KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə51/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   47   48   49   50   51   52   53   54   ...   112
k x 2017 n 1

58


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
böyük şəxsiyyətlərinin bütün dünyaya tanıdılmasıdır. Bu məqsədlə təşkilat 
ümumtürk tarixinin mühüm hadisələrinin, türkdilli ölkələrin dil, ədəbiyyat
mədəniyyət və incəsənətinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli 
şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş yubileyləri, xatirə gecələrini və 
digər kütləvi tədbirləri təşkil edir. TÜRKSOY-un məqsəd və vəzifələri 
çərçivəsində beynəlxalq elmi konfransların, simpoziumların, diskussiyaların 
və s. keçirilməsi də mühüm yer tutur.
YUNESKO 1994-cü ili dahi Azərbaycan şairi və mütəfəkkirinin 
şərəfinə “Məhəmməd Füzuli” ili elan etmiş və ölməz sənətkarın anadan 
olmasının 500 illik yubileyini ümumdünya miqyasında geniş şəkildə və 
yüksək səviyyədə keçirməyi qərara almışdı. Respublikamızda dahi şairin və 
əbədi məhəbbət tərənnümçüsünun anadan olmasının 500 illik yubileyinə 
hazırlıq işlərinə isə həmin qərarın elan olunduğu vaxtdan xeyli əvvəl 
başlanılmışdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 
“Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi haqqında” 16 mart 1994- 
cü il tarixli fərmanından sonra isə bu sahədə görülən işlər yenidən nəzərdən 
keçirilmiş və ulu şairin ölməz adına layiq yubileyin təşkili üçün lazım olan 
bütün tədbirlər müəyyən edilmişdi.
Elə həmin il dahi Azərbaycan şairi M əhəmməd Füzulinin 500 illik 
yubiley şənliklərinə məhz Türkiyədə başlanılması türkdilli ölkələrin bir araya 
gətirilməsi üçün gözəl şərait yaratdı. Bu, türk dünyası mədəniyyət və 
incəsənət xadimləri arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsinə 
təkan verdi.
Daha sonra yubiley şənlikləri Bakıda 1996-cı ilin noyabr ayında 
TÜRKSOY beynəxalq təşkilatının VIII toplantısı ərəfəsində davam etmişdir. 
Belə ki, noyabrın 6-da günün I yarısında Azərbaycan Milli Elmlər 
Akademiyasının Rəyasət Heyətinin İclas salonunda türk dünyası yazıçılarının 
III qurultayı, günün II yarısında isə Rəşid Behbudov adına Dövlət Mahnı 
Teatrında TÜRKSOY beynəlxalq təşkilatının VIII toplantısı keçirilmişdir. Hər 
iki tədbirdə iştirak edən ulu öndər çox dərin və mənalı nitq söyləmişdir.
TÜRKSOY beynəxalq təşkilatının VIII toplantısında 
ümummilli 
liderimiz öz nitqində xüsusən TÜRKSOY təşkilatını artıq beynəlxalq aləmdə 
öz yeri olan bir təşkilat kimi dəyərləndirmişdir. Onun 3 illik fəaliyyətinə 
yüksək qiymət verən ulu öndər bu təşkilatın ötən dövrdə böyük yol keçdiyini, 
yaxşı nailiyyətlər əldə etdiyini və onun böyük gələcəyi olduğunu həm türkdilli 
dövlətlərə, həm də dünyaya nümayiş etdirdiyini qeyd etmişdir [11, s.13-18].
Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan 
olmasının 500 illik yubileyinə Azərbaycan Milli Kitabxanası da öz töhfəsini 
vermişdir. Belə ki, Milli Kitabxana tərəfindən “Məhəmməd Füzuli əsərlərinin 
nəşri” adlı biblioqrafik göstərici (tərt. Fazil Məmmədov, elmi red.

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə