148
Dializ
3. hipotoniya. ÜİX və başqa əlavə problemləri olan pasientlərdə
dializ prosesində tez-tez qanın cərəyan sürətini aşağı salmaq
məcburiyyəti yaranır. Bəzi dializ həkimlərinin fi krinə görə qan
cərəyanının sürətinin dializ zamanı artırılması intradializ ağır-
laşmaların tezləşməsinə səbəb olur. Ona görə də dializ zamanı
hipotenziya, əzələ qıcolmalarının, ÜİX simptomlarının ortaya çıx-
dığı ilk dəqiqədən qanın cərəyan sürəti azaldılır. Amma qan cərəyan
sürətinin azaldılması məqsədəuyğun deyil, çünki cihaz UF-nı qanın
cərəyan sürətinə görə yox, verilmiş proqrama uyğun aparır. Odur ki,
qanın cərəyan sürətini azaltmaq lazım deyil, çünki bu, dializ dozası-
nı azaldır. Göstərilən əlamətlər əksər halda volyumetrik nəzarət
olmayan cihazlarda UF-nın artıq olmasından baş verir.
Qanın cərəyan sürətini adekvat (350 ml/dəq) saxlamaq üçün 16
mm diametrli iynə kifayət edir. Bundan artıq qanın cərəyan sürəti
lazım olduqda 14–15 mm diametrli iynələrdən istifadə oluna bilər.
Kiçik diametrli iynələrdən istifadə olunduqda nasosun sorması
nəticəsində mənfi təzyiq yarana bilir ki, bu da qan cərəyan sürətini
bir az da aşağı salır.
Əgər magistralın venoz seqmentində maneə olursa, bu, UF-ya
volyumetrik nəzarət olmayan cihazlarda böyük həcmdə “spontan
UF” aparıb xəstənin dehidratasiyasına səbəb olacaqdır.
AV fi stula adi halda 600 ml/dəq və ondan çox qan cərəyanı
təmin edə bilir. AV fi stula pis fəaliyyət göstərəndə heç 300 ml/dəq
qan cərəyanını da təmin edə bilmir (damarların zəifl iyi, fi stulanın
stenozu və s.). Bu zaman əgər nasosun qanı vurma sürəti fi stulanın
imkanlarını üstələyirsə, onda resirkulyasiya yaranır, bu, dializin
effektini azaldır.
Həftədə iki dəfə dializ
Bəzən çəkisi az olan və böyrəyin qalıq funksiyası əhəmiyyətli
dərəcədə saxlanılmış (>5 ml/dəq) xəstələrə həftədə 2 dəfə dializ
aparılır. Dializdə, adətən, böyrəyin qalıq funksiyası tədricən azaldığı
149
Fəsil 6. Proqram hemodializi (PH)
üçün ikidəfəlik dializ müvəqqəti sayılır. Bəzi klinisistlər ikidəfəlik
dializin daha yaxşı müalicə nəticələri verdiyini qeyd edirlər. Bu belə
də olmalıdır, çünki ikidəfəlik dializ daha yüngül xəstələrə aparılır və
şübhəsiz, onların müalicə nəticələri də yaxşı olmalıdır.
Həftədə 6 dəfə dializ
(“gündəlik dializ”) – iki variantı vardır.
Gecə dializi – gecə yuxu zamanı aparılır. Bu sxem Pierratos və
başqaları tərəfi ndən (1999) qeyd olunmuşdur. Dializ həcmi həddən
çox alınır və şübhəsiz, adekvatlıq təmin olunur.
Qısa gündəlik dializ – bu zaman hər gün həftədə 6 dəfə 1,5–2,5
saat dializ aparılır.
Dializator.
Dializator membranının iki göstəricisinə fi kir verilir:
biouyğunluq və keçiricilik.
Biouyğunluq – teoretik olaraq membranlar komplementi aktivləş-
dirir və onun fraqmentlərinin azad olmasına səbəb olur. Bu hal arzu-
olunmazdır, çünki neytrofi llərin superoksid hasil etməsi artır.
Keçiricilik – sintetik membranlar yüksək keçiriciliyə malik olub,
hətta böyük molekullu maddələri (molekul çəkisi 1000–15000 D) və
hətta beta-2-mikroqlobulini (B-2-MG) də keçirə bilirlər.
Əks fi ltrasiya – yüksək keçiriciliyə malik membranlı dializator
UF-ya volyumetrik nəzarət aparmayan cihazlarda istifadə olunduqda
nəzarət oluna bilməyən dehidratasiya təhlükəsi yaranır və dializ
məhlulundakı bakteriyaların və pirogen məhsulların təsirindən
prosedura zamanı pirogen reaksiyalar baş verə bilər. Qeyd
olunmuşdur ki, yüksəkkeçiricilikli membranlı dializatorlar istifadə
edildikdə qanda C – reaktiv zülal (CRP) artır. Ümumiyyətlə, CRP-
nin artması dializ xəstələrinin ölümünün artmasının markeridir.
Suyun keçiriciliyi.
UF-ya nəzarət edən cihazlarda su üçün
yüksək keçiricilikli dializatorlardan istifadə olunur (K
UF
>6,0). Əgər
cihazda UF nəzarəti yoxdursa, onda K
UF
aşağı olan dializatorlar
istifadə olunur, amma bu zaman yüksək transmembran təzyiq (TMT)
yaradılır. Bu zaman lazım olan UF-dən 4 dəfə artıq UF edə bilən
dializatordan istifadə olunur.
150
Dializ
Sterilizasiya üsulu.
Yeni dializatorlar üç üsul ilə sterilizasiya
edilir:
– etilenoksid – anafi laktik reaksiya verir;
– γ-şüalanma;
– buxar (avtoklavda).
Mayenin çıxarılması.
“Quru çəki” məfhumu–bədənindən artıq
suyu çıxarılmış xəstənin dializdən sonrakı çəkisidir. Quru çəki
yüksək təyin olunduqda belə xəstə dializin axırında artıq sudan tam
azad olmur, dializarası dövrdə isə artıq suyun qəbulu nəticəsində
ödem və ağciyərlərdə qan dolğunluğu müşahidə edilir. Əgər quru
çəki az təyin olunursa, onda dializin sonunda hipotoniya epizodları
baş verir, dializdən sonra isə zəifl ik, ağızda quruluq, başgicəllənmə,
əzələ qıcolmaları və s. müşahidə edilir.
Praktiki olaraq hər hansı xəstənin quru çəkisi yoxlamalar və
səhvlər metodu ilə təyin olunur və hər iki həftədən bir yoxlanılır.
Quru çəkinin proqressiv olaraq azalması əksər halda qidalanmanın
pozulması və ya infeksiya ilə əlaqədar olur.
UF qoyulanda həmişə nəzərə almaq lazımdır ki, dializ qurtardıqda
xəstənin bədəninə 0,2 l maye yeridiləcəkdir.
Ultrafi ltrasiya. Dializ zamanı bədəndən çıxarılmalı olan ma-
yenin miqdarı (UF) təyin olunandan sonra daimi bir sürətlə artıq
maye bədəndən çıxarılır. Artıq mayenin dializ zamanı bədəndən
çıxarılmasının başqa sxemləri də mövcuddur:
– proseduranın 1-2 saatında UF artırılır və dializin axırında
azaldılır;
– dializin başlanğıcında dializ məhlulunda Na artırılır və ultrafi l-
trasiya aparılır.
6.2. Dializ məhlulu
Dializ məhlulunun sürəti
– orta sürət kimi 500 ml/dəq götürülür.
Sürəti 800 ml/dəq artırmaqla yüksək K
O
A dializatorlarda klirensi
10% artırmaq mümkündür.
Dostları ilə paylaş: |