23
Bundan sonra Nodar Şaşıqoğlu səkkiz il Bakıda yaşadı. Re-
jissor Məhərrəm Haşımov onu dəfələrlə Rus Dram Teatrında işlə-
məyə çağırdı. Hər dəfə imtina edirdi, çünki filmlərə çəkilirdi. 50-ci
illərin sonu - 60-cı illərin əvvəllərində "Azərbaycanfilm"in ən par-
laq aktyoru Nodar Şaşıqoğlu idi. Eyni vaxtda iki-üç filmə çəkilirdi.
Pula da pul demirdi. Bakının gözəl vaxtları idi. Dövlət Bakıda ona
ev də vermişdi. Bakının iki Mixaylosu vardı - biri müharibədə
həlak olan, biri Nodar Şaşıqoğlu. Təkcə Mehdinin ailəsi yox, bütün
Azərbaycan bunu belə qəbul eləmişdi.
Küçədə onu "Mixaylo" deyib qucaqlayıb öpürdülər. Nodar
Şaşıqoğlu bu şöhrətdən şaşırmırdı. Küçələrdə piyada gəzməkdən
çəkinmirdi.
Bakını namus üstdə tərk etməli oldu
O zamanlar Bakıda Rubinçik adında məşhur fotoqraf var idi.
Dövlət tədbirlərinin hamısını, respublika rəhbərinin bütün səfərlə-
rini o çəkərmiş. Nodar Şaşıqoğlu ilə də tanış imişlər, gediş-gəlişləri
varmış. Fotoqrafın çox gözəl xanımı olub. Nodar Şaşıqoğlu ilə bu
xanım elə ilk görüşdən bir-birilərinə aşiq olurlar. Bu sevgi Nodar
Şaşıqoğlunun hesab etdiyi qədər də ötəri olmur, alovlanır, hisslə-
rinə hakim ola bilmirlər. Bu həmin dövr idi ki, Nodar Şaşıqoğlu Lə-
tif Səfərovun "Leyli və Məcnun" filmində Məcnun rolunda çəkilir-
di.
Həyatda yaşadığı sevgi filmdə gözlərində əksini tapır. Füzu-
linin misralarını
qəlbindəki dəli, ümidsiz sevgi ilə alovlandıran No-
dar Şaşıqoğlu sonralar bu rolu ən çox sevdiyi obraz adlandırıb:
“Filmdə dəli insanın surətini yaratmamışam, məhəbbətin filoso-
funu oynamışam”, – deyrdi.
Filmdən fərqli olaraq həyatda sevgisinə qovuşur. Qadınla
evlənirlər. Onun soyadı Şepeleva idi. Atası tanınmış idman məşq-
çisiydi. Respublikada bir çoxları bu izdivaca görə Nodar Şaşıqoğlu
ilə münaqişəyə girdi. Mentalitet, adət-ənənə, hamısı “baş rol”da
25
dıcılıq səfərlərinə çıxmağı, xaltura ilə məşğul olmağı idi. Həm pul
qazanmalı idi, həm də yeni münasibətlər axtarırdı, darıxırdı.
Bakı isə onun üçün böyük məna kəsb edirdi. Ömrünün son-
larında yenə bura – Bakıya qayıtdı. Bura onun sevdiyi, onu sevən-
lərin çoxluq təşkil etdiyi şəhər idi.
Azərbaycan teatrını da çox sevirdi. Bütün filmlərdə onun səsi
olan Əli Zeynalov və özü xasiyyətdə Eldəniz Zeynalovla dostluq
edərdi. Hər ikisinin dəfnində də Bakıya gəlib. Barat Şəkinskayanı
sevərdi, hər gəlişində onunla görüşə can atarmış. Bir dəfə özünü
saxlaya bilməyib onu sevdiyini deyib. Barat Şəkinskaya gülümsə-
yib ona – "eyni sözləri əmin Ülvi də deyib mənə", - deyə etiraf edib.
Sonuncu sevgisi Rusiyada özündən 25 yaş kiçik bir qız oldu,
evləndilər. Fürsət tapan kimi ona xəynət edən bu qadını da Nodar
Şaşıqoğlu bir ev hədiyyəsi ilə buraxır.
Bakıya qayıdandan sonra Rus Dram Teatrında fəaliyyətə baş-
layan aktyor bir gün rejissor Aleksandr Şarovskinin kabinetinə
girib: “Cənab rejissor, mənim üçün "Kral Lir" tamaşasını qoy, Kral
Liri oynayıb teatrın və dünyanın qapısını arxamca örtüb gedim”, -
deyir.
Dünyanıı işinə, möcüzəsinə bax, İlahi. Elə də oldu. Bakıya
qayıdandan sonra, (elə bil ölməyə gəlmişdi) Heydər Əliyevin ona
bağışladığı mənzilində uzun müddət xəstə yatdı.
Moskvadan, dörd
arvaddan qalan iki oğlundan biri gəlib onun yanında qalırdı.
Oğlanlarının ikisinin də adı Nodardır, çünki hər ikisi o, analarını
qoyub gedəndən sonra dünyaya gəlib. Anaları da onun adını
oğlanlarına verib.
Özündən sonra yer üzündə iki Nodar Şaşıqoğlu, bir də yüz-
lərlə obraz qoyub getdi.