Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə33/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   29   30   31   32   33   34   35   36   ...   120

120

Dializ

         

 

Səkil 4.5. PCR-i təyin etmək üçün nomoqramma (Daugirdas və Depner). 



Həftədə üçdəfəlik dializin birinci günü dializdən qabaq sidik cövhərinin 

səviyyəsinə və  Kt/V  göstəricisinə görə PCR (nPNA), g/kg/gün  tapılır



             

Hemodializin dozasının təyinin sadə üsulu.

 Böyrəklərin qalıq 

funksiyası  olmayan, həftədə 3 dəfə hemodializ alan xəstə  üçün    

Kt/V = 1 düsturu aşağıdakı  formanı alacaqdır:

B x T = 14 x W,

B – dializatorda qanın cərəyan sürəti, ml/dəq.;

T – dializ seansının davamiyyəti, saat;

W – xəstənin çəkisi, kq.

Həftə ərzində lazımi dializ saatları ilə təmin olunmamış xəstələrdə 

azdializ sindromu yaranır.

Kəskin azdializ sindromu

–  həcm – natrium asılı hipertenziya;

–  ağciyərin təkrar ödemi;



121

Fəsil 4. Hemodializ

– dializ assiti;

– uremik perikarditin residivi;

– anoreksiya;

– ağır anemiya;

– hiperfosfatemiya.

Uzun müddət davamedən azdializ sindromu:

periferik polineyropatiya;

– ağır hiperparatireoz;

– malnutrition sindromu;

– ürəyin sol mədəciyinin ağır genişlənməsi ilə nəticələnir.

Yaşlı  şəxslərdə adekvat dializin şərtləri  aşağıdakı parametrlər 

hesab olunur:

•  Damar yolu: qan cərəyanı ≥300 ml/dəq.

•  Dializat: bikarbonat buferi, steril, apirogen, dializatın debiti 

≥500 ml/dəq.

•  Dializator: biouyğun membrana, sahəsi ≥1,2 m

2

.

•  Hemodializ dozası: Kt/V ≥1,2, URR ≥60%.



•  Həftəlik hemodializ vaxtı ≥12 saat.

       Adekvat hemodializin kriteriyaları:

•  Quru çəkiyə qədər bədəndəki artıq suyu çıxartmaq.

•  Qeyri-üzvi fosfat zərdabda ≤1,6 mmol/l.

•  Dializönü kalium zərdabda 4,5–5,5 mmol/l.

•  Bikarbonat ≥24 mmol/l.

•  Sidik covhəri ≤35 mmol/l, gündəlik zülal qəbulu 1-1,2 q/kq/

gün olduqda.

•  Albumin ≥40 q/l.

•  Dializönü AT ≤150/100 mm c.süt., hipotenziv dərmanlarsız.

•  Hb 105 – 110 q/l EPO ilə, yaxud onsuz.

•  Ümumi bud sinirinin keçiricilik sürəti ≥45 m/s. 

    

Zülal kvotasının hesablanması.

  XBÇ zamanı hemodializin 

dozasının hesablanması ilə yanaşı xəstənin gündəlik qəbul edəcəyi 

zülal kvotası da hesablanır. Hemodializ zamanı qandakı sidik 



122

Dializ

cövhərinin səviyyəsi bir prosedura zamanı 45-50% azalır.  Əgər  

xəstədə hiperkatabolizm yoxdursa sidik cövhərinin qandakı orta 

həftəlik səviyyəsi göstəricilərini (mq%) 75 rəqəminə bölürük.

Standart PH zamanı Kt/V=1,0–1,1 olduqda zülal kvotası 1,0 q 

zulal/kq/gün olur. HD daha effektiv rejimlərində Kt/V = 1,2 -1,4 

olduqda zülal kvotası da 1,2 q/kq/gün və daha çox artırıla bilər         

(şəkil 4.6).

 

Səkil 4.6.  PH alan XBÇ xəstələrində KT/V koeffi sientinin və gündəlik zülal       



kvotasının yüksəkliyinin təyini nomoqramması

     


4. 4.

 

Böyrəklərin qalıq funksiyasının təyini

ТХBÇ zamanı sidik cövhəri və kreatinin klirensinə görə təqribi 

hesablana bilər. Sidik cövhəri kanalcıqdan reabsorbsiya olunduğu 

üçün YFS göstəricisini azaldır,  əksinə, kreatinini artırır, çünki o 

kanalcıqlardan sekresiya olunur. Kliniki təcrübə göstərir ki, qalıq 



böyrək funksiyası olan xəstələr daha çox yaşayırlar, ona görə 

onu qorumaq çox vacibdir (nefrotoksik dərmanlardan imtina, dializ 

zamanı hipertenziyalardan qaçmaq).



123

Fəsil 4. Hemodializ

Hesablama: Bunun üçün dializarası dövrdə gündəlik sidiyin 

miqdarı təyin olunur, 

V=480ml/24saat=0,33 ml/dəq.

Qan zərdabında dializdən əvvəl sidik cövhərinin səviyyəsi (SUN) 

təyin olunur, alınmış nəticənin 90% 24 saat ərzində sidik cövhərinin 

orta səviyyəsini göstərir. Tutaq ki, SUN=56 mq/dl olduqda onun 90% 

- 50 mq/dl olacaqdır. Yığılmış sidikdə sidik cövhərinin səviyyəsi 200 

mq/dl olmuşdur.

Hesablama aparılır:   (ml/dəq) =

ml/dəq=5,3 ml/dəq olur



4.5. Dializ üçün cihazlar

Dializatorun forması silindr və ya qutu şəklində olur. Dializatorun 

4 dəliyi olur və onun ikisi qan, ikisi dializat ilə birləşir.  Qan və dializ 

məhlulunun hərəkət etdiyi sahələr yarımkeçirici membran ilə ayrılır. 

Membran ya içi boş lifl ər,  ya da plastinkalar şəklində olur. 

İçi boş lifl ər həmçinin kapilyar dializator da adlanır. Qan silin-

drik konteynerin başında olan kameraya daxil olur, oradan dəstə 

şəklində olan minlərlə kiçik kapilyarlara paylanır, sonra dializatorun 

digər ucunda yenidən bir yerə  yığılan qan xəstənin bədəninə 

qayıdır. Kapilyarların ətrafında əks istiqamətdə dializ məhlulu axır              

(şəkil 4.7).     

Yastıparalel (plastinka) formalı dializatorda qan bir-birinə ya xın 

sıxılmış membran plastinkalar arasında axır, dializ məhlulu mem-

branın  əks tərəfi ndə olan boşluqdan, qanın  əks istiqamətində axır. 

Hazirda çox ölkələrdə yastıparalel dializatorlar,  demək olar ki, çox 

az istifadə olunur.




124

Dializ

Şəkil 4.7. Yastıparalel (plastin formalı) və içi boş lifl i (kapilyar) dializatorları



Membranlar.

 Hazırda 4 tip membranlardan istifadə olunur:

– sellüloza (kuprofan);

–  əvəzolunmuş sellüloza – sellüloza polimerinin səthində olan 

hidroksil qruplarının əksəri asetat ilə əvəz olunur;

– yarımsintetik materiallar sintetik materialin hazırlanması za-

manı durulaşdırılmış sellüza əlavə olunmaqla onun biouyğunluğu 

artırılmışdır;

–   sintetik materiallar – poliakrilnitril (PAN), polisulfon, polikar-

bo nat, poliamid və polimetilmetakrilat (PMMA) aiddir.

Kuprofana nisbətən PAN membranlar suya görə böyük keçiriciliyə 

malikdirlər, komplimenti az aktivləşdirir, orta molekulları  və 

B-2-MG daha effektiv çıxarır, bəzən isə hiperkoaqulyasiya və 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə