120
Dializ
Səkil 4.5. PCR-i təyin etmək üçün nomoqramma (Daugirdas və Depner).
Həftədə üçdəfəlik dializin birinci günü dializdən qabaq sidik cövhərinin
səviyyəsinə və Kt/V göstəricisinə görə PCR (nPNA), g/kg/gün tapılır
Hemodializin dozasının təyinin sadə üsulu.
Böyrəklərin qalıq
funksiyası olmayan, həftədə 3 dəfə hemodializ alan xəstə üçün
Kt/V = 1 düsturu aşağıdakı formanı alacaqdır:
B x T = 14 x W,
B – dializatorda qanın cərəyan sürəti, ml/dəq.;
T – dializ seansının davamiyyəti, saat;
W – xəstənin çəkisi, kq.
Həftə ərzində lazımi dializ saatları ilə təmin olunmamış xəstələrdə
azdializ sindromu yaranır.
Kəskin azdializ sindromu
– həcm – natrium asılı hipertenziya;
– ağciyərin təkrar ödemi;
121
Fəsil 4. Hemodializ
– dializ assiti;
– uremik perikarditin residivi;
– anoreksiya;
– ağır anemiya;
– hiperfosfatemiya.
Uzun müddət davamedən azdializ sindromu:
– periferik polineyropatiya;
– ağır hiperparatireoz;
– malnutrition sindromu;
– ürəyin sol mədəciyinin ağır genişlənməsi ilə nəticələnir.
Yaşlı şəxslərdə adekvat dializin şərtləri aşağıdakı parametrlər
hesab olunur:
• Damar yolu: qan cərəyanı ≥300 ml/dəq.
• Dializat: bikarbonat buferi, steril, apirogen, dializatın debiti
≥500 ml/dəq.
• Dializator: biouyğun membrana, sahəsi ≥1,2 m
2
.
• Hemodializ dozası: Kt/V ≥1,2, URR ≥60%.
• Həftəlik hemodializ vaxtı ≥12 saat.
Adekvat hemodializin kriteriyaları:
• Quru çəkiyə qədər bədəndəki artıq suyu çıxartmaq.
• Qeyri-üzvi fosfat zərdabda ≤1,6 mmol/l.
• Dializönü kalium zərdabda 4,5–5,5 mmol/l.
• Bikarbonat ≥24 mmol/l.
• Sidik covhəri ≤35 mmol/l, gündəlik zülal qəbulu 1-1,2 q/kq/
gün olduqda.
• Albumin ≥40 q/l.
• Dializönü AT ≤150/100 mm c.süt., hipotenziv dərmanlarsız.
• Hb 105 – 110 q/l EPO ilə, yaxud onsuz.
• Ümumi bud sinirinin keçiricilik sürəti ≥45 m/s.
Zülal kvotasının hesablanması.
XBÇ zamanı hemodializin
dozasının hesablanması ilə yanaşı xəstənin gündəlik qəbul edəcəyi
zülal kvotası da hesablanır. Hemodializ zamanı qandakı sidik
122
Dializ
cövhərinin səviyyəsi bir prosedura zamanı 45-50% azalır. Əgər
xəstədə hiperkatabolizm yoxdursa sidik cövhərinin qandakı orta
həftəlik səviyyəsi göstəricilərini (mq%) 75 rəqəminə bölürük.
Standart PH zamanı Kt/V=1,0–1,1 olduqda zülal kvotası 1,0 q
zulal/kq/gün olur. HD daha effektiv rejimlərində Kt/V = 1,2 -1,4
olduqda zülal kvotası da 1,2 q/kq/gün və daha çox artırıla bilər
(şəkil 4.6).
Səkil 4.6. PH alan XBÇ xəstələrində KT/V koeffi sientinin və gündəlik zülal
kvotasının yüksəkliyinin təyini nomoqramması
4. 4.
Böyrəklərin qalıq funksiyasının təyini
ТХBÇ zamanı sidik cövhəri və kreatinin klirensinə görə təqribi
hesablana bilər. Sidik cövhəri kanalcıqdan reabsorbsiya olunduğu
üçün YFS göstəricisini azaldır, əksinə, kreatinini artırır, çünki o
kanalcıqlardan sekresiya olunur. Kliniki təcrübə göstərir ki, qalıq
böyrək funksiyası olan xəstələr daha çox yaşayırlar, ona görə
onu qorumaq çox vacibdir (nefrotoksik dərmanlardan imtina, dializ
zamanı hipertenziyalardan qaçmaq).
123
Fəsil 4. Hemodializ
Hesablama: Bunun üçün dializarası dövrdə gündəlik sidiyin
miqdarı təyin olunur,
V=480ml/24saat=0,33 ml/dəq.
Qan zərdabında dializdən əvvəl sidik cövhərinin səviyyəsi (SUN)
təyin olunur, alınmış nəticənin 90% 24 saat ərzində sidik cövhərinin
orta səviyyəsini göstərir. Tutaq ki, SUN=56 mq/dl olduqda onun 90%
- 50 mq/dl olacaqdır. Yığılmış sidikdə sidik cövhərinin səviyyəsi 200
mq/dl olmuşdur.
Hesablama aparılır: (ml/dəq) =
ml/dəq=5,3 ml/dəq olur
4.5. Dializ üçün cihazlar
Dializatorun forması silindr və ya qutu şəklində olur. Dializatorun
4 dəliyi olur və onun ikisi qan, ikisi dializat ilə birləşir. Qan və dializ
məhlulunun hərəkət etdiyi sahələr yarımkeçirici membran ilə ayrılır.
Membran ya içi boş lifl ər, ya da plastinkalar şəklində olur.
İçi boş lifl ər həmçinin kapilyar dializator da adlanır. Qan silin-
drik konteynerin başında olan kameraya daxil olur, oradan dəstə
şəklində olan minlərlə kiçik kapilyarlara paylanır, sonra dializatorun
digər ucunda yenidən bir yerə yığılan qan xəstənin bədəninə
qayıdır. Kapilyarların ətrafında əks istiqamətdə dializ məhlulu axır
(şəkil 4.7).
Yastıparalel (plastinka) formalı dializatorda qan bir-birinə ya xın
sıxılmış membran plastinkalar arasında axır, dializ məhlulu mem-
branın əks tərəfi ndə olan boşluqdan, qanın əks istiqamətində axır.
Hazirda çox ölkələrdə yastıparalel dializatorlar, demək olar ki, çox
az istifadə olunur.
124
Dializ
Şəkil 4.7. Yastıparalel (plastin formalı) və içi boş lifl i (kapilyar) dializatorları
Membranlar.
Hazırda 4 tip membranlardan istifadə olunur:
– sellüloza (kuprofan);
– əvəzolunmuş sellüloza – sellüloza polimerinin səthində olan
hidroksil qruplarının əksəri asetat ilə əvəz olunur;
– yarımsintetik materiallar sintetik materialin hazırlanması za-
manı durulaşdırılmış sellüza əlavə olunmaqla onun biouyğunluğu
artırılmışdır;
– sintetik materiallar – poliakrilnitril (PAN), polisulfon, polikar-
bo nat, poliamid və polimetilmetakrilat (PMMA) aiddir.
Kuprofana nisbətən PAN membranlar suya görə böyük keçiriciliyə
malikdirlər, komplimenti az aktivləşdirir, orta molekulları və
B-2-MG daha effektiv çıxarır, bəzən isə hiperkoaqulyasiya və
Dostları ilə paylaş: |