«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   2   3   4   5   6   7   8   9   ...   37

Atan sәnә qıydısa da, sәn atana qıyma!—dedi. 
 
Oğlan anasının sözünü   sındırmadı.   Buğac   bәy yerindәn durdu. 
Böyük, iti polad qılıncını   belinә   qurşadı. Ağ tozluca1 bәrk yayını 
əlinә aldı. Qızıl nizәsini әlinә götürdu, gözәl   bәdәvi   atını  tutdurub 
mindi.   Qırx   igidini  yanına alıb, atasının ardınca çapıb getdi.O 
namәrdlәr dә bir yerdә dayanıb dincәlirdilәr. Al şәrabın tündündәn 
içirdilәr. Buğac xan çapıb yetişdi. 0 qırx namәrd onu görüb dedi: 
«Gәlin, gedәk, o igidi tutaq gətirәk. İkisini bir yerdә kafirә yetirәk». 
Dirsә xan dedi: «Qırx yoldaşım, aman verin! Tanrının birliyinә şübһә 
yoxdur. Mәnim әllәrimi açın, qolça qopuzumu verin, o igidi geri dön-
dәrim. Sonra mәni ya öldürün, ya da diri aparın». 
 
Әllәrini açdılar, qolça qopuzunu verdilәr. Dirsə xan, oğlu olduğunu 
bilmәdi, qarşıya gәlib söylәyir, görәk, xanım, nә söylәyir:  
  Boynu uzun bәdәvi atlar gedirsә, mәnimki gedir,
İçindә sәnin dә mindiyin varsa, igid, de mәnә, Savaşmadan-vuruşmadan 
alıb verim, qayıt geri! Yaylaqdan on min qoyun gedirsә, mәnimki gedir, 
İçindә sәnin da şişliyin varsa, söylә mәnә, Savaşmadan-vuruşmadan 
alıb verim, qayıt geri! Qaytabandan qızılı dәvә gedirsә, mәnimki gedir, 
İçindә sәnin dә yüklәdiyin varsa, söylә mәnә, Savaşmadan-vuruşmadan 
alıb verim, qayıt geri! Qızıl tağlı uca evlәr gedirsә, mәnimki gedir, 
İçindә sәnin dә otağın varsa, igid, söylә mәnә, Savaşmadan-vuruşmadan 
alıb verim, qayıt geri! Ağ üzlü, ala gözlü gәlinlәr gedirsә, mәnimki 
gedir, İçindә sәnin dә nişanlın varsa, igid, de mәnә. Savaşmadan-
vuruşmadan alıb verim, qayıt geri! Ağ saqqallı qocalar gedirsә, 
mәnimki gedir, 
İçindә sәnin dә ağ saqqallı atan varsa, de mәnә, 
Savaşmadan-vuruşmadan xilas edim, qayıt geri! Mәnim üçün gəldinsә, 
oğlancığımı öldürmüşәm. İgid, sәnin yazığın gәlmәsin, qayıt geri!
 
 
 
18


Boynu uzun bәdәvi atlar gedirsә, sәninki gedir;
Mәnim dә içindә mindiyim var,
                                                     qırx namərdə qoymaram!
Qaytabandan qızılı dәvә sәninki gedir,
Mәnim dә içindә yüklәdiyim var,
                                                     qırx namәrdә qoymaram! 
Yaylaqdan gedәn min-min qoyun sәninkidir,
Mәnim dә içindә şişliyim var,
                                                     qırx namәrdә qoymaram!
Sәnin ağ üzlü, ala gözlü gәlinlәrin gedirsә
İçindә mәnim dә nişanlım var,
                                                       qırx namәrdә qoymaram!
Qızıl tağlı uca evlәrin kedirsə,
İçindә mәnim dә otağım var,
                                                       qırx namәrdә qoymaram!
Sәnin ağ saqqallı qocaların gedirsә,
İçindә mәnim dә bir ağlı çaşmış,
Başı itmiş qoca atam var,
                                             qırx namәrdә qoymaram!—dedi.  
 
Qırx igidinә çalmasını yellədi, әl eylәdi. Qırx igid bәdәvi atını oynatdı, 
oğlanın yanına yığıldı.
Oğlan qırx igidini götürüb, atını irәli sürdü, vuruşdu, döyüşdü. Kiminin 
boynunu vurdu, kimini dustaq etdi. Atasını xilas edib qayıtdı, geri 
döndü.  
 Dirsә xan burada oğlunun sağ olduğunu bildi. Xanlar xanı, oğlana 
bәylik verdi, taxt verdi. Dәdәm Qorqud boy boyladı, soy soyladı, bu 
oğuznamәni düzdü-qoşdu, belә dedi:
 
19


Onlar da bu dünyadan gәldi, keçdi. 
Karvan kimi qondu, köçdü.
Onları da yer gizlәdi, әcәl aldı. 
Fani dünya yenә qaldı...
Qara ölüm gәldikdә keçid versin.
Sağlıqla dövlәtini allaһ artırsın.
O öydüyüm uca tanrı yar olub yardım etsin. 
Xeyir-dua verәk, xanım:
Yerli böyük dağların yıxılmasın!
Kölgәlicə uca ağacın kәsilmәsin! 
Coşqun axan gözәl suyun qurumasın!
Qanadlarının ucları qırılmasın! 
Çaparkәn ağ-boz atın büdrәmәsin! 
Döyüşәndә böyük, iti polad qılıncın gödәlmәsin! Vuruşarkәn uzun 
nizәn әyilmәsin! 
Ağ birçәkli ananın yeri beһişt olsun!
Ağ saqqallı atanın yeri cәnnәt olsun!
һaq yandıran çırağın daim yansın!
Qadir tanrı sәni namәrdә möһtac eylәmәsin,
                                                                     xanım, һey!..
 
20


SALUR QAZANIN EVININ YAĞMALANDIĞI 
BOY
Bir gün Tüklü quşun* balası, yazıqların ümidi, Amit1 soyunun aslanı, 
Qaracığın qaplanı, Qonur atın yiyәsi, Uruz xanın ağası, Bayındır xanın 
kürəkәni, Qalın oğuzun dayağı, igidlәrin arxası Ulaş oğlu Salur Qazan 
yerindәn durmuşdu. Doxsan otaqlı uca evlәrini qara yer üzәrindә 
tikdirmişdi. Doxsan yerdә böyük ipәk-xalı döşәtdirmişdi. Sәksәn yerdә 
küplәr qoyulmuşdu. Qızıl qədәһlәr-süraһilәr düzülmüşdü. Doqquz qara 
gözlü, göyçәk üzlü, saçı arxada düyünlәnmiş, köksü qızıl düymәli, әllәri 
bilәyindәn xınalı, barmaqları naxışlı, gözol kafir qızları Qalın oğuz 
bәylәrinә şәrab paylayırdılar.Ulaş oğlu Salur Qazan içdi-içdi, axırda 
şәrabın tәsiri başına vurdu. O, qaba dizlәri ustünә çökdü, dedi: 
«Sözümü dinlәyin, sәsimә sәs verin, bәylәr! Yata-yata yanımız ağrıdı. 
Dura-dura belimiz qurudu. Durağ gedək, a bəylәr! Ov ovlayaq, quş 
vuraq, sığın-geyik yıxaq, qayıdıb otağımıza düşәk: yeyib-içәk, 
günümüzü xoş keçirәk!».
 
Qıyan Sәlcik oğlu Dәli Dondaz dedi: «Bəli, xan Qazan
mәslәһәtdir».Qaragünә oğlu Qarabudaq dedi: «Ağam Qazan, 
məslәһətdir» Onlar belә dedikdә Atağızlı Aruz qoca iki dizi üstünə 
çöküb dedi: «Ağam Qazan, sası2 dinli Gürcüstan sərһәddinә gedirsәn, 
qәrargaһının üstündә kimi qoyursan?».Qazan dedi: «Oğlum Uruz üç 
yüz igidlә evimin keşiyindә dursun». Qonur atını çəkdirdi, mindi. Dәli 
Dondaz Tәpәlqaşqa ayqırını mindi. Qazan bәyin qardaşı Qaragünә Göy 
bәdәvi atını tutdurub mindi.Bayındır xanın düşmәnini məğlub edәn Şir 
Şәmsәddin Ağ atını çəkdirib mindi.Parasarın Bayburd һasarından 
sıçrayıb aşan Beyrək Boz ayğırına mindi.Qonur atlı Qazana «keşiş» 
deyәn bәy Yeynək Duru ayğırına mindi.Saymaq istәsәm, tükənәn deyil; 
Qalın Oğuz bәylәri atlandılar. Böyük qoşun Ala dağa ova çıxdı. 
Kafirlәrin casusu bunu gördü; çuğul gedib, Şöklü Mәliyə xəbәr verdi. 
Yeddi min qaftanının arxası cırıq, kәsik qa ra saçlı, sası dinli, din 
duşmәni, alaca atlı kafir çapdı, gecә yarısı Qazan bәyin düşәrgəsinә 
gәldi, Kafirlәr onun qızıl tağlı evlәrini çalıb-çapdılar, qaza bәnzәr 
qızını-gәlinini çığırışdırdılar. Tövlə-tövlә şaһanә atlarını mindilәr. 
21


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə