«Kitabi-Dədə Qorqud» bir müqəddimə və 12 boydan ibarət dastandı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/37
tarix26.03.2018
ölçüsü2,8 Kb.
#34153
1   2   3   4   5   6   7   8   9   ...   37

Kərbəla çölündə Yəzid əlində öldürülən iki qardaşa— Həsənlə Hüseynə 
əhsən!
       Yazılıb-düzülən göydən enən tanrı elmi 
                                                     Qurana əhsən!
O, Quranı yazdı-düzdü, alimlər öyrənincə
                                              ölçdü-biçdi,—
Alimlər başçısı Üffan oğlu Osmana əhsən! 
Alçaq yerdə tikilibdir, tanrı evi Məkkə gözəldir.
 O Məkkəyə sağ-salamat gedib-gəlsə, sidqi    
                                              bütöv hacıya əhsən!
Sayılan günlərdən cümə gözəldir, 
Cümə günü oxunanda xütbə* gözəldir.
 Qulaq asıb-dinləyəndə ümmətə əhsən! 
Minarədə azan verən azançıya əhsən! 
Dizini yerə basıb oturanda qadın gözəldir. 
Sinəsindən ağarırsa, ata gözəldir. 
Ağ südünü doyunca əmizdirsə, ana gözəldir. 
Yanaşıb yola girəndə qara buğur* gözəldir. 
Sevgili  qardaş gözəldir.
 Uca ev yanında qurulsa gəlin çadırı, gözəldir. 
Uzunca ipi də gözəldir. Oğul gözəldir.
 Heç kimə bənzəməyən, bütün aləmləri yaradan
                                            tanrıya-allaha əhsən!..
O təriflədiyim uca tanrı dost olub, sənə kömək etsin, 
xanım, hey! 
 Ozan deyir: «Arvadlar dörd cürdür: birisi soy soldurandır*; birisi toy 
doldurandır; birisi evin dayağıdır; birisi necə desən, bayağıdır».  
 
Ozan, evin dayağı odur ki, çöldən-bayırdan evə bir qonaq gəlsə, əri 
evdə olmasa, o gələn adamı yedirir-içirir, əzizləyib-oxşayır, yola salır. O 
cür arvad Ayişə, Fatimə cinsidir, xanım. Onun uşaqları sağ olsun. 
Ocağına bu cür arvad gəlsin... Gəldin, o ki soy soldurandır, oğrunca 
yerindən qalxar, əl-üzünü yumadan doqquz bozlamacla bir bardaq qatığı 
gəvələyər, tıxıb-basıb doyunca yeyər, əlini böyrünə vurar, de-yər; «Bu 
6


evi görüm, xaraba qalsın! Ərə gedəndən bəri qarnım da doymadı, üzüm 
də gülmədi. Ayağım başmaq, üzüm yaşmaq görmədi». Deyər: «Ah, nə 
olaydı, birinə də gedəydim. Umdu-ğumdan da yaxşı-uyğun olaydı». 
Onun kimisinin, xanım, uşaqları beyüməsin! Ocağına bu cür arvad 
gəlməsin. 
 
Gəldin, o ki toy doldurandır, tərpəninca yerindən qalxdı, əl-üzünü 
yumadan obanın o ucunu bu ucuna çarpışdırdı. Söz-şayiə yaydı, 
qapılara qulaq qoydu. Öynəyədək gəzdi. Öynə-dən sonra evinə gəldi, 
Gördü ki, oğru köpəklə yekə dana evini qatıb-qatışdırmışdır; evi toyuq 
komasına, inək damına dönmüşdür. Qonşularını çağırar ki: «Yetər! 
Zəlihə! Zibeydə! Ürüdə-can, qız-can! Paşa! Ayna Mələk! Qutlu Mələk! 
Ölməyə-itməyə getməmişdim. Yatacaq yerim yenə bu xaraba olasıydı. 
Nə olardı, mənim evimə azacıq baxaydınız? «Qonşu haqqı — tanrı 
haqqıdır»—deyib-söylər. Bunun kiminin, xanım, uşaqları böyüməsin! 
Ocağına bunun kimi arvad gəlməsin. Gəldin, o ki necə desən, bayağıdır. 
Əri evdə olanda çöldən-bayırdan evinə bir abırlı qonaq gəlsə, əri desə 
ki, dur çörək gətir, yeyək; qonaq da yesin. Desə, bişmiş çörək daimi 
deyil, yemək lazımdır. Arvad deyər: «Neyləyim, bu yıxılacaq evdə un 
yox, ələk yox. Dəvə də dəyirmandan gəlmədi... Nə gəlirsə, mənim 
sağrıma gəlsin»,—deyə əlini yanına vurar, üzünü o tərəfə, sağrısını 
ərinə döndərər. Min söylərsən, birisini eşitməz,—ərin sözünü qulağına 
almaz. O, Nuh peyğəmbərin eş-şəyi nəslindəndir. Xanım, ondan da sizi 
allah saxlasın! Oca-ğınıza belə arvad gəlməsin!
 
7


DIRSƏ XAN OĞLU BUĞAC XAN BOYU
Bir gün Qam Ғan oğlu Bayındır    xan    yerindәn durmuşdu. Şami* 
günlüyünü    yer  üzündә qurdurmuşdu.Hündür alaçığı göy üzünә 
dirәnmişdi.    Min yerdə ipәk xalça döşənmişdi...
Xanlar xanı Bayındır xan ildә bir dəfə şadlıq edib, oğuz bәylәrini qonaq 
edәrdi. Yenә şadlıq mәclisi qurub, atdan ayğır, dәvәdәn buğra, 
qoyundan ğoç qırdırmışdı. Bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir 
yerdә qara otaq qurdurmuşdu. «Kimin oğlu-qızı yoxdursa, qara otaqda 
oturdun, altına qara keçә döşәyin, önünə qara qoyun әtinin qo-
vurmasından gәtirin. Yeyir-yesin, yemirsә-dursun getsin» demişdi. 
«Oğlu olanı ağ otağa, qızı olanı qırmızı otaqa yerlәşdirin. Oğlu-qızı 
olmayanı allaһ qarğayıb, biz dә qarğayarıq; qoy bilsin» demişdi 
 
Oğuz bәylәri bir-bir gəlib yıqılmağa başladılar. Dirsə xan deyilən bir 
bәyin oğlu-qızı yox idi. Ozan söylәmiş, görәk, xanım, nә söylәmişdir:  
Salxım-salxım dan yellәri әsdikdə,
Saqqallı, boz, ac torağay ötdükdə,
Saqqalı uzun tat kişi azan çәkәndə,
Bədәvi atlar yiyәsini görüb işnәdikdә,
Ağlı, qaralı seçilәn çağda,
Köksü gözəl qaya dağlara gün dəyәndә,
İgid bәylәr, pәһlәvanlar bir-birilə gülәşәndә 
 
 
Dirsəxan sübһ tezdәn qalxıb, yerindən durdu; qırx igidini dәstәsinә 
qatıb Bayındır xanın  mәclisinә gәldi.Bayındır xanın igidlәri Dirsə xanı 
qarşıladılar, gətirib qara otaqda oturtdular, qara keçə altına döşədilәr, 
qara qoyun qovurmasından önünә gәtirdilәr. «Bayındır xanın әmri 
belәdir, xanım!» dedilәr. Dirsә xan deyir: «Bayındır xan mәnim һansı 
әksikliyimi gördü? Qılıncımdanmı gördü, süfrәmdәnmi gördü? Mәndən 
әksik kişilәri ağ otaqda, qırmızı otaqda oturtdu. Mənim günaһım nә 
oldu ki, ğara  otağa yerlәşdirdi?» 
8


Dedilәr: «Xanım, bu gün Bayındır xandan buyruq belәdir ki, oğlu-qızı 
olmayanı allaһ ğarğayıbdır; biz də qarqayırıq».
Dirsә xan yerindәn qalxdı: «İgidlәrim,    qalxıb yeriniz-
 
Dedilәr: «Xanım, bu gün Bayındır xandan buyruq belәdir ki, oğlu-qızı 
olmayanı allaһ ğarğayıbdır; biz də qarqayırıq».
Dirsә xan yerindәn qalxdı: «İgidlәrim,    qalxıb yerinizdәn durun! Bu 
böyük eyib mәnә ya mәndәn, ya arvaddandır»,— dedi.
Dirsә xan evinә gәldi. Çağırıb qadınını soylayır, görәk xanım, nə 
soylayır.
Söylәmә.
Deyir:
 
Bəri gәl, başımın baxtı, evimin taxtı!
Evdәn çıxıb yeriyәndә sәrv boylum! Topuğuna sarmaşanda qara saçlım! 
Qurulmuş yaya bәnzәr çatma qaşlım! 
Qoşa badam sığmayan dar ağızlım! 
Payız almasına bәnzәr al yanaqlım! Qadınım, dayağım, döl verәnim! 
Görürsәnmi nәlәr oldu?
 
 Bayındır xan qalxıb yerindәn durmuş, bir yerdә ağ otaq, 
bir yerdә qırmızı otaq, bir yerdә qara otaq tikdirmişdir. «Oğulluları ağ 
otaqda, qızlını qırmızı otaqda, oğlu-qızı olmayanı qara otaqda oturdun, 
altına qara keçә döşәyin, önunә qara qoyun әtinin qovurmasını gәtirin; 
yeyir-yesin; yemirsә— dursun-getsin. Bir adamın ki, oğlu-qızı olmaya, 
onu allaһ qarğayıbdır, biz dә qarqayırıq» demişdir.
Gәlib qarşıladılar, qara otaqda oturtdular, qara qoyun әtindәn qovurmanı 
önümә gәtirdilәr. «Oğlu-qızı olmayanı allaһ qarğayıbdır, bil ki, biz dә 
qarğayırıq»—dedilәr. «Sәndәnmidir, mәndәnmidir, nәdәndir allaһ bizә 
bir yetgin oğul vermir?»—dedi. Söylәdi.    
  Deyir: 
  Xan qızı, yerimdәn durummu?
Јaxandan-boğazından tutummu?
Qaba dizimin altına salımmı?
Böyük, iti, polad qılıncımı əlimә alımmı?
Өz gövdәndәn başını kәsimmi?
9


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə