151
Fəsil 6.Dializ_məhlulunun_tərkibi'> Proqram hemodializi (PH)
Dializ məhlulunun tərkibi.
Bikarbonat dializ məhlulu seçim
məhluludur və hazırda əksər ölkələr asetat dializ məhlulundan imtina
etmişlər. Əsasların qatılığı elə dərəcədə götürülür ki, xəstələrdə
plazmada dializönü bikarbonat səviyyəsi 20–23 mekv/l olsun.
Bikarbonatın bundan artıq konsentrasiyası postdializ dövründə
kalsium-fosforun çökməsinə və baş verən hiperventilyasiya nəti-
cəsində inkişaf etmiş aritmiyaya səbəb ola bilər.
Kalium.
Dializ məhlulunda kaliumun qatılığı 2,0 mekv/l olur.
Əgər xəstə ürək qlikozidləri alırsa və dializönü kalium plazmadakı
səviyyəsi 4,5 mekv/l isə, onda dializatda kaliumun səviyyəsi 3,0
mekv/l-ə qaldırılır(cədvəl 6.2).
Cədvəl 6.2
Dializ məhlulu
____________________________________________________
Məhlulun sürəti:
500 ml/dəq, əgər dializatorun K
O
A göstəricisi <700;
800 ml/dəq, əgər dializatorun K
O
A göstəricisi >700, qanın hərəkət
sürəti 400 ml/dəq (bu, klirensi 10% artırır).
Əsaslar:
Bikarbonat (35 mekv/l) və asetat (4 mekv/l).
Elektrolitlər və dekstroza:
K – 2 mekv/l (3 mekv/l ürək qlikozidləri alan xəstələr üçün)
Na – 135-145 mekv/l;
Ca – 2,5-3,5 mekv/l;
Mg – 0,5-1,0 mekv/l;
Dekstroza – 200 mq/dl.
Natrium
– adətən, dializ məhlulunda natriumun qatılığı 135–145
mekv/l olur. Natriumun 140 mekv/l-dən çox olması susuzluq, çəkinin
artması ilə, 135 mekv/l-dən az olduqda hipotoniya və qıcolmalarla
müşayiət olunur. Güman olunur ki, hər bir konkret xəstə özünün
152
Dializ
individual natrium səviyyəsinə həssaslığa malikdir və buna uyğun
dializatlarda natriumun qatılığı individual qaydada müəyyən edilir.
Kalsium
– dializatda 2,5–3,5 mekv/l səviyyəsində saxlanılır.
Kalsium-fosfat birləşdiricisi qəbul etdikdə dializatdakı kalsium
2,5 mekv/l səviyyəsində saxlanılır, amma PTH konsentrasiyasına
nəzarət olunur. Xəstələr yeni, tərkibində kalsium olmayan fosfat
birləşdiricilərini qəbul etdikdə dializatda kalsiumun səviyyəsi 3,5
mekv/l götürülə bilər.
Maqnezium
– dializatda 0,5–1,0 mekv/l olur.
Dekstroza
– bütün xəstələr üçün dializatdakı səviyyə 200 mq/dl
götürülür ki, bu da dializ zamanı hipoqlikemiyanın baş verməsinin
qarşısını alır. Məhlulun temperaturu 34,5–36,5°C səviyyəsində
saxlanılır.
6.3. Xəstələrin monitorinqi
Dializdən əvvəl
Çəki.
Dializönü çəki axırıncı dializdən sonrakı çəki ilə müqayisə
edilir. Xəstənin çəkisinin artması, xüsusən ortopnoye, təngənəfəsliklə
birlikdə olduqda ÜDS kompleks yoxlanmalı, quru çəki yenidən
hesablanmalıdır. Xəstələrin çəkisi dializarası dövrdə gündə 1 kq-dan
çox artmamalıdır. Xəstələr xörək duzunu məhdudlaşdırmalıdırlar.
Xörək duzundan istifadə natriumun bədəndə artmasına, susuzluğun
baş verməsinə və suya tələbatın daha da artmasına səbəb olur. Digər
tərəfdən, susuzluğa səbəb reninin artıq ifrazı da ola bilər, onun
azaldılması üçün AÇFİ istifadə oluna bilər (əslində bu, elmi şəkildə
sübut olunmamışdır).
Arterial təzyiq.
Dializönü hipertenziyaya əksərən həcmasılı AT
aiddir, amma bəzi xəstələrdə reninasılı hipertenziya, yaxud başqa
səbəbdən müşahidə oluna bilər. Bu xəstələrdə dializ zamanı hətta
UF-ya baxmayaraq AT yüksəlir.
Bədən temperaturu
dializdən əvvəl ölçülür. Dializdən əvvəl
bədən hərarətinin yüksəlməsi ciddi problem sayılır və hərtərəfl i
153
Fəsil 6. Proqram hemodializi (PH)
öyrənilməlidir. Bu, gizli infeksiya əlaməti ola bilər. Digər tərəf dən,
dia liz zamanı temperaturun 0,5°C artması normal hal hesab olu na bi-
lər. Hər dializdən qabaq damar yolu nahiyəsi ciddi şəkildə yoxlanılır.
Dializ dövründə AT, ürək vurğuların sayı hər 30 dəq., yaxud 60 dəq-
dən bir yoxlanılır. Hər hansı bir şikayət, başgicəllənməsi, yorğunluq,
ürəkdə ağrı, ürəkdöyünmə olduqda AT ölçülməlidir, çünki AT-nin
yüksəlməsi və ya enməsi çox zaman gizli gedir, əlamətlər qeyri-
aydın olur.
Nəbzin tezliyinin nəzarət olunması xəstələrdə aritmiyaların aş-
kar olun masına kömək edir, çünki əksər hallarda yoxlanmadığı üçün
ritm pozğunluqları nəzərdən qaçırılır.
6.4. Laborator testlər (dializönü)
Sidik cövhəri
hər ay URR hesablamaq üçün təyin olunur.
Dializönü sidik cövhəri səviyyəsi 110 mq/dl-dən çox, ya 60 mq/dl-
dən az olması xəstələrin ölüm səviyyəsinin artması ilə əlaqələndirilir.
Albumin
üç aydan bir təyin olunur. Plazmada albumin səviyyəsi
qidalanmanı göstərən mühüm parametrdir. Albuminin aşağı
səviyyəsi ölüm riskinin artmasını göstərir, 3 q/dl-dən aşağı olduqda
yüksək ölüm riski olduğunu təsdiq edir. Optimal səviyyə albuminin
plazmadan konsentrasiyası >4 q/dl hesab olunur.
Kreatinin
hər ay təyin olunur, adətən, 12–25 mq/dl. paradoksal
olsa da kreatinin plazmada yüksək səviyyəsi aşağı ölüm riski ilə
əlaqələndirilir. Görünür bu ona görə belə olur ki, kreatinin yüksək
səviyyəsi əzələ kütləsi və qidalanma ilə əlaqədardır.
Xolesterin
– səviyyəsi qidalanma vəziyyətini göstərir, dializönü
səviyyə 200–250 mq/dl olur. Xolesterinin 150 mq/dl-dən çox aşağı
düşməsi dializ xəstələrinin ölüm riskinin artmasını göstərir, görünür
xolesterin qidalanma səviyyəsini əks etdirdiyi üçün bu belə olur.
Kalium
səviyyəsi 5,0–5,5 mekv/l olduqda ən az ölüm riski
göstəricisidir. kaliumun səviyyəsinin >6,5 mekv/l və <3,5 mekv/l
olması yüksək ölüm riski ilə əlaqələnir.
Dostları ilə paylaş: |