrofi ya
olmuş ürək onun dolması təzyiqinin azaldığı zaman vurğu həcmini
lazımi səviyyədə saxlamır. Dializ xəstələrində diastolik disfunksiya
və sol mədəciyin hipertrofi yası müntəzəm təsadüf olunur.
Ürək vurğularının tezliyi (ÜVT) və yığılma.
Qanın dəqiqəlik
həcmi ürəyin dolmasından asılı olmayaraq azaldıqda, ÜVT və
miokardın yığılmasının gücünün artması sayəsində ümumi periferik
müqavimətin (ÜPM) azalmasını kompensasiya edir. Beləliklə, ÜPM-
nin azalması nəticəsində baş vermiş hipotenziya ÜVT-nin artması
hesabına kompensasiya olunur. Ürəyin kompensator mexanizmləri
pozulduqda ÜPM-nin yüngül azalması hipotenziyaya səbəb olur.
Dializatda kalsiumun səviyyəsini 1,75 mekv/l-ə qədər
qaldırdıqda dializ zamanı AT saxlanmasına səbəb olur. Bunun
mexanizmi kalsiumun təsirindən miokardın yığılma qabiliyyətinin
yaxşılaşmasındadır.
Sindializ hipotenziyanın başqa səbəblərindən sellülozadan ha-
zırlanmış membranın təsirindən komplimentin və bəzi sitokin
sistemlərin aktivləşməsi səbəbindən baş verdiyi göstərilir. Amma
aparılmış son tədqiqatlar bunu təsdiq etmirlər.
163
Fəsil 6. Proqram hemodializi (PH)
Hipotenziyanın klinikası.
Xəstələrdə ürəkbulanma, qusma, baş
gicəllənməsi, zəifl ik, əzələlərdə qıcolmalar, gözünün önündə pərdənin
əmələ gəlməsi, reaksiyaların zəifl əməsi, dərinin avazıması əlamətləri
müşahidə edilir. Bəzən isə AT-in tam kritik həddə düşməsinə qədər
xəstələr heç bir şikayət etmirlər. Odur ki, belə xəstələrdə hemodializ
zamanı hər 15 dəqiqədən bir AT-in ölçülməsi vacibdir.
Müalicə
Hipotoniya və qıcolmalar
– UF səviyyəsini azaltmaq;
– xəstəni Trendelenburq vəziyyətində uzatmaq, 100-500 ml NaCl
fi zioloji məhlulunu yeritmək və ya NaCl hipertonik məhlulu (23,4%)
– 10–20 ml 3–5 dəq. və ya qlükozanın hipertonik məhlulu (40–50%)
– 50 ml və ya natriumun dializatda qatılığını artırmaq lazım gəlir.
Müalicə tədbirləri təxirəsalınmaz olmalıdır. Xəstəyə Tren-
delenburq vəziyyəti verilir (əgər respirator vəziyyət imkan verirsə).
Venoz magistrala bolyus üsulu ilə 100 ml NaCl fi zioloji məhlulu
yeridilir, UF minimuma endirilir, sonra xəstə müşahidə edilir.
Fizioloji məhlula alternativ olaraq NaCl hipertonik məhlulu, qlükoza,
mannitol ya albumin götürülə bilər (cədvəl 6.6). Qıcolmalarda
hipertonik məhlula üstünlük verilir. Nazal oksigenasiyanın tətbiqi
işemiya və adenozin hasilinin qarşısını alaraq müsbət təsir göstərir.
Qanın hərəkət sürətinin dializatorda azaldılması əvvəlki illərdə
tətbiq edilirdisə də, indi bu, istifadə edilmir.
Cədvəl 6.6
Dializ zamanı hipotenziyanın qarşısının alınması
1. UF nəzarət edən cihazlardan istifadə etmək;
2. xəstə az xörək duzu istifadə etməlidir, bu da az su içməsinə və
dializarası dövrdə gündə 1 kq-dan çox çəki artırmayacağına səbəb
olacaqdır;
3. “quru çəkidən” çox bədəndən maye çıxarmamaq;
4. Dializatda natriumun qatılığını plazmada səviyyədə, ya bir az
aşağı saxlamaq;
164
Dializ
5. hipotenziv preparatların gündüz dozasını dializdən sonra
vermək (əvvəl yox);
6. bikarbonat dializatdan istifadə etmək;
7. bəzi xəstələrdə dializatın temperaturunu 34–36°C azaltmaq;
8. Het dializ əvvəl 33%-dən az olmamalı;
9. dializdən əvvəl və dializ vaxtı xəstəyə yemək verməmək;
10. qanın həcmini ölçən monitordan istifadə etmək;
11. bəzən dializdən əvvəl alfa-adrenomimetik (midodrin) istifadə
etmək.
Arterial hipertenziya.
Əsasən bədəndə artıq miqdarda suyun
və natriumun ləngiməsi nəticəsində baş verir. Bəzən isə hətta aşağı
səviyyəli natrium olan dializatla HD zamanı ultrafi ltrasiyadan sonra
arterial hipertenziya müşahidə edilir. Bu paradoksal fenomenin
səbəbini hipovolemiya-hiponatriyemiya nəticəsində renin-angio-
tenzin-aldosteron sisteminin aktivləşməsi ilə izah edirlər. Hazırda
hemodializ müalicəsi zamanı praktiki olaraq bütün xəstələrdə arterial
təzyiqi nəzarətə alıb 140/80 mm c.cüt. səviyyəsində saxlamaq olur.
Bunun üçün dializatda natriumun səviyyəsini tədricən aşağı salmaq
lazım gəlir.
Orta təzyiqə (OT) görə nəzarətin aparılması daha etıbarlı nəticə
verir (OT =100 mm c. süt.-dan aşağı olmalıdır): ATor=AT diast+1/3
AT nəbz = ATdiast + 1/3(ATcict – ATdiast).
Döş qəfəsində ağrılar:
– burundan oksigenləşdirmə 3 l/dəq;
– qanın hərəkət sürətini azaltmaq;
– UF səviyyəsini 0-a endirmək;
– hipotoniyanı müalicə etmək, əgər hipotoniya yoxsa, ÜİX-ə
şübhə varsa nitroqliserin dilin altına qoyulur.
Qaşınma:
– difenilhidramin hidroxlorid 25 mq daxilə və ya v/d;
– siproheptadin hidroxlorid 4 mq daxilə.
Ürəkbulanma və qusma:
– UF-i azaltmaq;
Dostları ilə paylaş: |