Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə36/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   32   33   34   35   36   37   38   39   ...   120

133

Fəsil 5.Dializ_üçün_damar_yolu'> Dializ üçün damar yolu

– böyrək transplantantının resipientləri;

– böyrəyin kəskin ayrılması sindromu zamanı müvəqqəti HD lazım 

olduqda.


Daimi damar yolu.

  AV  fi stulaya alternativ olaraq manjetli 

kateter damara daimi yerləşdirilir. Buraya kiçik uşaqlar, damarları 

zədələnmiş şəkərli diabeti olan xəstələr, piylənmə, bədənində damar 

yolu yaratmağın mümkün olduğu damarların istifadə edilməsi 

zərurətinin yaranması aiddir. Xüsusi göstəriş kimi adekvat qan 

dövranı olmayan kardiomiopatiya ilə olan xəstələrdə, hər gün dializ 

tələb olunan hallarda da daimi kateter istifadə olunur. Amma manjet 

kataterləri 60% 6 ay, 40% 1 il fəaliyyət göstərə bilirlər. Manjet 

kateterində qan cərəyanı 300 ml/dəq ilə məhdudlaşdığı üçün bədəncə 

böyük xəstələrdə təmizlənmə dərəcəsi az olur (URR və ya Kt/V).



Kateterlərin tipi və növü.

  İkidəlikli venoz kateterlər iki 

modifi kasiyada olurlar: “double-D” konfi qurasiyalı köndələn kəsiyi 

olan və iki koaksial silindrik yolu olan kateterlər. Kateter damarda 

bir neçə  həftədən çox qaldıqda infeksiyalaşa bildiyi üçün dakron 

manjetli kateterlər yaradıldı. Bu həm kateterin hərəkətinin, həm 

də infeksiyanın qarşısını alır. Son illər silikon, manjetli kateter 

cütlüyünə üstünlük verilir.

Punksiyanın yeri.

 Kateterin müxtəlif damarlara qoyulması üçün 

punksiya yerləri seçilir (cədvəl 5.1). Adətən, kateter daxili vidaci ve-

naya, yaxud bud venasına qoyulur. Körpücükaltı venanın punksiyası 

imkan daxilində az aparılır, çünki  bu zaman 40% halda tromboz 

və başqa ağırlaşmalar (pnevmotoraks, hemotoraks, körpücükaltı 

arteriyasının perforasiyası, çiyin  sinir kələfi nin zədələnməsi) mü-

şa hidə edilir. Vidaci venaya qoyulan kateterin əsas catışmazlığı 

onun boyunun hərəkətli olması ilə  əlaqədar çətin  fi ksasiyası olsa 

da bunu körpücüyün üstündən tunel yaradaraq kateterin ucunu döş 

qəfəsinin ön divarına çıxartmaqla aradan qaldırmaq olar. Bir həftə 

müddətində kateterin istifadəsi nəzərdə tutulursa, onda bud venasının 

kateterizasiyası yaxşı variant sayılmalıdır.




134

Dializ

                                                                             Cədvəl 5.1



Kateterin qoyulmasında müxtəlif yerlərin üstünlüyü və 

çatışmazlığı

Yer


Üstünlük

Çatışmazlıq

Bud venası

Punksiya asandır; risk 

azdır

Xəstənin immobilizasiyası; 



infeksiyanın böyük riski, 

böyük resirkulyasiya, əgər 

kateter 18 sm uzunluğunda 

olmasa


Körpücükaltı 

vena


Xəstə üçün rahatdır; 

uzun müddət istifadə 

oluna bilər

Venada böyük stenoz faizi və 

punksiya zamanı ağırlaşmalar

Daxili vidaci 

vena

Uzun müddət istifadə 



olunur; aşağı risk

Punksiya çətindir



Punksiyanın aparılması

Ultrasəsin nəzarəti ilə punksiya. Portativ US cihazın nəzarəti ilə 

daimi kateterin qoyulması damarın anatomik yerləşməsini təyin edir

proseduranı  dəqiq, ağırlaşmadan aparmağa imkan verir. Belə ki, 

birinci cəhddən vidaci venanın  punksiyası 36%-dən 83%-ə qalxmış, 

yuxu arteriyasının zədələnməsi 8%-dən 0-a enmişdir.

Kateter aseptik şəraitdə qoyulur: həkim steril cərrahi xalat və 

əlcək geyir. Əməliyyat sahəsi xlorheksidinin 2%-li sulu məhlulu ilə 

işlənir (povidon-yodindən yaxşıdır). İki mənfəzli kateter qoyduqda 

vena heparinli fi zioloji məhlul ilə dolu 10 ml şprisə birləşdirilmiş 16 

diametrli iynə ilə punksiya edilir. Təkmənfəzli kateter 18 diametrli 

iynə ilə punksiya edilir. İynəni yeritdikdə yüngül aspirasiya edilir. 

Tünd qanın xaric olması iynənin venada olmasını göstərir. Venaya 

düşdükdən sonra iynədən bələdçi – sim venaya salınir və maneəsiz 

10–15 yeridilir. Əgər sim maneəyə rast gəlsə, o çıxarılır və vena 

yenidən punksiya edilir. Bələdçi – sim yeridildikdən sonra iynə 

çıxarılır. Skalpel ilə simin yanında dəri bir qədər genişləndirilir. 



135

Fəsil 5. Dializ üçün damar yolu

Bəzən kanal dilatator ilə genişləndirilir. Sərt kateterlər (poliuretan,  

polietilen, politetrafl yuopoetilena) bələdçi – simin üzərindən vena ya 

yeridilir. Kateteri venaya yeritdikdə simin ucunun xaricdə qalma-

sına nəzarət olunmalıdır. Hava emboliyasından qaçmaq üçün simi 

çıxartdıqda kateteri sıxmaq lazım gəlir. Kateter heparinləşmiş fi zio-

loji məhlulla (1000 v/ml) doldurulur. Kateterin portu dəriyə 1–2 

ti kiş  lə bərkidilir, steril sarğı qoyulur. Əgər R-loji nəzarət kateterin 

düz gün  yerləşdiyini göstərirsə həmin kateter istifadə oluna bilər. R– 

müayinədə kateterin ucu 2–3 qabırğaarası sahədə olmalı, kateterin 

arterial ucu yuxarı boş venanın ortasında olmalıdır, yoxsa dializ 

zamanı kateter vena divarına yapışıb qanın alınmasına problem 

yarada bilər.

Vidaci vena punksiyası

 zamanı venaların dolması üçün xəstə 

Trendelenburq vəziyyətində uzadılır. Baş arxaya və punksiyanın 

əks tərəfi nə  əyilir. Sağ  tərəfə üstünlük verilir, çünki sağ  ağciyər 

zirvəsi soldan aşağıda yerləşir, həm də sağ vidaci vena sağ qulaqcığa 

nisbətən düz düşür, döş axacağından uzaqda yerləşir. Üç punksiya 

yolundan: mərkəzi, ön və arxa yollarından biri istifadə edilərək və 

vidaci vena punksiya olunur. Mərkəzi yol hamısından yüngül hesab 

olunur.

Körpücükaltı venanın punksiyası.

 Körpücükaltı venanın 

punksiyası təhlükəsiz olduğu üçün dializ sahəsində təcrübəli həkim 

tərəfi ndən aparıla bilər. Xəstəyə Trendelenburq vəziyyəti verilir. 

Baş 45° əks tərəfə – yana döndərilir. Kürək arasına bükülmüş dəs-

mal qoyaraq çiyinlər arxaya çəkilir. Körpücüyün altına orta 1/3 ilə 

iç 1/3 arasında anestetik yeridilir (bu nöqtədən bayıra punksiya 

pnevmotoraks və arteriyanın zədələnməsi riski ilə qarşılaşır). İynə 

vidaci çuxur istiqamətində yeridilir və iynəyə birləşdirilmiş şpris ilə 

yüngül aspirasiya edilir. Vena punksiya edildikdən sonra kateterin 

yeridilmə etapları yuxarıda qeyd olunduğu kimi edilir. Əgər kateter 

qısa müddət, 3 həftəyə qoyulursa, onda dərialtı tunel yaratmağa eh-

tiyac olmur.



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə