15
Şöhrət bəzən insanın gözünü elə tutur ki, bu şirin “pərdə”-
dən başqa heç nəyi görə bilmirsən. Görə bilmirsən ki, sənin hə-
yatında başqa dəyərlər var. Onları gözdən qoysan sadəcə itirə
bilərsən, övlad kimi, həyat yoldaşı kimi, ailə kimi dəyərləri. Onlar
qayğısızlıqdan, sevgisizlikdən yanlış istiqamətlərə düşə bilərlər.
Səyavuş Aslan Ofeliyası ilə bir evdə iki yad adamlar kimi
yaşayırdılar. Gecələdiyi doğma teatr da, vəzifə də beləcə əldən
getdi. İndi onu nə gözləyir? Üstəlik insanların etibarsızlığı. Ən
yaxın dost onun kreslosunda və bir vaxtlar ciblərinə pul qoyduğu,
problemlərini həll etdiyi həmkarları həmin dostun ətrafında.
Bundan ağır stress ola bilərdimi?
Bir vaxtlar üzündən gülüş əksik olmayan insan beləcə aqres-
siya ilə yüklənir. Milli Dram Teatrına onu uşaqlıq dostu, həmin
vaxtlar teatrın rəhbəri olan Həsənağa Turabov gətirir. Bu teatrın
səhnəsində də maraqlı obrazlar imza atırdı Səyavuş Aslan, amma
insan hamıya qarşı aqressiya ilə yüklənmişdi. Teatrda onu sevən
çox az adam olardı, çünki heç kimə xoş münasibət göstərmirdi,
onda xoş əhval qalmamışdı. Yalnız çox az-bir neçə adam bunları
bilirdi və Səyavuş Aslanın əslində çox kövrək
qəlb sahibi olduğunu
dəyərləndirib ona münasibətini dəyişmirdi.
Əgər həmin vaxtlar bu böyük sənətkarın içinə aqressiya, in-
sanlara inamsızlıq, qəzəb hakim kəsilmişdisə, illər ötdükcə qəlb öz
sözünü deyirdi, kövrəkləşir, həzinləşir, günahları üçün özü öz
qarşısında hesabat verirdi. Hesabat zamanı isə heç kim, hətta
insanın öz məni belə onu bu günahları eləməsinə gətirib çıxaran
səbəbləri araşdırmır, haqq qazandırmır, sadəcə mühakimə edir.
Belə çıxır ki, nə həyatda bir işin sahibi olmadın – ata, ər, oğul
kimi. Nə də səhnədə olmaq istədiyin kimi ola bilmədin. Niyə ya-
şadın, nə dedin, kim oldun? - bu sualları hər gün özünə verir, göz
yaşlarını qəlbinin çatlarına axıdırdı. Bəzənsə o göz yaşları elə
efirdəcə özünü büruzə verirdi. Xüsusən də ailəsinə-həyat yoldaşına
münasibətinə görə özünü günahkar bilirdi, qınayırdı. Ofeliya üçün
hər şey edirdi, bəlkə günahını yuyar deyə bazarlığına qədər da-