154
Dializ
Fosfor
hər ay ölçülür, 5–7 mq/dl olduqda az ölüm riski verir.
Fosfor > 9,0 və < 3,0 mq/dl olması yüksək ölüm riski ilə əlaqəli olur.
Kalsium
hər ay ölçülür, səviyyəsi 9–12 mq/dl az ölüm riski verir.
Kalsiumun səviyyəsi >12,0 mq/dl və < 7 mq/dl olduqda ölüm riski
artır. Hədəf səviyyə normanın yuxarı həddi səviyyəsində saxlanılır.
Qələvi fosfataza
hər 3 aydan bir təyin olunur. Yüksək səviyyə
hiperparatireoz və ya hepatitin əlamətidir. Ölüm QF səviyyəsi 100
v/l olduqda (norma 30–115 v/l) az olur. QF səviyyəsi 150 v/l-dən
çox olduqda ölüm riski ikiqat artır.
Bikarbonat
hər ay ölçülür. Səviyyə 20–22,5 mekv/l olduqda ən
az ölüm riski olur. Səviyyənin 15 mekv/l-dən aşağı düşməsi ölüm
riskini artırır.
Hematokrit
– K/DOQİ tövsiyələrinə görə optimal Het 33%-
dən az olmamalıdır, normal məqsəd göstərici 33–36% arasında
yerləşməlidir. EPO müalicəsi almayan xəstələrdə spontan Het
göstəricisinin yüksək olması böyrək polikistozu, böyrəyin qazanıl-
mış kistoz zədələnməsi, hidronefroz və böyrək karsinoması zamanı
ola bilər.
Aminotransferazalar
qanda hər ay təyin olunur. Onların yüksək
səviyyəsi gizli davam edən hepatit və ya hemosiderozun olmasını
aşkar edə bilər. Yüksək olduqda qan, hepatit-B virusunun səthi
antigeninə və hepatit-C virusunun antigeninə yoxlanılmalıdır.
PТН və alüminium səviyyəsi
lazım olduqda, yəni hiperparati-
reoza şübhəli hallarda və alüminium intoksikasiyası əlamətləri
olduqda yoxlanılır.
Hemodializ xəstələrinin vəziyyətlərini qiymətləndirmək üçün
lazımi laborator müayinələr müəyyən fasilələrlə təkrar olunur
(cədvəl 6.3).
155
Fəsil 6. Proqram hemodializi (PH)
Cədvəl 6.3
Hemodializ xəstələrinin müayinə gostəricilərinin monitorinqi
Müayinə testləri
Aparılma tezliyi
Hemoqlobin
Hematokrit
Leykoformula
Kreatinin
Karbamid
Kalium
Natrium
Kalsium, ümumi
Kalsium, ionlaşmış
Fosfor
Albumin
Alaninaminotransferaza
Aspartataminotransferaza
EKQ
Said və pəncə sümüklərinin
rentgenoqramması
Ayda 2 dəfə
Ayda 2 dəfə
Ayda 1 dəfə
Ayda 2 dəfə
Ayda 2 dəfə
Ayda 2 dəfə
Ayda 2 dəfə
Ayda 1 dəfə
Ayda 2 dəfə
Ayda 1 dəfə
3 aydan bir
3 aydan bir
3 aydan bir
3 aydan bir
İldə 1 dəfə
6.5. Birinci hemodializ
• Xəstələrə birinci hemodializin aparılması tarazlığın pozul-
ma sı sindromu (disequilibrium syndrome) riski meydana çıxır, çünki
üzün müddətə formalaşan uremiyanın metabolik pozğunluqları çox
qısa müddətə korreksiya olunur.
• Dializdən tarazlığın pozulması:
– uremiyanın həll olmuş məhsullarının hüceyrəxarici mühitdən
sürətlə çıxarılması nəticəsində beyin ödeminin baş verməsi səbə-
bindən ortaya çıxması haqda düşünülür.
156
Dializ
– baş ağrısı, həyəcan, görmənin dumanlanması, agır halda qıc-
olmalarla müşayiət olunur.
• Adətən, tədricən göstəricilər endirilir (qisa proseduralar hər
gün)
Birinci hemodializin aparılma qaydası
•
Xəstələrdə potensial infeksiya riskləri təyin olunur.
• Zərdabda viruslar yoxlanılır (B, C hepatitləri, HİV), bəzi
mərkəzlərdə meticillin-rezistent Staphylococcus aureus, vankomit-
sin-rezistent Enterococcus infeksiyalar da axtarılır.
• Əgər virusların yoxlanma nəticələri məlum deyilsə, onda
dializ cihazları istifadədən sonra mütləq dezinfeksiya olunmalıdır
(məs. Dialox ilə).
• Təcili mərkəzi venoz kateter istifadə olunursa, kateterin ucu-
nun pozisiyası rentgenoloji müəyyən olunmalıdir (bud kateterində
lazım olmur).
• Xəstənin quru çəkisi təyin olunur, heparinləşdirmə variantı
seçilir.
Yaşlı şəxslər üçün HD rejimi aşağıdakılar seçilir:
• Dializator – 1,6 m
2
, aşağı keçiricilikli, sintetik membran və
buxar sterilizasiyadan keçmiş olmalı;
• Qanın cərəyan sürəti – 150 ml/dəq, hər sonrakı dializdə 25 –
50 ml/dəq artırmaq;
• Müddət – 2 saat, hər sonrakı dializdə 1 saat artırılır və 4 saata
çatdırılır;
• Dializatın sürəti 500 ml/dəq;
• Dializatın temperaturu – 36 Cº;
• Dializatda natrium;
• Zərdabda natriumun səviyyəsi >125 mmol/l – dializatda
natriumun səviyyəsi 140 mmol/l;
• Zərdabda natriumun səviyyəsi <125 mmol/l - dializatda
natriumun konsentrasiyası plazma səviyyəsindən 15 mmol/l-dən çox
olmamalı;
157
Fəsil 6. Proqram hemodializi (PH)
• Zərdabda natriumun səviyyəsi >155 mmol/l – natriumun
dializatda səviyyəsi plazmadakı səviyyədən 15 mmol/l-dən az
olmamalı.
6.6. Hemodializ zamanı fəsadlar
Son 25 ildə hemodializ zamanı müşahidə olunan fəsadların
xüsusiyyətləri çox dəyişmişdir. Hemodializ texnologiyasının əhə-
miyyətli inkişafı (xüsusən hemodializ cihazlarının xəstə təh lü kə-
sizliyinin nəzarəti sisteminin təkmilləşdirilməsi), dializatın ha-
zırlanması (su standartlarının yaxşılaşması, bikarbonat dializatın
istifadəsi), membrana uyğunlugu (sintetik membranlarin tətbiqi) və
s. dializdaxili texniki ağırlaşmaların azalmasına səbəb olmuşdur. Bu
gün ürək-damar ağırlaşmalarından olan dializdaxili hipotenziya və
əzələ qıcolmaları çox müntəzəm təsadüf olunur. Buna səbəb son illər
dializ populyasiyasının demoqrafi yasının dəyişilməsi (yaşın və ya-
na şı xəstəliklərin artması) və ultrafi ltrasiya sürətinin artması nəticə-
sin də dializ müddətinin azalmasıdır. İndi dializ xəstələrinin yarıya
qədəri şəkərli diabet olduğu üçün onlar ürək-damar pozğunluq la rı na
daha çox meyllidirlər.
Dializdaxili
Hemodializ zamanı ən çox müşahidə olunan ağırlaşmalar –
hipotenziya (20–30%), qıcolmalar (5–20%), ürəkbulanma və qusma
(5–15%), baş ağrıları (5%), döş qəfəsində ağrılar (2–5%), beldə
ağrılar (2–5%), qaşınma (5%), yüksək hərarət və üşütmə (1%) təsadüf
olunur. Qeyd olunan ağırlaşmalar təcili hemodializ prosedurasının
keçirildiyi zaman müşahidə edilir və bütün hallarda təcili müalicə
tədbirlərinin görülməsini tələb edir.
Dializ zamanı müntəzəm müşahidə olunan və standart tədbirlər
tələb edən ağırlaşmalar cədvəldə verilir (cədvəl 6.4).
125>
Dostları ilə paylaş: |