«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

Bu nә sözdür? Saqın, xanım ana! Mәnim üzәrimә gәlməyәsən! Mәnim 
üçün ağlamayasan!
Qoy mәni, xanım ana, çәnkәlә sancsınlar! Qoy әtimdәn çәksin-
lәr, qara qovurma edib, qırx bәy qızının önünә aparsınlar.
Onlar bir yeyәndә, sәn iki dәfә ye! Kafirlәr duymasınlar, sә-
ni tanımasınlar. Tәki murdar dinli kafirin döşәyinә düş-
mәyәsәn. Onlara şәrab paylayıb, atam Qazanın namusunu sın-
dırmayasan. Saqın!».  
Oğlan belә deyәndә gözünün yaşı gildir-gildir axdı. Boyu uzun> beli 
incә Burla xatun boyun-qulağını tutdu, yıxıldı. Payız alması kimi al 
yanağın yırtdı-dağıtdı. Qarğı kimi qara saçını yoldu. «Oğul!», «Oğul!» 
deyib, zar-zar ağladı. Uruz dedi: 
Xanım ana! Qabağımı kәsib nә inlәyirsәn? Niyә zarıyırsan, niyә 
ağlayırsan?
Bağrımı, ürәyimi nә dağlayırsan? 
Keçmiş günlәrimi nә andırırsan?
Ay ana! Әrәb atları olan yerdә
                                         bir qulunu tapılmazmı?
Qızıl dәvәlәr olan yerdә
                                           bir köşәki tapılmazmı?
Ağca qoyunlar olan yerdә
                                         bir quzusu tapılmazmı?
Sәn sağ ol, xanım ana! Atam sağ olsun!
Bir mәnim kimi oğul tapılmazmı?!  
Belә dedikdә anası dözә bilmәdi. Ana gedib, qırx incә belli qızın arasına 
girdi.Kafirlәr Uruzu tutub, qәnarә1 dibinә gәtirdilәr. Uruz dedi: «Ay 
kafir, amandır, tanrının birliyinә şübһә yoxdur! Qoyun mәni, bu ağacla 
danışım». Çağırıb ağaca söylәmiş, görәk, xanım, nә söylәmişdir:
 
Sәnә «Ağac!» «Ağac!» deyirәmsә, çәkinmә, ağac! 
Mәkkә ilә Mәdinәnin qapısı ağac!
Museyi-Kәlimin әsası ağaç!
Böyük-böyuk suların körpüsü ağac!
29


Nәһәnk-nәһәnk dәnizlәrin gәmisi ağac!
Әlinin Düldülünün yәһәri ağac!
Әlinin qılıncının qınıyla dəstәyi ağaç!
İmam һәsәnlә һüseynin beşiyi ağac!
Әrin dә, arvadın da, qorxusu ağac!
Başını tutub baxarsam, başsız ağacsan!
Dibini tutub baxarsam, dibsiz ağacsan!
Mәni sәndәn asarlar, göturmә, ağac! 
Götürsən, igidliyim sәni tutsun, ağac!
Gәrәk bizim eldә olaydın, ağac!
Qara һindu qullarıma buyuraydım, 
Sәni para-para doğrayaydılar, ağac! 
 
 
Sonra dedi: 
Tövlә-tövlә bağlanan atlarımdan һeyf! 
«Qardaş» deyә sızlayan yoldaşlarımdan һeyf!
Yumruğumda qanad çalan şaһin quşumdan һeyf! 
Yetәr ilә Tutan kimi tazılarımdan һeyf!
Bәylikdәn doymadım, özümdәn һeyf!
İgidlikdәn yorulmayan canımdan һeyf! 
 
Uruz һönkür-һönkür ağladı, yanıq ciyәrini dağladı.
Bu zaman, sultanım, Salur Qazanla Qaraca çoban çaparağ yetdi. 
Çobanını sapandının daşlığı üçyaşar dana dәrisindәn, sapandının qolları 
isә üç keçi tükündәn düzәlmişdi. Sapandın çatısı bir keçi tükündәn idi. 
һәr atanda on iki batman2 daş atardı. Atdığı daş yerә düşmәzdi. Yerә 
düşsә dә, toz kimi sovrular, kül kimi ovulardı. Üç ilәdәk daşının 
düşdüyü yerin otu bitmәzdi. Bayırda kök qoyun da, arıq toğlu da 
qalsaydı, sapandın qorxusundan qurd gәlib yemәzdi.
Sultanım, Qaraca çoban çatan kimi sapandını işә saldı. Dünya-alәm 
kafirin gözündә qaraldı. Qazan dedi: «Qaraca çoban, qoy anamı 
kafirdən istәyim, at ayağı altında qalmasın».  
  
30


At ayağı iti, ozan dili çevik olur. Qazan kafiri çağırıb söylәmiş, görәk, 
xanım, nә söylәmişdir; 
Ay Şöklü Mәlik!
Qızıl tağlı uca evlәrimi götürüb gәlmisәn,
                                                      sәnә kölgәlik olsun!
Qiymәtli xәzinәmi, bol gümüşümü götürmüsәn,
                                                      sәnә xәrclik olsun!
Qırx incә belli qızla Burla xatunu gәtirmisan,
                                                        sәnә әsir olsun!
Qırx igidlә oğlum Uruzu gәtirib kәlmisәn,-
                                                       sәnin qulun olsun!
Tövlә-tövlә şaһanә atlarımı gәtirib gəlmisən,
                                                       sәnin miniyin olsun! 
Qatar-qatar dәvәlәrimi gәtirib gәlmisәn,
                                                         sәnin yükünü daşısın. 
Qoca anamı gәtirmisәn, ay kafir,
                                                           anamı ver mәna! 
Savaşmadan-vuruşmadan qayıdım geri,
                                                             dönüb gedim!  
 
Kafirlәr dedilәr: 
Qızıl tağlı uca evini gәtirmişik, bizimdir! 
Şöklü Mәlik qırx incə belli qızla Burla xatunu 
                                                 gәtirmişdir, bizimdir!
Qırx igidlә oğlun Uruzu gətirmişdir, bizimdir! Tövlә-tövlə atlarını, 
qatar-qatar dәvәlәrini
                                                 gәtirmişdir, bizimdir! 
Qarıcıq ananı gətirmişiksә, bizimdir, 
Sәnə vermәrik; Yayxan keşiş oğluna verәrik, Yayxan keşiş oğlundan 
oğlu doğular , 
Biz onu sәnә әvәz qoyarıq!  
 
Belә dedikdә Qaraca çobanın acığı tutdu, dodaqları sәyridi. Çoban dedi: 
Eһey, dinsiz, һuşsuz kafir! 
Ağılsız, başsız kafir!
31


Qarşıdakı qarlı dağlar 
Qarıyıbdır, otu bitməz.
Qan-qadalı irmaqlar 
Quruyubdur, suyu gәlmәz.
Şaһanә-şaһbaz atlar 
Qarıyıbdır, qulun vermәz. 
Qızıl-qızıl dәvəlәr dә 
Qarıyıbdır, göşәk vermәz. A kafir,
Qazanın anası Qocalıbdır, oğul vermәz. 
 
  Şöklü Mәlik, cins toxuma meylin varsa, qara gözlü qızını gәtir Qazana 
ver! Ay kafir, sәnin qızından oğlu doğulsun, siz onu Qazan bәyin 
xidmәtinә göndәrәsiniz!
Bu vaxt Qalın Oğuz bəylәri gәlib yetişdi, xanım, görәk, kimlәr gәldi:  
Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan , acığı 
tutanda qara daşı kül eyləyən , bığını boynu dalında yeddi dəfə 
düyünləyən , igidlər igidi , Qazan bəyin qardaşı Qaragünə çaparaq 
yetişdi: “Çal qılıncını , qardaşım Qazan , yetdim!”-dedi. Bunun ardınca 
, görək kimlər yetişdi:
Dəmir qapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq 
böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli 
Dondaz çaparaq yetişdi: “Çal qılıncını ,ağam Qazan , yetdim !” –dedi. 
Bunun ardınca , xanım , görək , kimlər yetişdi.Amidlә Mәrdin 
qalasını1vurub-yıxan, Dәmir yaylı Qıpçaq Mәlikә qan qusduran, 
gәlәrәk Qazanın qızını mərdliklə alan oğuzun ağ saqqallı qocaları 
görәndә o igidә «әһsən» deyәn, al mәxmәr şalvarlı, atı mavi qotazlı 
Qaragünә oğlu Qarabudaq çaparaq yetişdi: «Çal qılıncını, ağam Qazan, 
yetdim!» dedi. 
 
32


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə