13
Qibtə edilən sevginin iflası və sənətdə tənəzzül
25 il Musiqili Komediya Teatrında çalışdı. Bədii rəhbər və-
zifəsinə qədər ucaldı.
Həmin illər ərzində bu teatrda nəhəng sənət simalarından
ibarət gözəl kollektiv formalaşmışdı. Onların arasında gənc, gözəl
Ofeliya da vardı. Sevgi özünü gözlətmədən gəldi. Bir-birinə həm
xarakter, həm zahiri görkəmcə çox bənzəyən bu iki gənci bir yerdə
görməyə alışmış gözlər, bir gün onların toy sevincini də yaşadı,
övladlarının doğuluşu münasibəti ilə təbriklər də söyləmək düşdü
qismətlərinə.
Teatrın kollektivi elə bil ailə idi, Nəsibə Zeynalova, Hacıbaba
Bağırov, Səyavuş Aslan üçlüyü isə Bəşir Səfəroğlu, Lütfəli Ab-
dullayevdən sonra səhnəni çiyinlərində şərəflə daşıyırdılar. Bəli,
səhnə böyük sənətkarların çiyinlərində daşınır və ötürülür.
Şan-şöhrət, sənət yanğısı, uğur, ailə xoşbəxtliyi-hamısı eyni
vaxtda gəldiyi kimi bir gün ya bir-bir, ya da elə gəldiyi kimi eyni
vaxtda əldən çıxa bilərmiş.
İllər bir-birini əvəz etdikcə nədənsə sabahın yox, keçən gü-
nün təəssüf və həsrətilə yaşayırsan.
Yaxşı yaradıcı, mehriban kollektiv dağılmağa başlamışdı. Te-
atra, sənətə, sənətkara münasibət də dünənki kimi deyil nəysə, axı
90-cı illər astanadadır. Elə bil lənətlənib bu illər, hər il o birindən
ağır gəlir. Mədəniyyətimizin tənəzzül illəri idi.
O, qadınların deyil, qadınlar onun arxasınca gələrdi
Üstəlik də ailədəki problemlər. Səyavuş Aslan qadın düşkü-
nü deyildi. O, heç bir qadının arxasınca düşməzdi, sevdiyi xanımı
onun üçün bütün başqa qadınlardan üstün idi. Amma onun şöhrə-
tinə aludə olan qadınlar vardı ki, Səyavuş Aslana rahatlıq vermir-
dilər. Bəlkə də haqqında yayılan söz-söhbətlər, şayiələr bu
qadınların uydurması, xəyalı idi. Ofeliya Aslan isə qadındır-zəif
14
məxluqdur, bu şayiələrdən artıq təngə gəlib, psixoloji problemlər
baş qaldırıb onda. Səyavuş Aslan ailəsini sevir, ürəyi onlarladır,
amma qayğı göstərmək, bu sevgini onlara yaşatmaq xislətinə xas
deyil.
Söz-söhbət belə kişilərin ailəsindən əskik olmur. Qadının dığ-
dığından qurtulmaq üçün isə ya boşanmaq lazımdır, ya da...
Səyavuş Aslan hər ikisinə əl atır, illərlə həm səhnəni, həm də
yastığını bölüşdüyü sevimli Ofeliyadan ayrılır, üstəlik onu psixo-
loji dispanserə təhvil verir.
Teatr sənətimizin tarixinə qızıl hərflərlə yazılmış məşhur
“Hicran”ın qəhrəmanları arasında da hər şey qaydasında deyil.
Nəsibə Zeynalova Səyavuş Aslanın xanımına göstərdiyi, onun
qənaətincə anlayışsızlığa görə qınadı, küsdü ondan.
Hətta “Hicran” tamaşası lentə yazılıb tarixə köçürülən zaman
o üç aktyorun üçü də bir-biri ilə danışmırmış. Düzdür, o vaxt hələ
Səyavuşla Ofeliya ayrılmamışdılar, qadının psixoloji durumu da
pozulmamışdı, amma artıq narazılıqlar axarından çıxırdı.
Hacıbaba Bağırovun Səyavuş Aslanın yerinə keçməsi
İllərin dostları Hacıbaba Bağırovla Səyavuş Aslan arasındakı
soyuqluğa isə səbəb tamam başqa amillərdir. Burda birincinin
ikincinin yerinə göz dikib, dostluğu tapdayıb xəbərdarlıqsız onun
vəzifəsinə sahib çıxması amili ilə yanaşı, qadın məsələsi də istisna
olunmurdu. Düzdür, bədii rəhbər təyinatla olurdu, amma iki
dostdan biri o birinin yerinə gəlməyə razılıq verirsə bu ikinci dostu
incitməyə bilməzdi.
Səyavuş Aslan Musiqli Komediya Teatrının bədii rəhbərli-
yindən çıxarılanda həm də övlad nisgili vardı, övladlar ata-ana
arasında olan soyuq münasibətdən, valideynlərin onlara qayğısız-
lığından “bəhrələnmişdilər”.