Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə30/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   26   27   28   29   30   31   32   33   ...   120

109

Fəsil 4. Hemodializ

həll olmayan zülalla birləşmiş toksinləri bədəndən çıxarmağa imkan 

verir. Donor albumininin akseptor qabiliyyətini bərpa etmək üçün 

o,  regenerasiyaedən konturda hemodializ-karboperfuziya olunur və 

kationdəyişən qətran olan kolonkadan keçirilir.

Xronik HD. 

XBÇ-nin  müalicəsi üçün istifadə olunur:

– standart periodik HD (asetat ya bikarbonat) məhlulu ilə;

– periodik HF;

– yüksək sürətli (high-fl ux) periodik bikarbonat HD (hemo  diafi l-

t rasiya) volumetrik nəzarət ilə;

– yüksəkeffektiv hər günlük qisa HD;

– hər günlük gecə zəif sürətli HD;

– daimi ambulator periton dializi (DAPD)

4.2. Dializ üsulunun seçilməsi

Kəskin böyrək çatışmazlığı.

 Renal KBÇ-nin zamanı aktiv 

müalicə üsulu kimi HD və PD tətbiq edilir. Bu zaman dializ 

 

müalicəsinə əsas göstərişlər:



- renal KBÇ hiperkatobolizm ilə;

- sidik cövhərinin qanda səviyyəsi >200 mq/dl, kreatinin kon-

sentrasiyası >8 mq/dl;

- anuriya, hiperhidratasiya ilə, ağciyər, beyin ödemi təhlükəsi;

- konservativ üsulla nəzarət olunmayan hiperkaliyemiya;

- dekompensasiya olunmuş metabolik asidoz;

- uremik ensefalopatiya (prekoma).

Katabolik KBÇ zamanı 2–3 gün effektsiz konservativ müalicədən 

sonra dializ müalicəsi tətbiq edilir.

Poliorqan zədələnmələri zamanı xüsusi dializ üsullarından 

istifadə olunur, (daimi VVHDF) ağciyərlərin süni ventilyasiyası, 

aortadaxili ballon kontrapulsasiya, plazmaferez, hemosorbsiya, 

HF ilə kombinə edilir. Hepatorenal sindromda və kəskin qaraciyər  

böyrək çatışmazlığında albuminli HDF (MARS) istifadə olunur.

KBÇ zamanı dializ terapiyası apardıqda hemodinamikanın 

stabilliyi, hiperhidratasiyanın ağırlığı, hiperkatabolizmin dərə cə-




110

Dializ

sin dən və başqa orqanların zədələnməsindən asılı olaraq müalicə 

variantı seçilir (cədvəl 4.1).

Cədvəl 4.1

KBÇ-nin müxtəlif ağırlaşmalarında istifadə 

olunan dializ variantları

KBÇ xüsusiyyəti

Dializ üsulu

Kollaps, hiperhidratasiya, 

hiperkatabolizm yoxdur

Periodik HD, kəskin PD

Hiperhidratasiya var, kollaps, 

hiperkatabolizm yoxdur

DAV-HF

Hiperkatabolizm var, kollaps, 



hiperhidratasiya yoxdur

DAV-HD


Kritik hiperhidratasiya, kollaps

DVV-HF, kəskin PD

Hiperkatabolizm, kollaps fonunda

DVV-HD, DVV-HDF

Qaraciyər-böyrək çatışmazlığı, 

hepatorenal sindrom

Albumin HD (MARS)

Xroniki böyrək çatışmazlığı.

  XBÇ zamanı aktiv metodlarla 

müalicəyə keçid planlı  şəkildə aparılır. YFS 10 ml/dəq-dən aşağı 

düşdükdə (qanda kreatinin səviyyəsi 6–8 mq/dl) arteriovenoz 

fi stulanın formalaşdırılması  əməliyyatı aparılır, yaxud xəstəyə 

müstəqil periodik ambulator periton dializi (PAPD) öyrədilir. 

Obstruktiv nefropatiya olduqda (böyrəkdaşı, prostat vəzinin 

xoşxassəli hiperplaziyası, xərçəngi, retroperitoneal fi broz  və s.) 

dializ müalicəsindən qabaq sidiyin xaric olması (urodinamika) 

bərpa olunduqdan sonra (episistostomiya, nefrostomiya, per ku tan 

pielolitotomiya və s.) xəstə dializ müalicəsinə keçirilir.



Dializ terapiyasının formasının seçilməsi.

  İki variantdan 

istifadə olunur. 1)XПН müalicəsi üçün tam tibbi qulluq ilə HD –  

stasionar dializ; 2)özünəxidmət ilə HD – ev və ya ambulator şəraitdə 

tətbiq edilir.



111

Fəsil 4. Hemodializ

Stasionar dializ – bütün dializ xəstələrinin keçdiyi lazımi etap 

olub, uremiyanın aktiv müalicəsinin birinci ayını  əhatə edir. Bu 

dövrdə dializin individual rejimi, pəhriz seçilir, “quru çəki” tapılır, 

uremik intoksikasiya, AH, anemiya, fosfor-kalsium mübadiləsinin 

pozğunluqları müalicə edilir.

Xəstələrin ev dializinə keçirilməsinin tibbi göstəriciləri:

– AH-nın nəzarətə alınması;

– ağır anemiya, hiperkatabolizm, malnutrition sindromu 

olmaması.

Etibarlı arteriovenoz fi stulanın (ev dializi üçün) yaxud qənaətbəxş 

funksiya göstərən daimi periton kateteri (DAPD üçün) olması vacib 

şərtdir.

Dializ metodunun seçilməsi.

  Nozoloji vahiddən və XBÇ-

nin ağırlıq dərəcəsindən asılı olaraq dializ metodu seçilir. Dializ 

müalicəsində XQN və XBÇ ilə olan xəstələrin 5 illik yaşamaq şansı 

diabetik və amiloid nefropatiyalarından 2–3 dəfə çoxdur (müvafi q 

olaraq 70% və 30%).

Proqram hemodializi  (PH).

  Asetat hemodializi birincili 

nefropatiyalarda böyrəklərin qalıq funksiyalarının olduğu zaman 

aparılır. Böyrəklərin qalıq funksiyası olmadıqda,  əzələ kütləsinin 

defi siti, diabet, dekompensə olunmuş asidoz, arterial hipotoniyaya 

meyllilik, ağciyərlərin obstruktiv xəstəliklərində asetat HD əks 

göstərişdir və bu zaman ancaq bikarbonat HD tətbiq edilməlidir.



Daimi ambulator periton dializi (DAPD).

 Daimi damar yolunun 

mümkün olmadığı hallar (ateroskleroz, diabetik mikroangiopatiya, 

hipokoaqulyasiya, qocalar və kiçik yaşlı uşaqlar), arterial hipotoniya

qeyri stabil ÜİX, böyrəklərin işemik xəstəliyi (BİX), natrium 

heparinin yeridilməsinə əks göstərişlər olduqda aparılır.

DAPD və DSPD effektivliyinin şərtləri:

– böyrəklərin qalıq funksiyalarının qorunması (YFS=8-10 ml/

dəq);



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə