171
Fəsil 6. Proqram hemodializi (PH)
punksiya yolu ilə havanın mədəcik boşluğundan sorulması.
Dializ ilə əlaqədar neytropeniya və komplimentin aktivləşməsi
Dəyişilməmiş sellülozadan olan dializ membranlarının üzə ri-
lə rində çoxlu hidroksil qrupları olur və bunlar qan kompliment
kaskadını aktivləşdirə bilirlər. Komplimentin azad fraqmentləri
qanda cərəyan edən neytrofi lləri ağciyərə göndərirlər. Onlar da
orada damar dövranında yığışaraq neytropeniya yaradırlar. 30–60
dəq. dializdən keçəndən sonra neytrofi llərin səviyyəsi yenə normaya
qayıdır. Hidrooksid qrupu dəyişilmiş sellüloza membranları (asetat,
hemofan) və eyni zamanda sintetik membranlar (polisulfon, poli-
karbonat, polimetilmetakrilat) neytropeniya yaratmır.
Kliniki əhəmiyyəti. Neytropeniya xüsusi kliniki əlamətlər ver-
məsə də böyrək funksiyasını zədələdiyi məlumdur. Eyni zamanda
xəstənin immun sisteminə mənfi təsirin olması qeyd olunmuşdur.
Dializ ilə əlaqədar hipoksemiya.
Dializ zamanı P
O2
kon-
sentrasiyası 5–30 mm c.süt. azalması məlumdur. ÜDS və ağciyər
xəstəlikləri olan şəxslərdə P
O2
enməsinin mənfi təsiri müşahidə
olunur.
P
O2
aşağı enməsinin səbəbləri:
a) hipoventilyasiya baş verməsinin 2 mexanizmi mövcuddur:
– asetat dializ məhlulu istifadə edildikdə hipokapniya yarandığı
üçün;
– bikarbonat dializ məhlulu istifadə etdikdə qanda bikarbonatın
konsentrasiyasının yüksəlməsi metabolik alkaloza səbəb olur. Qeyd
olunan hər iki səbəbdən hipoventilyasiya və hipoksemiya yaranır.
b) ağciyər daxili diffuziyanın bloku. Neytrofi llərin ağciyərlərdə
sekvestrasiyası kapilyarların neytrofi l emboluna səbəb olur.
Müalicə. Nazal oksigenasiya və ya maska ventilyasiyası (Venturi
maskası).
Dializatorun tromblaşması.
Bütün hallarda antikoaqulyasiyanın
kifayətsizliyi nəticəsində baş verir. Bu zaman dializator və qan
magistralları laxtalanmış qanla atılır.
172
Dializ
Dializatorların təkrar istifadə olunması (Reuse)
– İstifadə
olunduqdan sonra dializator yuyularaq qandan təmizlənir, dezin-
fektant məhlulları ilə sterilizasiya olunduqdan sonra yuyulur və
təkrar istifadə olunur. Dializatorların təkrar istifadə olunması virus
xəstəliklərinin yayilması və təkrar istifadə zamanı dializatorun
effektivliyinin aşağı düşdüyü üçün (80%) bəzi klinisistlər tərəfi ndən
qəbul edilmir.
6.7. Antikoaqulyasiya
Qanın ekstrakorporal konturda laxtalanması.
HD prosesində
xəstənin qanı iynə və ya kateterlə, qan magistralları ilə, hava tutucusu
ilə, dializator membranı ilə təmasda olur. Bu səthlər trombogen olub
qanı laxtalandıra bilərlər. Trombun əmələ gəlməsi ekstrakorporal
konturun fəaliyyətini pozur. Ekstrakorporal konturda laxtanın əmələ
gəlməsi hər hansı səthə qan plazmasının çökməsi ilə başlayır, sonra
isə trombositlərin adheziya və aqreqasiyası baş verir, tromboksan
A
2
əmələ gəlməsi, laxtalanma kaskadı aktivləşir, trombun və fi brin
depozitlərinin əmələ gəlməsi baş verir (cədvəl 6.7).
Cədvəl 6.7
Ekstrakorporal konurda qanın laxtalanmasına
səbəb olan faktorlar
Qanın hərəkət sürətinin azlığı;
Yüksək hematokrit;
Yüksək ultrafi ltrasiya;
Damar yolunda resirkulyasiya;
Dializ zamanı qan yaxud onun komponentlərinin infuziyası;
Yağ məhlulların dializ zamanı infuziyası;
Hava tutucularının olması.
Ekstrakorporal konturda qanın laxtalanmasının qarşısını almağa
və dializ aparmağa imkan verən heparinin təyini indi standart bir üsul
sayılır. Heparin müsbət yüklənmiş, sulfatlanmış mukopolisaxarid
173
Fəsil 6. Proqram hemodializi (PH)
(molekul kütləsi müxtəlifdir) olub donuzların bağırsağından və
ya inəklərin ağciyərindən alınır. Heparin dövr edən antitrombin
III birləşdirir və sonra I, IX, XI və XII koaqulyasiya faktorlarının
serin proteazaları ilə kompleks əmələ gəlməsi səbəbindən sürətli
dezaktivasiya baş verir. Heparinin yarımparçalanma müddəti 30-120
dəq-yə bərabərdir və antitrombin III, yaxud heparini neytrallaşdır-
maq üçün istifadə olunmuş protamin sulfat kompleksindən azad
olduqda bu dövr uzanır.
Heparinin arzuolunmaz yanaşı təsirlərindən dəri qaşınması,
allergiya, osteoporoz, hiperlipidemiya, trombositopeniya və qanax-
manın artmasını qeyd etmək lazımdır.
Dializ zamanı koaqulyasiyanın monitorinqi
Vizual müşahidə zamanı magistrallarda qan laxtasını müşahidə
etmək olar. Belə laxtaların dializatora keçməsi, onun tromblaşması
dializin davam etdirilməsini mümkünsüz edir. Konturun T-yə bənzər
birləşmələrində laxtanın əmələ gəlməsinin qarşısını almaq üçün
heparin infuziya olunmalı və periodik fi zioloji məhlulla yuyulmalıdır
(cədvəl 6.8).
Cədvəl 6.8
Ekstrakorporeal konturda qanın laxtalanmasına
səbəb olan faktorlar
1. Qan cərəyan sürətinin aşağı olması;
2. yüksək Het;
3. yüksək UF;
4. resirkulyasiya, damar yolunda;
5. dializ zamanı qanın və ya qan komponentlərinin infuziyası;
6. dializ zamanı yağ məhlullarının infuziyası;
7. hava tutucularının olması (hava ilə ekspozisiya, köpük əmələ
gəlmə, qanın turbolent hərəkəti).
Ekstrakorporal konturda təzyiq.
Arterial və venoz təzyiq ləri
ölçən ötürücülərin göstəricilərinin dəyişməsi trombun lokaliza-
Dostları ilə paylaş: |