KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə27/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   23   24   25   26   27   28   29   30   ...   112
k x 2017 n 1

30


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
ədəbiyyata yüksək ixtisaslı mütəxəssislərdən ibarət komissiya baxmalı və öz 
rəylərini verməlidir.
Az istifadə olunan ədəbiyyatın aşkarlanması prosesi ilə eyni vaxtda 
məzmunca və fiziki cəhətdən köhnəlmiş, qeyri-profil ədəbiyyat da fonddan 
seçilə və sonuncular mübadilə fonduna verilə bilər.
Əlaqədar komissiya seçilmiş ədəbiyyata baxdıqdan və razılıq verdikdən 
sonra seçilmiş sənədin əlifba kataloqunda olan kartoçkası və qeydiyyat 
kartoçkasının surəti, kitabxananın adını və ünvanını göstərməklə əlaqədar 
depozitariyaya göndərilir. Kartoçka partiyası ilə birlikdə qoşma sənəd də 
göndərilir. Qoşma sənədin nümunəvi forması aşağıdakı kimidir. Bir qayda 
olaraq, az istifadə edilən ədəbiyyata 15-20 il əvvəl buraxılmış kitablar, 5-10 il 
əvvəl dərc edilmiş jurnal və qəzetlər, RETK-nın depozitar fonduna göndərilən 
az istifadə edilən ədəbiyyat barədə məlumat son 4-5 ildə istifadə edilməyən 
digər növ sənədlər aid edilir.
Akt üç nüsxədə tərtib edilib az istifadə edilən nəşrlərlə birlikdə 
göndərilir. Alındıqdan sonra aktın bir nüsxəsi RETK-da qalır, qalan iki 
nüsxəsi təsdiq edilib, möhürlənərək göndərən ETK-ya qaytarılır. Poçt xərcləri 
göndərən ETK tərəfindən ödənilir.
Az istifadə edilən ədəbiyyatın göndərilməsinə və RETK-da qəbul 
edilməsinə dair uçot formaları müvafiq olaraq 1 və 2 №-li nümunəvi 
formalarda göstərilmişdir.
Fondun m ühafizəsi. Digər kitabxanalar kimi, ETK fondları da dövlət 
mülkiyyətidir. Buna görə də fonda daxil olan müraciətlərin (dostup) 
cavablandırılmasına fondun qorunması üçün hüququ olan kitabxana işçiləri 
məsuliyyət daşıyır. İlk növbədə isə ETK müdiri fondun qorunması üçün 
məsuliyyət daşıyır.
İmkan daxilində kitabxananın binası, digər sahələrdən ayrılmalıdır. Belə 
bir imkan olmadıqda ədəbiyyatı bağlanan şkaflarda saxlamaq və ya 
kitabsaxlayıcını digər iş otaqlarından ayırmaq lazımdır.
Fondda sənədləri nəmdən, qurumaqdan, günəş radiasiyasından, tozdan, 
zərərli sənaye tullantılarından, daşqından, gəmirici və böcəklərdən qorumaq 
lazımdır. Bu məqsədlə aşağıdakı tədbirlər görülməlidir:
1) binanı təmiz saxlamaq, onu nəmli üsullarla təmizləmək, stellajlara və 
kitablara qonmuş toz hissəciklərini müntəzəm olaraq silmək və bu məqsədlə 
təmiz əski (2% formalinləşdirilmiş) istifadə edilməlidir;
2) optimal temperatur-rütubət rejimi saxlanmalıdır, temperatur 16-18°C 
(±2°C), rütubət 50-60% (±5%), mikrofilm fondu üçün rütubət 25-30% 
olmalıdır;
3) birbaşa düşən günəş şüasından fondu mühafizə etmək lazımdır. Belə 
şəraitdə kitabların vərəqələri, xüsusilə görünən hissələri, vərəqlərin ətrafı tez

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə