KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə53/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   49   50   51   52   53   54   55   56   ...   112
k x 2017 n 1

60


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
Avrasiya Kitabxanalar Assambleyası əməkdaşlıq təşkilatının ümumi iclasının 
keçirilməsi də nəzərdə tutulmuşdur.
Türkdilli ölkələrin Milli Kitabxana direktorlarının 
II konfransında 
Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Tatarıstan, Xakasiya 
və Başqırdıstan Milli Kitabxana rəhbərləri, rəsmi nümayəndələr iştirak edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının hər 
iki tədbirin iştirakçılarına - Türkdilli ölkələrin milli kitabxana direktorlarının 
Konfransının 
və 
Avrasiya 
Kitabxanalar 
Assambleyası 
Əməkdaşlıq 
Təşkilatının ümumi iclasının iştirakçılarına müraciəti olmuşdur. Müraciətdə 
möhtərəm Prezident qeyd etmişdir: “Qloballaşan dünyada informasiya 
cəmiyyətinin tələblərinə uyğun olaraq müasirləşən milli kitabxanalar ölkələrin 
davamlı inteqrasiyası və xalqların qarşılıqlı mədəni əlaqələrinin zənginləşməsi 
proseslərinə öz layiqli töhfələrini verməkdədir. Ümidvaram ki, konfransınızda 
müzakirəyə çıxarılan məsələlər və qəbul edilən qərarlar milli kitabxanaların 
xalqlarımızın mədəni sərvətlərinin yaşadılması və intellektual potensialının 
artırılmasında faydalı olacaqdır.”
Daha sonra prezident müstəqil Azərbaycan dövlətinin dünya mədəni 
məkanına 
inteqrasiyasında türkdilli 
dövlətlərlə 
əməkdaşlığın 
mühüm 
əhəmiyyət kəsb etdiyini göstərmişdir [5].
Konfransda türkdilli ölkələrin vahid elektron kitabxana və elektron 
kataloqunun yaradılması məsələsi müzakirə olunmuş, hər bir ölkənin milli 
kitabxanasında türkdilli ölkələrin xüsusi guşəsinin yaradılması məsələsi qərara 
alınmışdır. Konfransda iştirak edən bütün milli kitabxanalardan yaradılacaq 
guşələr üçün yeni ədəbiyyatın göndərilməsinə dəstək olmaları xahiş 
olunmuşdur.
Növbəti görüş 2009-cu il sentyabrın 8-də Qırğızıstanın Bişkek şəhərində 
Türkdilli ölkələrin milli kitabxanaları direktorlarının 
III yığıncağında 
olmuşdur.
Yığıncaq Qırğızıstan Milli Kitabxanasının 75 illik yubiley tədbirləri 
çərçivəsində keçirilmişdir. Yıgıncaqda ötən dövr ərzində görülən işlərdən 
söhbət açılmış, keçən konfransda qərara alınmış bir məsələ haqqında - 
Xakasiya Dövlət Kitabxanasında türkdilli ölkələrin guşələrinin yaradılması 
haqqında məlumat verilmiş və imkan daxilində hər bir milli kitabxanadan 
oraya ədəbiyyat göndərilməsi qərara alınmışdır. Konfransda 2015-ci ilə kimi 
türkdilli ölkələrin milli kitabxanalarının əməkdaşlığının əsas istiqamətləri 
təyin edilmiş, 
bu ölkələrin toplu kataloqunun yaradılması və türkdilli 
ölkələrin elm, tarix, mədəniyyət və dili haqqında məqalələrin mübadiləsinin 
təşkili məsələləri müzakirə olunmuş və qərarlar qəbul edilmişdir.Bu konfrans 
Türkdilli ölkələrin milli kitabxanalarının direktorlarını bir araya yığmaqla

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə