KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə44/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   40   41   42   43   44   45   46   47   ...   112
k x 2017 n 1

50


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
• 
İnformasiyanın bütövlüyünün pozulmasına yönələn təhlükələr;
• 
Əlyetənliyin pozulmasına yönələn təhlükələr (DoS hücumlar, Denial 
o f Service - xidmətdən imtina).
Konfidensiallıq informasiyanın subyektiv m üəyyən olunan xassəsidir. 
Verilən informasiyaya müraciət icazəsi 
olan subyektlərin siyahısına 
məhdudiyyət 
qoyulmasının 
zəruriliyini 
göstərir. 
Konfidensiallığın 
pozulmasına yönələn təhlükələr məxfi və ya gizli informasiyanın üstünün 
açılmasına yönəlib. Belə təhlükələrin reallaşması halında informasiya ona 
müraciət icazəsi olmayan şəxslərə məlum olur.
Bütövlük - informasiyanın təhrifsiz şəkildə mövcudolma xassəsidir. 
İnformasiyanın 
bütövlüyünün 
pozulmasına 
yönələn 
təhlükələr 
onun 
dəyişdirilməsinə və ya təhrifinə yönəlib ki, bunlar da onun keyfiyyətinin 
pozulmasına və tam məhvinə səbəb ola bilər. İnformasiyanın bütövlüyü 
bədniyyətli tərəfindən qəsdən və ya sistemi əhatə edən mühit tərəfindən 
obyektiv təsirlər nəticəsində pozula bilər.
Əlyetənlik - yolverilən vaxt ərzində tələb olunan informasiya xidmətini 
almaq imkanıdır. Həmçinin əlyetənlik - daxil olan sorğulara xidmət üçün 
onlara müraciət zəruri olduqda uyğun xidmətlərin həmişə hazır olmasıdır. 
Əlyetənliyin pozulmasına yönələn təhlükələr elə şəraitin yaradılmasına 
yönəlib ki, bu zaman müəyyən qəsdli hərəkətlər ya sistemin iş qabiliyyətini 
aşağı salır, ya da sistemin müəyyən resurslarına girişi bağlayır.
İnformasiya təhlükəsizliyi yalnız kommersiya şirkətlərini deyil, böyük 
şirkətlərlə müqayisədə aşağı səviyyədə olan ictimai təşkilatları və qeyri- 
kommersiya təşkilatlarını da maraqlandırır [1]. İnternetin təmin etdiyi 
vasitələrlə birlikdə kitabxanaların uzaqdan əlçatan hala gəlməsi, istifadəçilər 
baxımından bir çox üstünlüklər təmin etməklə birlikdə, məlumat sistemlərinin 
informasiya hücumlarına məruz qalmasına da imkan vermişdir. Thompson 
qeyd edir ki, bəzi qrup istifadəçilər kitabxananın verilənlər bazalarına 
asanlıqla m üraciət edib, digər istifadəçilərin şəxsiyyət, ünvan, e-poçt və 
telefon məlumatlarına çata bilərlər [4]. Zimerman kitabxanalarda olan 
kompüterlərin fiziki ziyana məruz qala bilmələri ilə bərabər, pis niyyətli 
istifadəçilərin hücumlarına qarşı da son dərəcə zəif olduqlarına diqqət çəkir 
[5]. Həmçinin kitabxanalarda çalışan əməkdaşların informasiya təhlükəsizliyi 
haqqında kifayət qədər məlumatlı olmadıqları da vurğulana bilər [4].
Kitabxanalar baxımından informasiya təhlükəsizliyinə kifayət qədər 
önəm verilmədiyinə diqqət çəkən Newby məlumat təhlükəsizliyinin yalnız 
kompüter təhlükəsizliyini təmin etməklə məhdudlanmadığını irəli sürərək 
təhlükəsizliyin təmin edilməsində təsirli ola biləcək tədbirləri belə sıralayır:
• 
Kitabxanaçılar arasında informasiya təhlükəsizliyinin təmin edilməsi 
istiqamətində bir iş bölümünün təyin edilməsi;

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə