Kitab new indd



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə29/120
tarix05.06.2018
ölçüsü2,43 Mb.
#47443
1   ...   25   26   27   28   29   30   31   32   ...   120

104

Dializ

Səkil 3.5. BXX xəstələrinin hemodializə hazırlanmasının cədvəli



Hemofi ltrasiya.

  Hemodializ apardıqda qandan əsasən kiçik 

molekulyar kütləyə malik maddələr yaxşı  təmizlənirlər. Belə ki, 

əgər kiçik kütləli maddələrin, məsələn, sidik cövhərinin, kreatininin, 

sidik turşusunun (müvafi q olaraq molekulyar kütləsi 60, 113, 168 

daltondur) klirensi 60–140 ml/dəqiqədirsə, böyük kütləli maddələrin 

(1500–5000 dalton) klirensi 2–5 ml/dəq-yə enir, odur ki, hemodializ 

bunları  bədəndən təmizləmir. Son zamanlar yüksək keçiriciliyə 

malik membranların ixtira edilməsi qandan böyük kütləli zəhərli 

maddələri də (molekulyar kütləsi 1500–5000 dalton) xaric etmək 



105

imkanı vermişdir. Bu membranların köməyi ilə aparılan əməliyyat 

hemofi ltrasiya adlanır. Hemofi ltrasiya qanın maye hissəsinin və onda 

həll olmuş kiçik və orta molekulların hidrostatik təzyiq nəticəsində 

yarımkeçirici membrandan ultrafi ltrasiya  olunmasıdır. Ayrılmış 

məhlulun yerinə  xəstənin orqanizminə Ringer məhlulu və yaxud 

başqa məhlullar yeridilir. Hemofi ltrasiya üçün yüksək hermetik və 

xüsusi membran ilə təchiz olunmuş hemofi ltrlərdən istifadə olunur. 

Əməliyyat zamanı transmembran təzyiq 500 mm civə sütununa çata 

bilər və ultrafi ltrat 70–80 ml/dəq sürətlə ayrılır. 4–5 saat davam edən 

hemofi ltrasiya zamanı bədəndən 18–20 l maye çıxarılır və  bədənə o 

qədər əvəzedici məhlullar yeridilir.

Son illərdə hemofi ltrasiyadan  ürək çatışmazlığında və nefrotik 

sindrom nəticəsində hiperhidratasiyanı aradan qaldırmaq üçün 

istifadə olunur. Bəzən hemofi ltrasiya kəskin böyrək çatışmazlığı və 

zəhərlənmələrin müalicəsində də müvəffəqiyyətlə tətbiq olunur.



Hemosorbsiya.

  Qanın xüsusi üsul ilə hazırlanmış kömürdən 

keçirilməsi  əməliyyatı hemosorbsiya adlanır. Bu zaman qandakı 

müxtəlif toksik maddələri xaric etmək üçün qanı aktivləşdirilmiş 

kömür olan xüsusi kalonkalardan keçirərək təmizləyirlər. Hemo-

sorbsiya zamanı əsasən qandan «orta molekullu» maddələr təmizlənir. 

Ona görə XBÇ-nin müalicəsində hemosorbsiya hemodializlə 

kombinə olunur. Bundan başqa, hemosorbsiya kəskin böyrək, 

qaraciyər çatışmazlığında, endogen və ekzogen intoksikasiyalarda 

və sair xəstəliklərdə tətbiq edilir.

 

Plazmaferez.

 Qanın plazma hissəsinin ayrılmasına plazmaferez 

deyilir.  Əməliyyat xüsusi cihazın və hemofi ltrlərin köməyi ilə 

aparılır. O iki üsulla tətbiq olunur: kaskad və fraksion üsulları ilə. 

Plazmaferez kəskin və xronik böyrək çatışmazlığında, kəskin və 

xronik qlomerulonefritdə, qan və sinir sistemi xəstəliklərində və s. 

müvəffəqiyyətlə istifadə olunur.



Böyrəkköçürmə.

 Transplantant böyrəyin diri donordan və ya 

meyitdən götürülərək, XBÇ-nin müalicəsi məqsədi ilə  xəstə-resipi-

Fəsil 3. Xronik böyrək çatışmazlığının müalicəsi 



106

Dializ

en tin  bədəninə qoyulmsı böyrəkköçürmə adlanır. Böyrəkköçürmədən 

sonra həyatın keyfi yyəti periton dializi və hemodializ müalicəsində 

olan xəstələrin həyatının keyfi yyətindən və reabilitasiya dərəcəsindən 

yüksək olur. Dıgər tərəfdən, bu üsul həmçinin nisbətən ucuz başa 

gəldiyi üçün XBÇ müalicə üsulları arasında  ən yaxşı seçim sayılır 

(fəsil 13).

Adətən, sol böyrək sağ qalça çuxuruna yerləşdirilir. Böyrək venası 

ilə ümumi qalça venası arasında uc-yan, böyrək arteriyası ilə ümumi 

qalça arteriyası arasında uc-yan anastomoz yaradılır. Sidik axarı 

sidik kisəsinə xarici ureterosistoneostomiya üsulu ilə birləşdirilir              

(şəkil 3.6).

Şəkil 3.6. Böyrəkköçürmə zamanı damar anastomozlarının sxemi



107

Fəsil 4. Hemodializ

Fəsil 4

Hemodializ

Ə

vəzedici müalicə kimi XBÇ zamanı hemodializ (HD), 

periton dializi (PD) və böyrək transplantasiyası tətbiq edilir.

HD prinsipi.

 HD “süni böyrək” cihazının köməyi ilə aparılır 

və normal böyrəyin hemostatik funksiyalarını müyyən qədər  əvəz 

edir. Cihaz dializ məhlulunu hazırlayan qurğudan, ekstrakorporal 

qan dövranı konturundan, heparinin durulaşdırılmış məhlulunu in-

fu ziya  edən nasosdan və birdəfəlik dializatordan ibarət olur. Azot 

müba diləsinin son məhsulları, elektrolitlər dializatorun yarım keçi ri-

ci membranından diffuziya yolu ilə eliminasiya edilir, dövran edən 

qanın həcminə, hemodinamikaya nəzarət, dehidratasiya ultra fi ltra-

siya vasitəsilə aparılır. Dializ məhlulunda olan bufer metabolik 

asidoza nəzarət edir. HD böyrək AH müalicəsi üçün də effektivdir 

(şəkil 4.1). 

Şəkil 4.1. HD zamanı qanın və dializ məhlulunun yarımkeçirici membranın 

müxtəlif tərəfl ərində əks istiqamətlərdə axını (qarşı-qarşıya axın)




108

Dializ

Dializatorda  əks istiqamətlərdə axın qanda kiçik molekulyar 

kütləli maddələrin (KMKM) maksimum çıxarılmasını  təmin edir. 

Yarımkeçirici  membran ancaq KMKM və suyu xaric edir. 

Suyu keçiriciliyinə, sidik cövhərinin  və ortamolekul maddələrin 

klirensinə görə dializatorlar aşağı keçiricilikli (low-fl ux)  və 

yüksəkkeçiricilikli (high-fl ux) olmaqla iki qrupa bölünürlər. Su 

və orta ölçülü molekullar üçün çox yüksək keçiriciliyə malik olan 

dializatorlara hemofi ltrlər deyilir. “Süni böyrək” cihazını  xəstənin 

qan dövranına birləşdirmək üçün damar yolu yaradılır: kəskin böyrək 

çatışmazlığı (KBÇ) zamanı – müvəqqəti (körpücükaltı, vidaci, bud 

venasına kateterin qoyulması), XBÇ zamanı – daimi (arteriovenoz 

şunt, arteriovenoz (AV) fi stula) istifadə olunur.

4.1. HD klassifi kasiyası

Kəskin HD.

 Böyrək çatışmazlığı zamanı qısa  müddətli hemo-

dializ və daimi dializ üsulları tətbiq edilir. Axırıncı aşağı qan cərəya-

nı daimi heparinizasiya ilə bir neçə gün aparılır. Bu üsul hətta qeyri-

stabil hemodinamika olduqda belə, dehidratasiyanı, sidik cövhəri və 

elektrolitlərin yüksək klirensini təmin edir.

Daimi arteriovenoz hemofi ltrasiya (DAV-HF) bud arteriyası  və 

venasına kateter qoyulmaqla aparılır, çıxarılmış qanın maye hissəsi 

xüsusi məhlullarla əvəz olunur.

Daimi arteriovenoz hemodializ (DAV-HD) DAV-HF kimi aparılır, 

amma əvəzedici məhlul lazım olmur.

Daimi vena-venoz hemofi ltrasiya (DVV-HF)–bud və ya vidaci 

venaya  kateter qoyulur – AT aşağı olanda aparılır.

Daimi vena-venoz hemodializ (DVV-HD) aparmaq üçün yüksək 

keçiricilikli hemodiafi ltrlərdən istifadə olunur.

Albuminli dializ (molekulyar absorbsion – resirkulyar sistem 

– MARS) – kəskin qaraciyər – böyrək çatışmazlığı zamanı  tətbiq 

edilir. MARS üsulunun əsasında hemodiafi ltrasiya  aparmaqla 

tərkibinə albumin qatılmış dializ məhlulu istifadə olunur. Üsul suda 



Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə