Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə28/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   24   25   26   27   28   29   30   31   ...   120

100

Dializ

membrana – periton əsas yer tutur. Bəzi halda BƏT kimi periton dializi 

seçilir, bu zaman əməliyyatdan 1 ay əvvəl xüsusi cərrahi əməliyyat 

yolu ilə periton boşluğuna yumşaq kateter qoyulur. Bu kateter 

vasitəsi ilə xəstənin periton boşluğu xüsusi tərkibli steril məhlul ilə 

doldurulur, bu məhlula qanda olan toksinlər və metabolitlər keçir. 

Bir neçə saatdan sonra məhlul qarın boşluğundan çıxarılır, beləliklə, 

məhlulda həll olmuş maddələr də bədəndən çıxır (şəkil 3.3). 

Şəkil 3.3. Periton dializi. A – məhlulun periton boşluğuna yeridilməsi; 

B – ekspozisiyadan sonra məhlulun çıxarılması

Belə əməliyyatı xəstə evdə müstəqil şəkildə özü və ya qohumların 

köməyi ilə aparır, yəni gündə 3–5 dəfə qarın boşluğundakı mayeni 

yenisilə dəyişir. Məhlulun dəyişilməsi çox sadə əməliyyat olub 20 

dəqiqə  çəkir. Bu əməliyyatı aparmaq üçün xüsusi bilik, təcrübə 

tələb olunmur, amma gigiyenik və aseptik qaydalara riayət etmək 

lazım gəlir. Bəzi xəstələr periton dializinə üstünlük verirlər, çünki 

bu zaman özlərini daha sərbəst, azad hiss edirlər. Ölkəmizin ucqar 

A

B




101

bölgələrində periton dializinin BƏT kimi tətbiqi daha əlverişlidir. 

Amma hələlik istehsalın təşkil olunmadığı üçün məhlulların xarici 

ölkələrdən gətirilməsi səbəbindən onların bahalığı  və  həkimlərin 

informasiyasızlığı üsulun yayılmasına mane olur. 

Hemodializ.

  Qanın (hemo-qan, dializ-təmizləmə) xüsusi fi ltrin 

(dializator)  köməyi ilə yarımkeçirici membran vasitəsi ilə təmizlənməsi 

prosesidir. Cihaz cərrahi  əməliyyat vasitəsi ilə yaradılmış xüsusi 

damar yolunu (fi stulanı) xüsusi iynə ilə punksiya edirək qan dövranına  

birləşdilir. Boru sistemi ilə qan dializatora təmizlənmək üçün daxil olur. 

Bu zaman xəstənin qanının müəyyən hissəsi (200–300 ml) bədəndən 

xaricdə olur, fasiləsiz olaraq dövr edir, zərərli maddələrdən təmizlənir

və sonda orqanizmin qan dövranına qayıdır (şəkil 3.4). 

Standart olaraq dializ proqramı, adətən, həftədə 3 dəfə 4 saat davam 

edir və bu proqram hemodializ və ya periodik hemodializ, yaxud xronik 

hemodializ adlanır.  Əksər xəstələr həftədə 3 dəfə xüsusi şöbələrə – 

Hemodializ Mərkəzlərinə  gələrək bu əməliyyatı ambulator qəbul 

edirlər. Xəstə düzgün göstərişlə hemodializə seçilirsə o,  illərlə və ya 10 

illərlə müalicə ala bilir və dializin köməyi ilə  dolğun bir həyat yaşayır. 

Əgər xəstə ona tövsiyə olunan rejimə əməl edirsə və tibbi məsləhətləri 

ye ri nə ye tirirsə, iş qabiliyyətini də saxlayır. Dializ xəstələrinin rea-

bilitasiyası nın əsas şərtlərindən biri onların vaxtında aktiv müalicəyə 

göndərilməsidir. Bundan başqa, bu insanların ailədə lazımi qayğı  və 

diqqətlə əhatə olunması da vacib şərtlərdən sayılmalıdır

Xəstələr razı olduqda 3–6 ay dializ müalicəsindən sonra böyrək 

transplantasiyasına göndərilirlər. Bu dövrdə  xəstələrin vəziyyəti 

yaxşılaşır, onlar  hərtərəfl i müayinə olunur və əks-göstəriş olmadıqda 

böyrək köçürmə  əməliyyatı yerinə yetirilir. Xəstələrə dializ apar ma-

dan  böyrəkköçürmə əməliyyatı ancaq çox yaxşı qurulmuş təşkilati 

işlər sayəsində aparıla bilər. Bu zaman da bəzi halda böyrəkköçürmə 

əməliyyatından sonra transplantasiya olunmuş böyrəyin funksiyası 

bərpa olunmursa xəstələrə hemodializin aparılması mümkündür.

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



102

Dializ

Şəkil 3.4. Hemodializ



Proqram hemodializə göstərişlər.

XBÇ zamanı proqram hemodializə (PH) göstərişlər:

1. Kreatinin böyrək klirensi 10–15 ml/dəq/1,73 m

2

-dən



 

 az;


2. Sidik cövhərinin böyrək klirensi 7 ml/dəq/1,73 m

2

-dən  az;



3. Qanda kreatinin səviyyəsi 600–700 mk mol/l-dən yüksək;

4. Qanda kaliumun səviyyəsinin 6,5 mmol/l-dən yüksək;

Aşağıdakı kliniki əlamətlərin birinin olması:

– uremiya simptomları; 

– hiperhidratasiya, nəzarət olunmayan AH, xroniki ürək ça tış-

mazlığı, başlayan ağciyər ödemi;

– proqress edən uremik neyropatiya;

– metabolik asidoz, dekompensasiyaya uğradıqda;

– uremik perikardit, uremik prekoma;

– zülal-enerji çatışmazlığı (malnutrition), hiperkatabolizm.




103

Proqram hemodializə nisbi əks göstərişlər:

1. Bədxassəli şişlər;

2. UİX, miokard infarktı, ürək çatışmazlığı;

3. Xroniki hepatitin dekompensasiya mərhələsi, qaraciyər serrozu;

4. Ağciyərin obstruktiv xəstəlikləri, aktiv vərəm;

5. Baş  beyin  damarlarının zədələnməsi;

6. Psixiki xəstəliklər (şizofreniya, epilepsiya, psixoz və s.);

7. Qan xəstəlikləri (aplastik anemiya, leykoz və s.);

8. Aşağı intellekt səviyyəsi, sosial reabilitasiyaya marağın ol ma-

ması (alkoqolik, narkoman, evsiz avaralar);

9. Sinir sisteminin ağır xəstəlikləri;

   10. Antikoaqulyant yeritdikdə massiv qanaxmanın yüksək riski 

olan xəstələr (uşaqlıq fi broması, Mellori-Veys sindromu, mədə və 12 

barmaq bağırsaq xorası). Ürək və magistral damarların  anevrizması. 

Qeyd etmək lazımdır ki, XBÇ ilə olan və proqram hemodializə 

potensial ehtiyacı olan xəstələrin vaxtında nefroloqun məsləhətinə 

göndərilməməsi nəticəsində  xəstəliyin kliniki gedişinin ağır  şə-

kil aldığı zaman xəstəyə hemodializ müalicəsinin kömək gös-

tə  rəcəyinə  təminat vermək mümkün olmur. Ona görə  də  xəstənin 

nefroloqun məsləhətinə vaxtında göndərilməsi  çox vacibdir, çünki bu 

mütəxəssislərlə görülən tədbirlər nəticəsində, dializönü dövrdə XBÇ-

nin ağırlaşmalarını aradan qaldırmaq imkanını verir. Digər tərəfdən, 

hemodializ müalicəsinə göstərişi düzgün təyin etmədikdə xəstələrin 

vəziyyətinin daha da pisləşməsinə  və fatal sonluğun tezləşməsinə 

səbəb olur.

BXX-nin erkən mərhələlərindən başlayaraq böyrəklərin  əsas 

zədələnmə səbəbi aşkar olunur və nefroprotensiya tədbirləri aparılır 

və xəstələrdə hər mərhələdə meydana çıxa bilən ağırlaşmalar müali-

cə olunur və onlar dializ müalicəsinə mümkün qədər başqa orqan və 

sistemlərdə az pozğunluqlar ilə çatdırılırlar (şəkil 3.5). Bu xəstələrin 

tam tibbi və sosial reabilitasiyasına imkan verməklə yanaşı, həyatın 

keyfi yyətinin yaxşılaşmasına səbəb olur.



Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 


Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə