KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə37/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   33   34   35   36   37   38   39   40   ...   112
k x 2017 n 1

42


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
Azərbaycan Partiyasının banisi, Yeni Azərbaycanın qurucusu”, “Ata 
Yurdumuzun Atatürkü” adlanan ayrıca başlıqlar həsr olunmuşdur. Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük quruculuq 
və abadlıq işləri, xalqımızın parlaq gələcəyinə istiqamətlənmiş islahatlar 
proqramı və milli təəssübkeşlik fəaliyyəti kitabın “Heydər Əliyev - zaman və 
məkan anlayışlarından ucada duran azərbaycanlı dahi” və “Heydər Əliyev 
ideyalarının zəfər yürüşü” bölmələrində tədqiq edilmişdir.
Kitab Heydər Əliyev irsini, onun inkişaf strategiyasını müasir mərhələdə 
uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətini öyrənən tarixçilər, 
həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabın elmi 
redaktoru tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Bu gün dahi liderin xatirəsinə onlarca sanballı kitablar həsr olunur, 
Heydər Əliyev irsi öyrənilir və təbliğ edilir, gələcək nəsillərə ötürülür.
Mədəniyyət və Turizm Nazirliyinin nəşr etdiyi “Heydər Əliyev və 
mədəniyyət” (üç cilddə) kitabında Heydər Əliyevin 1969-2003-cü illərdə 
Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanın mədəniyyət, incəsənət və 
ədəbiyyat xadimləri - yazıçı, şair, rəssam, heykəltəraş, memar, xanəndə, 
bəstəkar, aktyor və s. ilə çoxsaylı görüşləri, yubiley mərasimində sənət 
adamları ilə onların öz sənət dilində söhbətləri, ədəbi-mədəni irsimiz haqqında 
çıxış və nitqləri toplanmışdır. Bu zəngin materiallar bir tərəfdən Heydər 
Əliyevin ədəbi-mədəni mənəvi dəyərlərimizə sıx bağlı olmasını, ardıcıl 
nümayiş etdirirsə, ikinci tərəfdən dövlətimizin müstəqillik tarixini yaradan 
Heydər Əliyevin yüksək intellektə, dərin zəkaya, fenomenal bədii təfəkkürə 
və təxəyyülə, geniş dünyagörüşünə malik olduğunu sübut edir [18, s.536].
“Görkəmli adamların həyatı” seriyası ilə Viktor Andriyanovun və 
Hüseynbala Mirələmovun “Heydər Əliyev” kitabı “Nurlan” nəşriyyatı 
tərəfindən 2008-ci ildə nəşr olunmuşdur.
Heydər Əliyev Sovet İttifaqı hökumətində ikinci şəxs və Sov.İKP MK 
Siyasi Bürosunun üzvü idi. Qərəzli və ədalətsiz istefadan sonra o, böyük 
siyasətə qayıtmağa və doğma Vətəni müstəqil Azərbaycana rəhbərlik edib onu 
bəlalardan qurtarmağa özündə güc tapdı. Yazıçılar Viktor Andryanov və 
Hüseynbala Mirələmov arxiv mənbələrində, Heydər Əliyevin yaxınlarmm və 
doğmalarının, silahdaşlarının və yoldaşlarının xatirələrinə əsaslanıb, bu böyük 
şəxsiyyət haqqında dolğun və müfəssəl məlumat verirlər.
Yazıçı Hüseynbala Mirələmov araşdırmalarını davam etdirərək, kitabın 
rus dilində ikinci nəşrinin Azərbaycan dilində tərcümə edilmiş bu nəşrinə bir 
sıra yeni, sənədli materiallar əlavə etməklə əsəri daha da zənginləşdirmiş və 
bu dahi şəxsiyyətin gerçək, bitkin obrazını oxuculara çatdırmağa çalışmışdır.
Kitabda Heydər Əliyevin ailə arxivindəki, Naxçıvandakı Heydər Əliyev 
muzeyinin, Heydər Əliyevin şəxsi fotoqrafları R.Bağırovun, Y.Qrabilinin

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə