KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə54/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   50   51   52   53   54   55   56   57   ...   112
k x 2017 n 1

61


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
kitabxanalar 
arasında əlaqələri bir daha genişləndirmiş və əməkdaşlığı 
gücləndirmişdir.
Türkdilli ölkələrin Milli Kitabxana Direktorlarmm Şurası 2010-ci ildən 
başlayaraq Türksoy təşkilatının türk dünyasınrn görkəmli tarixi şəxslərini, 
mütəfəkkir şair və yazıçılarını, habelə digər böyük şəxsiyyətlərini bütün 
dünyaya tanıtdırmaq məqsədilə elan etdiyi və təşkil etdiyi yubileylərə, xatirə 
gecələrinə və digər kütləvi tədbirlərə qoşularaq beynəlxalq elmi konfranslar, 
dəyirmi masalar, kitab təqdimatları keçirir. Belə tədbirlərin keçirilməsinin fəal 
təşkilatçılarından biri M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası 
olmuşdur.
2010-cu ilin TÜRKSOY təşkilatı tərəfindən görkəmli başqırd türkoloqu, 
şərqşünas alim Əhməd Zəki Validi ili elan olunduğundan Azərbaycan Milli 
Kitabxanasında Əhməd Zəki Validi Toğanın anadan olmasının 120 illiyinə 
həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. M.F.Axundov adına 
Milli Kitabxana, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
TURKSOY, AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə 
təşkilatçılığı ilə keçirilən bu konfransda Türkdilli ölkələrin nümayəndələri, 
milli kitabxana rəhbərləri, elm, təhsil nümayəndələri iştirak etmişdir. 
Konfransda müasir türk tarixşünashğmm banilərindən biri sayılan Əhməd 
Zəki Validi Toğanın həyat və elmi fəaliyyəti haqqında edilən geniş məruzə və 
çıxışların onun yaradıcılığının türk aləmində bir daha işıqlandırılmasında və 
təbliğində böyük rolu oldu. Ardıcıl olaraq 2010-cu ilin noyabr ayında Əhməd 
Zəki Validi Toğanın 120 illiyinə həsr olunmuş konfrans Krım Muxtar 
Respublikasının Simferopol şəhərində keçirilmişdir. Konfrans İ.Qasprinski 
adına Krım-Tatar Kitabxanasının yaradılmasının 20 illiyinə həsr olunmuş 
tədbirlər çərçivəsində keçirilmişdir. Bu konfransda da Azərbaycan Milli 
Kitabxanası öz maraqlı çıxışları və təklifləri ilə fəal iştirak etmişdir.
2010-cu ilin dekabr ayında isə Azərbaycan Milli Kitabxanasında 
Mədəniyyət və Turizm Nazirliyi və TURKSOY təşkilatının birgə lahiyəsi 
olan “TURKSOY kitabxanası” seriyasından çap olunmuş «Məhtimqulu 
Fəraqi. Seçilmiş əsərləri» adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
Kitabda böyük türkmən şairi, ümumtürk ədəbiyyatının görkəmli 
nümayəndəsi Məhtimqulu Fəraqinin seçilmış əsərləri toplanmışdır. Kitab 31 
mart - 4 aprel 2009-cu ildə istanbulda TURKSOY təşkilatı tərəfindən təşkil 
olunan “Türk ləhcələri arasında uyğunlaşdırma çalışmalarının bugünkü 
durumu və qarşılaşan problemlər” mövzusunda beynəlxalq simpoziumun 
tövsiyələrinə və yekun bəyannaməsinə uyğun olaraq nəşr edilmişdir.
Misilsiz söz ustası, sufi-ozan olmaqla yanaşı, eyni zamanda müdrik 
filosof, ünlü mütəfəkkir, böyük alim, bacarıqlı müəllim, ağıllı məsləhətçi, 
istedadlı dastançı, məşhur folklorçu, nəhayət, uzaqgörən siyasətçı, bir sözlə,

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə