96
Dializ
α-blokatorların istifadəsi zamanı xəstələrdə postural hipotenziya,
baş gicəllənməsi, yuxululuq, ağızda quruluq, seksual disfuksiya
müşahidə oluna bilər.
Angiotenzin II reseptorların (AT
1
reseptorlar) blokatorları.
Bu qrup preparatlar angiotenzin II təsirini həyata keçirən AT
1A
və
AT
1B
reseptorları blokada edirlər. Bu qrupa daxil olan dərmanlar 3.6
saylı cədvəldə verilmişdir.
Cədvəl 3.6
BH müalicəsində istifadə olunan angiotenzin II
reseptorlarının blokatorları
Preparat
Doza, mq
Gündəlik qəbulu, dəfə
Lozartan (Kozaar)
50-100
1-2
Valsartan
80
1
Kandesartan*
4-6-8
1
*Kandesartan öd ilə də xaric olur
Bu qrup preparatların nefroprotektiv rolu yüksək qiymətləndirilir
(M.Martinez Maldonado, 2001), amma iqtisadi cəhətdən isə diuretiklər,
AÇFİ, KA, β-blokatorlar daha cəlbedicidirlər (A.İ.Martınov və b.,
2001).
Xəstələrdə böyrək xəstəliklərinin klinik təzahürlərinə görə BH-
nin müalicəsində hipotenziv preparatların müxtəlif kombinasiyaları
tərəfi mizdən işlənmiş və tətbiq olunmuşdur. Bütün kombinasiyalar
əksər hallarda ilgək diuretikləri fonunda aparılır (cədvəl 3.7)
və hipotenziv preparatların istifadəsi alqoritmi hazırlanmışdır
(şəkil 3.1).
97
Cədvəl 3.7
XBÇ etiologiyası və kliniki xüsusiyyətindən asılı olan
hipotenziv terapiya
XBÇ etiologiyası və
xüsusiyyəti
Əks-göstərişdir
Göstərişdir
ÜİX
Qanqlioblokatorlar,
PV
BAB, KKB,
nitroqliserin
Böyrəyin işemik
xəstəliyi
AÇFİ, ARB
BAB, KKB, PV
Xroniki ürək
çatışmazlığı
Qeyri-selektiv BAB,
KKB
İlgək diuretikləri,
spironolakton,
AÇFİ, BAB, karvedilol
DN
Tiazid diuretiklər,
spironolakton,
qeyri-selektiv BAB,
qanqlioblokatorlar,
metildopa
İlgək diuretikləri,
AÇFİ, ARB, KKB,
moksonidin, nebivolol,
karvedilol
Podaqrik nefropatiya Tiazid diuretiklər
AÇFİ, ARB, BAB,
ilgək diuretikləri, KKB
Prostat vəzinin xoş-
xassəli hiperplaziyası
Qanqlioblokatorlar
Alfa-adrenoblokatorlar
Siklosporin
nefropatiyası
İlgək, tiazid
diuretikləri, AÇFİ
KKB, spironolakton,
BAB
Hiperparatireoz
nəzarət olunmayan
hiperkalsiyemiya ilə
Tiazid diuretiklər,
BAB
İlgəg diuretukləri,
KKB
Qeyd: ÜİX –ürəyin işemik xəstəliyi, PV –
periferik vazodilatatorlar, BAB –
beta-adrenoblokatorlar, KKB – kalsium kanal blokatorları, AÇFİ – angiotenzini
çevirən fermentin inhibitorları, ARB – angiotenzin İİ reseptorlarının blokatorları,
DN – diabetik nefropatiya.
I kombinasiya – AÇFİ + β-blokatorlar – 50 yaşdan aşağı olan
xəstələrdə, taxikardiyada, ürək çatışmazlığı olmadıqda tətbiq olunur.
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi
98
Dializ
II kombinasiya – AÇFİ + KA – bradikardiya, şəkərli diabet
(verapamil) və yaşlı xəstələrdə istifadə edilir.
III kombinasiya – AÇFİ + α-blokatorlar - arterial hipertoniyanın
prostat vəzin xoşxassəli hiperplaziyası ilə müştərək təsadüfl ərində
istifadə edilir.
IV kombinasiya – AÇFİ + angiotenzin II reseptorları blokatorları
– başqa hipotenziv dərmanlar effektsiz olduqda tətbiq olunur.
Hipertonik krizlərdə nifedipin 10 mq dozada dilin altına
qoyulmaqla istifadə olunur, lazım olduqda 15 dəqiqədən sonra təkrar
edilir.
Şəkil. 3.2. XBÇ zamanı AH müalicəsi alqoritmi.
99
Beləliklə, çoxillik təcrübələrə əsaslanaraq qeyd edirik ki,
BH müalicə sxemləri nəinki yüksək AH nəzarətdə saxlamağa
imkan verir, həmçinin böyrək xəstəliklərinin müalicə nəticələrini
yaxşılaşdırmaqla XBÇ-nin sürətli inkişaf tempinin qarşısını alır.
İnfeksion ağırlaşmaların müalicəsi
Antibakterial müalicə apardıqda böyrəklərin qalıq funksiyalarını
qorumaq üçün əsasən qaraciyərdə metabolizmə uğrayan anti-
biotiklərdən istifadə olunur. Nefrotoksik antibiotiklərdən istifadə
olunmur. Başqa antibiotiklərin dozası YFS görə hesablanır.
3.2. Böyrək əvəzedici terapiya
XBÇ-nin müalicəsi iki qrup üsulların köməyi ilə aparılır:
1. Konservativ müalicə üsulları;
2. Aktiv müalicə üsulları və ya böyrək əvəzedici terapiya (BƏT).
Konservativ müalicə üsulları pəhriz, medikamentoz vasitələr,
dərman bitkiləri, fi zioterapevtik, sanator-kurort müalicələrini əhatə
edir. Bu üsullar YFS-nin 15 ml/dəqiqədən yüksək olduğu zaman
tətbiq olunur.
BƏT böyrəklərin funksiyasının ağır zədələnməsi zamanı, yəni
YFS 15 ml/dəq-dən aşağı endikdə tətbiq edilir.
Hazırda XBÇ-nin müalicəsi üçün BƏT kimi hemodializ və periton
dializi, həmçinin böyrəkköçürmə tətbiq olunur. Periton dializi yeni
doğulmuş və kiçik uşaqlarda, ağır ürək-damar sistemi xəstəlikləri,
damar yolu problemi olduqda (şəkərli diabet nəticəsində inkişaf edən
XBÇ), azad hərəkət lazım olan insanlarda tətbiq olunur. Tez-tez peritonit
və xəstələrin fi ziki cəhətdən zəifl iyi periton dializindən imtinaya səbəb
ola bilər. Əksər hallarda XBÇ olan xəstələrin müalicəsində proqram
hemodializdən istifadə olunur.
Periton dializi. Bədənin təmizlənmə prosesində böyrəklərlə
yanaşı, başqa orqanlar da iştirak edir. Belə orqanlar arasında
qarın boşluğunu içəridən və bütün qarın boşluğu orqanlarını örtən
Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi