KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə45/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   41   42   43   44   45   46   47   48   ...   112
k x 2017 n 1

51


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
• 
İnformasiya təhlükəsizliyi problemləri və həlli ilə bağlı üsullar 
haqqında bütün kitabxana işçilərinin öyrədilməsi;
• 
Məlumatın 
məxfiliyinin, 
materialların 
və 
kompüterlərin 
təhlükəsizliyinin təmin edilməsi haqqında müəyyən qaydalar ehtiva 
edən bir siyasətin inkişaf etdirilməsi;
• 
Fiziki təhlükəsizlik planlarının hazırlanması;
• 
Məlumatın bütövlüyünün təmin edilməsi;
• 
Məlumatın əldə edilməsi yollarına nəzarət edilməsi [3].
Fakeh, Zulhemay, Shabibi, Ali və Zain kitabxanalarda informasiya 
təhlükəsizliyinin təmin edilməsi məsələsinin, təsirli ola biləcək informasiya 
təhlükəsizliyi siyasətinin yürüdülməsi (məlumatın təhlükəsiz istifadəsi 
haqqında təqib edilməsi lazım olan qaydalar və qanunlar), infomasiya 
təhlükəsizliyi 
üzrə 
təhsilin 
alınması 
(seminar, 
konfrans, 
müzakirə 
platformaları və m üxtəlif kurslar vasitəsilə), texnologiyanın mühafizəsinin 
təmin edilməsi (kompüterlər və internet vasitələrinin etibarlı və doğru 
istifadəsi) və əməkdaş faktorlarının vahid bir şəkildə təmin edilməsi ilə 
mümkün ola biləcəyini vurğulayırlar [9].
Kitabxanalarda tətbiq edilə biləcək İSS (İnformation Systems Security) - 
informasiya təhlükəsizliyi sisteminin (İTS) modelinin yaradılması vacib 
məsələlərdəndir. Hagen, Albrechtsen və Hovden-nin təklif etdiyi 
(2008) 
modelə görə kitabxanada yaradılacaq informasiya təhlükəsizliyi sistemi 
pilləvari struktura malik olmalı, pillələr arasında qarşılıqlı asılılıq mövcud 
olmalıdır. Belə bir sistemin qurulması zamanı iki əsas komponent olan 
texnoloji və təşkilati tədbirlər nəzərə alınmalıdır. Bu komponentlərin 
birləşdirilməsi nəticəsində Von Solm tərəfindən informasiya təhlükəsizliyi 
sisteminin elə bir bazası təklif edilmişdir ki, o təşkilati, hüquqi, müəssisə 
aspektlərini və təhkükəsizlik texnologiyaları sahəsində uğurlu nəticələrə malik 
proqram əlavələrini özündə birləşdirir [1]. Təşkilati komponentlər dörd 
amildən ibarətdir:
• 
informasiya təhlükəsizliyi siyasətinin mövcudluğu;
• 
prosedurların təyin edilməsi və nəzarət;
• 
adekvat inzibati xidmətlərin hazırlanması;
• 
üsulların yaradılması haqqında məlumatın olması.
Pilləli strukturun addımları məntiqi ardıcıllığı təmin edərək informasiya 
təhlükəsizliyi sisteminin uğurlu təcrübəsində həyata keçirilən üç ilkin məqsədi 
müəyyənləşdirir: məxfilik, tamlıq və əlçatanlıq [8]. Bu üç məqsəd İTS üçün 
əsas olub sistemi m üxtəlif təhlükələrdən qoruyur. Kitabxana - informasiya 
sisteminin təhlükəsizlik modelinin addımlarına nəzər yetirək.
A ddım 1: Texnoloji mexanizmlər
Texniki təhlükəsizlik mexanizmləri 
kitabxanalardakı informasiya
52



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə