KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə35/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   31   32   33   34   35   36   37   38   ...   112
k x 2017 n 1

40


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
Bu kitab Heydər Əliyevin tərcümeyi-halında “Naxçıvan dövrünə” həsr 
olunmuşdur və 1990-cı ilin iyulundan 1993-cü ilin iyununadək olan zaman 
kəsiyini əhatə edir. M üəllif kitaba ön sözündə oxucuya müraciətində yazır ki, 
bu nəinki Naxçıvan Muxtar Respublikasının, həm də bütün Azərbaycanın 
tarixində ən mürəkkəb, həmçinin ən əlamətdar dövrlərdən biridir.
...Öz həyatının başlıca kitabını yazmaq səadəti hər yazıçıya nəsib olmur. 
Bu Elmira Axundovaya nəsib olmuşdur. M üəllif kitablarından birinin 
müqəddiməsində yazır: “Bəzən məndən soruşurlar: “Heydər Əliyev haqqında 
daha nə qədər yazacaqsınız?” Açıq etiraf edirəm: “Yəqin ki, bütün həyatım 
boyu” . Təəccüblü heç nə yoxdur. Axı, rus tarixçisi R udolf İvanovun qeyd 
etdiyi kimi “ ...dahi insanlarda bir çox öyrənilməmiş keyfiyyətlər olur, onların 
aşkara çıxarılmasına və ifadə olunmasına zaman və insanlar kömək 
edəcəkdir” [14,s.2]
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya 
şöhrətli siyasi xadim bütün dövrlərin dühası, xalqımızın ümummilli lideri 
Heydər Əliyev həyatının və fəaliyyətinin bütün dövrlərində Azərbaycan 
kitabına böyük qiymət vermiş və onun inkişafına, tərəqqisinə qayğı ilə 
yanaşmışdır.
Bəşəriyyətin ən nadir tarixi şəxsiyyətlərindən olan ulu öndərin həyat və 
fəaliyyətinə, zəngin və çox qiymətli irsinə zaman-zaman filosoflar, 
mədəniyyətşünaslar, dilçilər, tarixçilər, ədəbiyyatşünaslar, kitabxanaşünaslar, 
kitabşünaslar, sosioloqlar, iqtisadçılar və b. sahələrdən olan alimlər, yaradıcı 
ziyalılar ona və əsərlərinə fundamental monoqrafiyalar, elmi əsərlər həsr etmiş 
və bu iş minilliklər boyu davam etsə belə, onun zəngin irsinin gələcək 
nəsillərə çatdırılması işində mühüm əhəmiyyət kəsb edəcəkdir.
Ümummilli lider Heydər Əliyev demişdir: “Kitab nəşri hər ölkənin, hər 
xalqın mədəniyyətində, ümumiyyətlə, mənəvi, ictimai həyatında çox görkəmli 
yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə 
yiyələnmiş, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə 
də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq həm də 
onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan 
bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas 
vəzifələrimdən biri sayıram. Doğrudur, indiki ağır sosial-iqtisadi böhran 
dövründə, respublikamızın iqtisadiyyatında yaranmış çətinliklərlə əlaqədar və 
başqa ölkələrlə əlaqələrin məhdudlaşdığı bir vaxtda nəşriyyat işi çətinliklərlə 
qarşılaşır. Bu təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq, bunun 
üçün yeni-yeni yollar axtarmalıyıq.
Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına qalmalıyıq. 
Bilirəm ki, yazılanlar və yazmaq istəyənlər çoxdur. Bu adamlar-alimlər
yaçılar, mədəniyyət xadimləri yazılarının bir çoxunu çap etdirə bilmirlər. Bu

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə