139
Fəsil 5. Dializ üçün damar yolu
5.3. Arteriovenoz fi stula
Arteriovenoz (AV) fi stulanın formalaşdırılması üçün əməliyyata
qədər xəstə anamnestik, fi zikal müayinələrdən keçirilir, doppler
venoz ultrasəs müayinəsi və ya venoqrafi ya, arterioqrafi ya, qan
dövranı həcminin doppler ölçülməsi apa rılır. Əməliyyat aparılan
ətrafa venadaxili infu ziyalar dayandırılır. AV fi stula dializdən 4–6 ay
əvvəl formalaşdırılır. Kre ta ninin səviyyəsi 4 mq/dl olduqda artıq AV
fi stula yaradılır.
Qeyri-dominant əl bu-
nun üçün optimal sayılır.
Dərialtında arteriya ilə
yaxın vena arasında anas-
tomoz yaradılır. Baş qa
damar yolundan fərqli
ola raq ağırlaşmalar (in-
fek
siya, stenoz, qanın
“oğurlanması” sindromu
və s.) az müşahidə edilir,
qan rahat əldə olunur,
xəstəlikləri az olur. Ça-
tış mazlıqlarından yetişmə
vax tının uzun olması, bə-
zən qan dövranının az ol-
ma sıdır. Bəzi xəstələrdə
da marlar zədələndiyi üçün
(diabetik angiopatiya,
ağır ateroskleroz), çox
kök xəstələrdə, nazik, də-
rin venalar olduqda, ve-
naların çoxlu punk siyası
nəticəsində zədə lənməsi
AV fi stula forma laşdırıla
bilmir.
Şəkil 5.2. Yuxarı ətrafda 5
yerdə arteriya ilə
yaxındakı vena arasında anastomoz (arteriovenoz
fi stula) yaradılır
À à. ðàäèàëès -
â cåïùàëèúà
Á à. óënàðèñ -
â áàsûëûúà
Ú à. áðàchèàëèñ -
â cåïùàëèúà
Ä à. áðàchèàëèñ -
â cåïùàëèúà
Å à. áðàchèàëèñ -
áàñèëècà
À
D
B
E
C
140
Dializ
Klassik radiosefal anastomoz biləkdə və dirsəkdə braxiosefal
anastomoz yaradılır. Başqa hallarda “anatomik tabakerkada”,
ulnarbaziylar anastomoz, yaxud dirsəkdə braxiobazilyar anastomoz
da formalaşdırıla bilər. Qeyri-dominant əldə bütün imkanlar
itirildikdən sonra dominant ələ keçilə bilər (şəkil 5.2).
AV fi stulanın formalaşdırılması.
Anastomoz arteriya ilə vena
arasında yan-yana və ya vena arteriya ilə uc-yana tikilir (şəkil 5.3).
Yerli anesteziya altında mil sümüyün bizəbənzər çıxıntısından
1 sm proksimal, 4–5 sm uzunluğunda boylama dəri kəsiyi aparılır.
Mil arteriyası 3 sm açılır və ayrılır. Sonra biləyin səthi arteriyaya
yaxın venası mobilizə olunur. Damar sıxacları ilə damarlar sıxılır,
yaxınlaşdırılır və anastomoz saxlamaq üçün fi ksasiya edilir. 5 mm
uzunluqda arteriya və venatomiya olunur və yan-yana anastomoz
yaradılır.
Şəkil 5.3. Arteriovenoz fi stulanın yaradılmasının mərhələləri
141
Fəsil 5. Dializ üçün damar yolu
Damar tikişi 6-8 №-li supramid ilə aparılır, əvvəl arxa, sonra
ön divar tikilir. Damar anastomozu düzgün yaradıldıqda sıxaclar
açıldıqdan sonra vena gərginləşir, sonra pulsasiya edir. Anastomozun
müxtəlif başqa variantları da ola bilər: uc-uca, uc venanın yanına,
uc vena – yan arteriya tikilir. Dəri tikilir, aseptik sarğı (boş ol-
malı) qoyulur. Fistula üzərində xarakterik küy eşidilir. Fistulanı
“yetişdirmək” üçün əlin işlədilməsi, bəzən zəif qoyulmuş turna ilə,
lazım gəlir və buna (venanın genişlənməsi və divarının qalınlaşması)
1 aydan 6 aya qədər vaxt lazım olur. Xəstənin qan dövranını cihaza
qoşmaq üçün arteriovenoz fi stula iki istiqamətdə iynə ilə punksiya
edilir. “Yetişməmiş” fi stulanı istifadə etmək məsləhət deyil, çünki
bu, hematomaya və hətta fi stulanın itirilməsinə (tromblaşmasına)
səbəb ola bilər. Fistulanın pis yetişməsinin əsas səbəbləri arteriya-
da qan dövranının zəifl iyi, anastomozun darlığı və fi stulanın əsas
venasından əlavə venoz şaxələrin olması daha müntəzəm təsadüf
olu nur. Ona görə də fi stula yaradıldıqdan sonra ilk günlər AT çox da
aşağı salınmır və əməliyyat zamanı əlavə venoz şaxələr bağlanılır,
heparin yeridilir.
5.4. Arteriovenoz protez
AV fi stulanın yaradılması mümkün olmadığı halda arteriya ilə
vena bir-biri ilə sintetik (politetrafl yuoretilen, boru ilə birləşdirilir.
Bioloji heteroprotez (öküz venası) ilə müqayisədə sintetik protez
yaxşı fəaliyyət göstərir.
Protez düz, əyri və ya həlqə formasında yerləşdirilir (şə-
kil 5.4). Əvvəl protez qeyri dominant qola qoyulur. Radio-kubi-
tal, braxio-aksillyar, kubito-kubital və s. variantlarda protezlərdən
istifadə olunur. Cərrahi əməliyyat zalında yerli keyitmə ilə aparılır.
Əməliyyatdan qabaq antibiotik (sefalosporin II nəsil) təyin olunur.
Protezin arterial və venoz ucu müvafi q arteriya və venaya tikilir.
Damar sıxacları buraxılır, qan dövranı bərpa olduqda pulsasiya hiss
olunur. Aseptik sarğı qoyulur, qola yarım qaldırılmış vəziyyət verilir.
142
Dializ
Fəaliyyət göstərən protez üzərində vibrasiya və xarakterik küy
eşidilir. Bəzi xüsusi quruluşlu protezlər qoyulduqdan 5 gün sonra
istifadə olunur.
Şəkil 5.4. Müxtəlif növ arteriovenoz protezlər.
A
–
U-şəkilli protez, B
–
düz protez
Punksiya.
Ağrıya həssas olan xəstələrdə az hallarda dəriyə
punksiyadan əvvəl anestetikli xüsusi krem çəkilir. İynənin diametri
başlanğıc hallarda 16 götürülür, sonra isə qan dövranı fi stulada
yaxşılaşdıqdan sonra 15 götürülür. Arterial iynə ilə anastomozdan
8 sm aralı və anastomoz istiqamətində fi stula punksiya edilir. Venoz
iynə arterial iynədən 5 sm yuxarı (resirkulyasiyadan qaçmaq üçün)
ürək istiqamətində punksiya edilir (şəkil 5.5).
à. áðàcèàëèñ
v. cephalica
v. áàsèëèca
à. ðàäèàëèñ
à. óëíàðèñ
àðòåðèéà
ïðîòåç
âåíà
A
B