KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə34/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   30   31   32   33   34   35   36   37   ...   112
k x 2017 n 1

39


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
amerikalı, yaxud rus, fransız, Çin dünyası olmaya bilər... O, bütün ölkələrin 
ümumi səylərinə əsaslanan dünya olmalıdır”
Ruzveltin fikrini tamamlayaraq əlavə edim ki, bizim qurduğumuz 
Azərbaycan bütün insanların səylərinə əsaslanan ölkə olmalıdır. Ümid edirəm 
ki, mənim kitabım bir-birimizlə məhz belə münasibətin qurulmasına töhfədir.
Mən inanıram ki, bu kitab hələ başa çatmamışdır. Başa çata da bilməz. 
Onun qalanını zaman, həyat özü yazacaq, dəqiqləşdirəcək. Və məqsədlərimizə 
çatmağa kömək edən gündəlik işimiz yazacaq. Bu kitabın səhifələrində o 
məqsədlər barədə söz açdım.
Güman edirəm ki, bu kitabın oxucusu yer kürəsinin istənilən yerində 
olduğu kimi, Azərbaycanda da dəyişikliklərin asanlıqla başa gəlmədiyini 
gördü.”
2004-cü ildə “Azərnəşr” tərəfindən nəşr olunub oxuculara təqdim 
olunan “Dünyanı heyran qoyan insan” kitabında dünyanın görkəmli siyasi və 
dövlət xadimlərinin, diplomatlardan, ədəbiyyat, elm, mədəniyyət və incəsənət 
xadimlərindən tutmuş biznes nümayəndələrinə, jurnalistlərə qədər ən m üxtəlif 
peşə sahiblərinin otuz ildən cox siyasi hakimiyyətin zirvəsində olan 
ümummilli liderimiz, xalqımızın dahi oğlu Heydər Əliyev haqqında 
fikirlərinin bir hissəsi toplanmışdır. Müəlliflər qeyd edirlər ki, “ümidvarıq ki, 
bu materiallar Heydər Əliyev şəxsiyyətinin əzəmətinin, müasir tarixdə onun 
müstəsna rolunun daha dolğun və dərindən dərk olunmasında indiki və 
gələcək nəsillərə kömək edəcəkdir.” [1, s. 376]
Kitab akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə çap olunmuşdur. Bu 
fundamental kitabın tərtibçi redaktorları Aslan Aslanov, V aqif Musayev və 
Dağbəyi İsmayılovdur.
Ulu öndər Heydər Əliyev haqqında bədii əsərlər, sənədli oçerklər, elmi 
məqalələr çox yazılıb. Bu böyük insanın şəxsiyyətinin və gördüyü işlərin 
miqyası o qədər genişdir ki, onun öyrənilməsi üçün elmdə ayrıca bir istiqamət 
yaratmaq vaxtı gəlib çatmışdır. Bu əsərlər arasında Azərbaycanın tanınmış 
yazıçı-publisisti Milli Məclisin deputatı Elmira Axundovanın “Heydər Əliyev. 
Şəxsiyyət və zaman” çoxcildli roman-tədqiqatı xüsusi yer tutur. 2013-cü ildə 
müasir dövrün görkəmli dövlət və siyasi xadiminin, Azərbaycan xalqının 
ümummilli liderinin çoxcəhətli həyat və yaradıcılığına həsr olunmuş bu 
fundamental əsərin son beşinci və altıncı (iki hissədə) kitabları çapdan 
çıxmışdır. Kitab nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda 
böyük oxucu auditoriyası qazanmışdır ki, bu da həm Heydər Əliyevin qeyri- 
adi şəxsiyyətinə çox böyük maraqdan, həm də romanın danılmaz ədəbi-bədii 
məziyyətlərindən irəli gəlir. Rusiya Milli 
Kitabxanasında, 
Sankt-
Peterburqdakı Tavriya Sarayında, Ukraynada və Türkiyədə ilk dörd cildin 
təqdimatı keçirilmişdir. Romanın beşinci kitabı “Naxçıvan dönüşü” adlanır.

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə