158
Dializ
Cədvəl 6.4
Hemodializin əsas fəsadları
Ağırlaşmalar
Ağırlaşmaların tezliyi, %
Tibbi:
Hipertonik krizlər
Hipotenziya
Ürək ritminin pozulması
Perikardit
Stenokardiya
Baş ağrıları
Baş beyinin qan dövranının pozulması
Ürəkbulanma və qusma
Pirogen reaksiya
Əzələlərin səyriməsi və qicolmalar
Əzələ zəifl iyi
Qanın dializatorda tromblaşması
Müsariqə və ağciyər arteriyalarının trombozu
Hemorragiyalar
Mədə-bağırsaq qanaxması
Qaşınma
Beldə ağrılar
Hemoliz
Osmolyarlığın pozulması sindromu
Dializsonraki zəifl ik sindromu
“Ağız quruluğu”
“Narahat ayaqlar”
11
25
2,1
0,54
4,5
5,0
0,06
11,6
1,4
12,0
8,7
1,0
0,02
1.2
0.5
10,4
4,8
3,1
0,2
3,4
7,6
8,9
Texniki:
Dializatordan qanın dializata axması
Qan magistrallarının xəstədən ayrılması
Qan magistrallarında hava embolu
Yeni dializator sindromu
Endotoksinemiya
0,9
0,22
0,46
0,04
0,03
159
Fəsil 6. Proqram hemodializi (PH)
Hipotenziya.
Hemodializ zamanıı ən müntəzəm təsadüf olunan
ağırlaşmalardan biri arterial hipotenziyadir və müxtəlif səbəblərdən
baş verir (cədvəl 6.5).
Əksər halda arterial hipotenziya qanın həcminin artıq və sürətli
azalması nəticəsində ürəyin vurğu həcminin aşağı düşməsindən baş
verir. Bunun qarşısını almaq üçün UF üçün xüsusi qurğu istifadə
olunmalıdır.
Cədvəl 6.5
Dializ zamanı hipotenziyanın səbəbləri
___________________________________________________
Müntəzəm təsadüf olunan səbəblər:
1.Qanın həcminin çox azalması
a) UF-nın dəyişməsi;
b) UF-nın yüksək səviyyədə olması;
c) bədən çəkisinin “quru çəkidən” aşağı düşməsi;
d) dializatda natriumun az olması.
2. Vazokonstriksiyanın azlığı
a) asetat dializatı;
b) isti dializat;
c) qida qəbulu;
d) toxumaların işemiyası (mediator-adenozin anemiyada güc-
lənir);
е) vegetativ sinir sistemi neyropatiyası (məs. diabetdə güclənir);
f) antihipertenziv müalicə.
3. Kardial faktorlar ilə əlaqədar
a) ürək vurğu həcmi ürəyin dolmasından asılıdır
– diastolik disfunksiya, sol mədəciyin hipertrofi yası ÜİX və s.
nəticəsində;
b) ürəyin yığılmasının pozulması;
– beta-blokatorların istifadəsi;
– izolə olunmuş uremik neyropatiya;
– ahıl yaş;
160
Dializ
c) başqa səbəblərlə əlaqədar ürək artımını artırmaq mümkün-
süzlüyü;
– hipertenziya, ateroskleroz, miokardin kalsifi kasiyası, qapaqların
zədələnməsi, amiloidoz və s. nəticəsində miokardin pis yığılması.
Seyrək təsadüf olunan səbəblər:
1. ürək tamponadası;
2. miokard infarktı;
3. gizli qanaxma;
4. septisemiya;
5. aritmiya;
6. dializatora reaksiya;
7. hemoliz;
8. hava emboliyası.
__________________________________________________
İdeal halda UF bütün dializ boyu eyni sürətlə daimi olmalıdır. UF
üçün qurğu tətbiq olunmayan cihazlarda UF TMT-dən asılı olur və
qısa müddətdə xəstə böyük miqdar maye itirə bilər. Bunun qarşısını
almaq üçün su üçün keçiriciliyi az olan dializatorlar tətbiq olunur.
Dializarası dövrdə bədəndə az su yığılmalıdır (çəki artımı 1 kq/gün).
Buna nail olmaq üçün ən mühüm şərtlərdən biri pəhrizdə xörək
duzunu və dializatda natriumu azaltmaq lazımdır.
Bədən çəkisi quru çəkidən aşağı olan xəstələrdə UF hipotenziyaya
səbəb olur. Odur ki, Het nəzarət olunması düzgün qərar çıxarmağa
imkan verir.
Natriumun dializatda konsentrasiyasının azlığı.
Dializatda
natriumun aşağı konsentrasiyası qan plazmasında natriumun
azalmasına səbəb olur. Hipotonik damardaxili mühitdən osmotik
konsentrasiyanı bərabərləşdirmək üçün su hüceyrəarası sahəyə
keçir. Dövr edən qanın həcmi (DQH) azaldığı üçün hipotenziya
baş verir. Bu əsasən dializin birinci saatında müşahidə edilir. Əgər
dializin başlanğıcın da dializatda natriumun konsentrasiyası 4 mekv/
161
Fəsil 6. Proqram hemodializi (PH)
l-dən azdırsa, onda UF dializin əvvəlində aşağı səviyyədə aparılır.
Bu DQH osmotik azalmasını kompensasiya edir.
Bəzi nefroloqların fi krinə görə hər bir xəstənin plazasındakı na-
trium səviyyəsinə görə individual həssaslığı olur. Odur ki, bütün
xəstələrə dializ məhlulu eyni “one-size-fi t-all” (hamı üçün bir)
olmamalıdır, individual səviyyənin seçilməsi məqsədəuyğundur.
Başqa bir təklifdə dializin başlanğıcında dializatda yüksək kon-
sentrasiya Na götürmək və dializin axırına onu endirmək (Na qra-
dienti ilə dializ). Amma hələlik natrium qradienti ilə dializin gedişi
zamanı hipotenziyanın qarşısının alınması haqda qəti fi kir yoxdur.
Dializ zamanı Het monitorunun istifadəsi vaxtında sindializ
hipotenziyanın baş verəcəyini söyləməyə imkan verir.
Vazokonstruksiya ilə əlaqədar hipotenziya.
DQH azalması
ürəyin vurğu həcminin aşağı düşməsi, onun boşluqlarının diastola
zamanı dolması ilə məhdudlaşır. Periferik damar müqavimətinin
kiçik azalması, yaxud ürəyin dolmasının azalması hipotenziyaya
səbəb olur. Bu zaman heç bir kompensator proses, hətta ürək
vurğularının sayının artması belə, qanın dəqiqəlik həcmini artırmır.
Qanın 80%-dən artıq miqdarı venalarda paylanır, odur ki, onların
qanla dolması ürəyin vurğu həcminin azalmasına və hipotoniyaya
səbəb olur. Arteriolaların tonusunun azalması venaların daha çox
dolmasına səbəb olur.
Bunun qarşısını almaq üçün dializ məhlulunun temperaturunun
azaldılması (34–36°C) sindializ hipotenziyalarını azaldır. Amma
bəzən bu, diskomfort və üşüməyə səbəb ola bilir.
Hipotoniyaya meylli olan xəstələrdə dializ zamanı qida qəbulun-
dan sonra qanın daxili orqanlarda depolanması nəticəsində AT aşağı
düşə bilər. Odur ki, bu xəstələrə dializdən qabaq və prosedura zama-
nı qida qəbulu tövsiyə olunmur.
İşemiyanın təsiri – hər hansı hipotenziv təsirdən toxumaların
işemiyası baş verir və bu da adenozinin azad olunmasına səbəb olur
və qüsurlu dövran baş verir. Bu belə olur: hipotoniya → işemiya →