Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə44/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   40   41   42   43   44   45   46   47   ...   120

162

Dializ

adenozinin azad olması → norepinefrinin sekresiyasının blokadası 

→ vazodilyatasiya → hipotoniya. Qeyd olunan mexanizm Het 

20–25%-dən aşağı düşdüyü zaman hipotoniyanın baş verməsinin 

səbəblərindən biridir. Bəzən kəskin anemiyalı  xəstələrdə sindializ 

hipotenziyanın qarşısını almaq üçün hemotransfi ziya və Het-i 30%-

ə qədər qaldırmaq lazım gəlir.

Ağır hallarda midodrin tətbiq edilir. Bəzi xəstələrdə hipotoniyaya 

qarşı norepinefrin cavabı zəif olduğu üçün onlara midodrin (peroral 

alfa-adrenergik aqonist) 10 mq, dializdən 30 dəq qabaq təyin 

olunur və bu, sindializ hipotenziyasının qarşısını alır. Midodrin 

8 ay müddətində  tətbiq edilə bilər, amma onun təsiri soyuq dializ 

məhlulunun təsirindən effektiv deyildir.

Kardial faktorlarla əlaqədar hipotenziyalar.

 Diastolik dis-

funksiya və sol mədəciyin çıxışında obstruksiya. Rigid, hipertrofi ya 

olmuş ürək onun dolması təzyiqinin azaldığı zaman vurğu həcmini 

lazımi səviyyədə saxlamır. Dializ xəstələrində diastolik disfunksiya 

və sol mədəciyin hipertrofi yası müntəzəm təsadüf olunur.



Ürək vurğularının tezliyi (ÜVT) və yığılma. 

Qanın dəqiqəlik 

həcmi ürəyin dolmasından asılı olmayaraq azaldıqda, ÜVT və 

miokardın yığılmasının gücünün artması sayəsində ümumi periferik 

müqavimətin (ÜPM) azalmasını kompensasiya edir. Beləliklə, ÜPM-

nin azalması  nəticəsində baş vermiş hipotenziya ÜVT-nin artması 

hesabına kompensasiya olunur. Ürəyin kompensator mexanizmləri 

pozulduqda ÜPM-nin yüngül azalması hipotenziyaya səbəb olur.

Dializatda kalsiumun səviyyəsini 1,75 mekv/l-ə  qədər 

qaldırdıqda dializ zamanı AT saxlanmasına səbəb olur. Bunun 

mexanizmi kalsiumun təsirindən miokardın yığılma qabiliyyətinin 

yaxşılaşmasındadır.

Sindializ hipotenziyanın başqa səbəblərindən sellülozadan ha-

zırlanmış membranın təsirindən komplimentin və  bəzi sitokin 

sistemlərin aktivləşməsi səbəbindən baş verdiyi göstərilir. Amma 

aparılmış son tədqiqatlar bunu təsdiq etmirlər.




163

Fəsil 6. Proqram hemodializi (PH)

Hipotenziyanın klinikası.

 Xəstələrdə ürəkbulanma, qusma, baş 

gicəllənməsi, zəifl ik, əzələlərdə qıcolmalar, gözünün önündə pərdənin 

əmələ gəlməsi, reaksiyaların zəifl əməsi, dərinin avazıması əlamətləri 

müşahidə edilir. Bəzən isə AT-in tam kritik həddə düşməsinə qədər 

xəstələr heç bir şikayət etmirlər. Odur ki, belə xəstələrdə hemodializ 

zamanı hər 15 dəqiqədən bir AT-in ölçülməsi vacibdir. 

Müalicə

Hipotoniya və qıcolmalar

– UF səviyyəsini azaltmaq;

– xəstəni Trendelenburq vəziyyətində uzatmaq, 100-500 ml NaCl 

fi  zioloji məhlulunu yeritmək və ya NaCl hipertonik məhlulu (23,4%) 

– 10–20 ml 3–5 dəq. və ya qlükozanın hipertonik məhlulu (40–50%) 

– 50 ml və ya natriumun dializatda qatılığını artırmaq lazım gəlir.

Müalicə  tədbirləri təxirəsalınmaz olmalıdır. Xəstəyə Tren-

delenburq vəziyyəti verilir (əgər respirator vəziyyət imkan verirsə). 

Venoz magistrala bolyus üsulu ilə 100 ml NaCl fi zioloji  məhlulu 

yeridilir, UF minimuma endirilir, sonra xəstə müşahidə edilir. 

Fizioloji məhlula alternativ olaraq NaCl hipertonik məhlulu, qlükoza, 

mannitol ya albumin götürülə bilər (cədvəl 6.6). Qıcolmalarda 

hipertonik məhlula üstünlük verilir. Nazal oksigenasiyanın tətbiqi 

işemiya və adenozin hasilinin qarşısını alaraq müsbət təsir göstərir. 

Qanın hərəkət sürətinin dializatorda azaldılması  əvvəlki illərdə 

tətbiq edilirdisə də, indi bu, istifadə edilmir.

                                                                              

Cədvəl 6.6

Dializ zamanı hipotenziyanın qarşısının alınması

1. UF nəzarət edən cihazlardan istifadə etmək;

2. xəstə az xörək duzu istifadə etməlidir, bu da az su içməsinə və 

dializarası dövrdə gündə 1 kq-dan çox çəki artırmayacağına səbəb 

olacaqdır;

3. “quru çəkidən” çox bədəndən maye çıxarmamaq;

4. Dializatda natriumun qatılığını plazmada səviyyədə, ya bir az 

aşağı saxlamaq;




164

Dializ

5. hipotenziv preparatların gündüz dozasını dializdən sonra 

vermək (əvvəl yox);

6. bikarbonat dializatdan istifadə etmək;

7. bəzi xəstələrdə dializatın temperaturunu 34–36°C azaltmaq;

8. Het dializ əvvəl 33%-dən az olmamalı;

9. dializdən əvvəl və dializ vaxtı xəstəyə yemək verməmək;

10. qanın həcmini ölçən monitordan istifadə etmək;

11. bəzən dializdən əvvəl alfa-adrenomimetik (midodrin) istifadə 

etmək.


Arterial hipertenziya. 

Əsasən bədəndə artıq miqdarda suyun 

və natriumun  ləngiməsi nəticəsində baş verir. Bəzən isə hətta aşağı 

səviyyəli natrium olan dializatla HD zamanı ultrafi ltrasiyadan sonra 

arterial hipertenziya müşahidə edilir. Bu paradoksal fenomenin 

səbəbini hipovolemiya-hiponatriyemiya nəticəsində renin-angio-

tenzin-aldosteron sisteminin aktivləşməsi ilə izah edirlər. Hazırda 

hemodializ müalicəsi zamanı praktiki olaraq bütün xəstələrdə arterial 

təzyiqi nəzarətə alıb 140/80 mm c.cüt. səviyyəsində saxlamaq olur. 

Bunun üçün dializatda natriumun səviyyəsini tədricən aşağı salmaq 

lazım gəlir. 

Orta təzyiqə (OT) görə nəzarətin aparılması daha etıbarlı nəticə 

verir (OT =100 mm c. süt.-dan aşağı olmalıdır): ATor=AT diast+1/3 

AT nəbz = ATdiast + 1/3(ATcict – ATdiast).



Döş qəfəsində ağrılar:

– burundan oksigenləşdirmə 3 l/dəq;

– qanın hərəkət sürətini azaltmaq;

– UF səviyyəsini 0-a endirmək;

– hipotoniyanı müalicə etmək,  əgər hipotoniya yoxsa, ÜİX-ə 

şübhə varsa nitroqliserin dilin altına qoyulur.



Qaşınma:

– difenilhidramin hidroxlorid 25 mq daxilə və ya v/d;

– siproheptadin hidroxlorid 4 mq daxilə.

Ürəkbulanma və qusma:

– UF-i azaltmaq;




Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə