KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə36/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   32   33   34   35   36   37   38   39   ...   112
k x 2017 n 1

41


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
çətinliyi hamımız dərk etməliyik. Ancaq bununla kifayətlənmək olmaz. Hər 
bir çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bu yolu birlikdə axtarmalıyıq. 
Dövlət də bütün imkanlardan istifadə edəcəkdir. Ancaq ayrı-ayrı cəmiyyətlər
təşkilatlar, iş adamlarımız da bu işə qoşulmalıdır. Arzu edirəm ki,bu 
tövsiyənin əməli nəticələri olsun” .
Ulu öndərin ideyaları kimi bu arzusu da onun layiqli davamçısı 
möhtərəm prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində beynəlxalq 
standartlar səviyyəsində həyata keçirilmişdir. Heydər Əliyev Fondunun 
prezidenti Mehriban Əliyeva ulu öndərin bu arzusunun qısa zamanda 
reallaşmasını nəinki respublikamızda, o cümlədən bütün dünyada təmin etdi.
Əməkdar elm xadimi, professor Abuzər Xələfov “Heydər Əliyev və 
Azərbaycan kitabxana işi” adlı fundamental monoqrafiyasmda bu tarixi çıxışı 
belə xarakterizə edir: “Heydər Əliyevin böyük proqram əhmiyyətinə malik 
olan bu çıxışı müstəqillik dövründə nəşriyyatların qorunub saxlanılmasına 
imkan verdi. Hakimiyyət böyük çətinliklə olsa da dövlət nəşriyyatlarına 
müəyyən qədər vəsait ayırır, özəl nəşriyyatların yaranmasına şərait yaradırdı. 
Dövlətin həyata keçirdiyi bu siyasət özünü doğrultdu, ölkədə özəl 
nəşriyyatların böyük şəbəkəsi yarandı. Ölkədə senzuranın ləğvi kitab çapı 
işində hər cür ideoloji maneəni aradan qaldırdı. 90-cı illərin əvvəllərində kitab 
çapı sahəsində baş verən böhran tədricən aradan qalxdı” .
Əməkdar elm xadimi, professor Yaqub Mahmudov “Heydər Əliyev -
ümumdünya tarixinin azərbaycanlı dahisi” əsərində yazır: “Tarix yalnız dahi 
şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. 
Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı 
Cavanşir, Babək, Şəmsəddin Eldəgiz, Məhəmməd Cahan Pəhləvan, Qızıl 
Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət 
xadimləri də bəxş etmişdir.
Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi 
şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, C.Nehru, De Qoll kimi nadir 
tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu” [16, 
s.335].
Millət vəkili, professor Yaqub Mikayıl oğlu Mahmudovun (Mahmudlu) 
“Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabı 2011-ci ildə “Təhsil” 
nəşriyyatı tərəfindən çap olunmuşdur. Kitabda Heydər Əliyev şəxsiyyəti, onun 
zəngin irsinin və ideyalarının davamçısı olan Prezident İlham Əliyevin 
uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurları Azərbaycanın 
dövlətçilik tarixi fonunda araşdırılır. Əsərdə Ulu Öndərin doğma xalqına bəxş 
olunmuş ömür yoluna “Azərbaycanın dövlətçilik tarixindən”, “Azərbaycan 
dövlətçiliyinin xilaskarı”, “Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və 
ya tariximizin dirçəliş konsepsiyası”, “Qurtuluş mübarizəsinin qalibi”, “Yeni

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə