KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə52/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   48   49   50   51   52   53   54   55   ...   112
k x 2017 n 1

59


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
M.Müsəddiq) çap olunmuşdur.İki hissədən ibarət olan göstəricinin birinci 
hissəsində şairin əsərləri, seçilmiş əsərləri, ayrı-ayrı əsərləri, kitabları, musiqi 
bəslənmiş əsərləri, dövri mətbuat səhifələrində dərc olunmuş əsərləri, başqa 
xalqların dillərində nəşr olunmuş əsərləri bölmə və yarımbölmələrdə 
verilmişdir.
“Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında ədəbiyyat” 
adlanan II hissədə həyat və yaradıcılığı, ata yurdu və məzarı haqqında olan 
sənədlər əks olunur.
“Köməkçi göstəricilər” adlanan hissədə isə materiallar 4 bölmədə və 84 
yarımbölmədə verilmişdir. Göstəricidə əhatə olunan materiallar dünyanın 24 
ölkəsinin 187 nəşriyyat və redaksiyasında hazırlanaraq 63 mətbəəsində çap 
olunmuşdur. Bura 21 m üxtəlif xalqların dilində 650 müəllifin 2100-ə yaxın 
mənbəsi daxil edilmişdir [7].
Göründüyü kimi, geniş faktoqrafik məlumatlara malik göstərici 
Məhəmməd Füzuli yaradıcılığının tədqiqatçıları üçün böyük əhəmiyyətə 
malikdir.
Sonrakı illərdə də TURKSOY təşkilatının belə mükəmməl fəaliyyəti 
türkdilli ölkələrin mədəniyyət sahəsində 
ayrı-ayrı təşkilatların, müstəqil 
qurumlarının yaranmasına səbəb olmuşdur. Kitabxana sahəsində belə bir 
təşkilatın yaranması məqsədilə 4-8 iyun 2007-ci il tarixində Türkiyə 
Respublikasının Ankara şəhərində Türk Cümhuriyyətləri Milli Kitabxana 
direktorlarının iştirakı ilə konfrans keçirilmişdir. Konfransın əsas məqsədi 
türkdilli ölkələrin milli kitabxanalarının fəaliyyətini əlaqələndirən və onlar 
arasında qarşılıqlı işbirliyi qurulmasını təmin edən və türkdilli xalqların ortaq 
mədəniyyətinin, ədəbiyyatının, əlyazmalarının tədqiqi üzrə layihələrin 
işlənməsini təmin edən bir qurumun yaradılmasından ibarət idi. Belə bir 
qurumun yaradılması qərarı hələ 2006-cı ilin dekabrında Türksoyun toplantısı 
zamanı Azərçaycanın Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevlə 
və Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Turizm naziri cənab Atilla Koç 
tərəfindən irəli sürülmüşdür. Tədbirə Azərbaycan, Başqırdıstan, Qazaxıstan, 
Qırğızıstan, Özbəkistan, Tacikistan, Tatarıstan və Türkmənistan dövlətləri 
dəvətlər almışdır. Azərbaycan tərəfi Milli Kitabxananın M əsləhət Şurasının 
sədri Xalq yazıçısı Ç.Abdullayev və direktor K.Tahirov təmsil edirdilər. Səfər 
çərçivəsində Qırğızıstan Milli Kitabxanası və Ə.Firdovsi adına Tacikistan 
Milli Kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında birgə əməkdaşlıq 
haqqında müqavilələr imzalanmışdır.
Türkdilli ölkələrin Milli Kitabxana direktorlarının II konfransı Bakıda
2008-ci il noyabrın 18-də Milli Kitabxananın 85 illik yubiley tədbirləri 
çərçivəsində keçirilmişdir. Həmin günlər yubiley tədbirləri çərçivəsində

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə