KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə38/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   34   35   36   37   38   39   40   41   ...   112
k x 2017 n 1

43


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
“Trud” qəzetinin və müəlliflərin arxivlərindəki fotoşəkillərdən istifadə 
olunmuşdur [19, s.562].
Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, 
professor V aqif Abbasov “Liderlik fəlsəfəsi” kitabında liderlik haqqında 
olduqca maraqlı fikirlərini sistemli şəkildə oxuculara təqdim edir.
Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində ölkənin hərtərəfli inkişafına, 
tərəqqisinə nail olan, onu bütün dünyaya tanıdan, müstəqil Azərbaycanın 
qurucusu, dövlətçiliyimizin qarantı, ümummilli liderimiz Heydər Əliyev 
fenomeninin sosiologiya və politologiya elmində liderliyi müəyyənləşdirən 21 
qanuna əsasən məharətlə tədqiqi kitabın ana xəttini təşkil edir. M üəllif Heydər 
Əliyevin titanik fəaliyyətini tarixin prizmasından keçirərək onu dünyanın 
tanınmış siyasətçiləri, sərkərdələri və dahi şəxsiyyətləri ilə müqayisəli şəkildə 
təhlil və tədqiq edir.
Vaqif Abbasov Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirən 
İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsinin də 
qanunauyğunluq olduğunu elmi və məntiqi əsaslarla hərtərəfli təhlil etmişdir 
[20, s.204].
“Heydər Əliyev və Milli-mənəvi dəyərlər” kitabı 2011-ci ildə nəşr 
olunmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin uzun 
illər rektoru olmuş, Əməkdar incəsənət xadimi filologiya elmləri doktoru
professor Timuçin Əfəndiyevin bu kitabı ulu öndər, ümummilli liderimiz 
Heydər 
Əliyevin 
çoxcəhətli 
mədəniyyət 
nəzəriyyəsinin 
təhlilinə 
həsr 
olunmuşdur. Müəllif tarixilik prinsipinə əsaslanaraq dünya şöhrətli siyasi 
xadimin mədəniyyət konsepsiyasını şərh etməyə çalışır. O, belə bir fikri 
metodoloji əsas kimi götürür ki, Heydər Əliyev istər çoxəsrlik zəngin 
ədəbiyyatımız, istərsə də qədim və bədii cəhətdən kamil mədəniyyət və 
incəsənətimizin ayrı-ayrı sahələrindən bəhs edərkən bütün bunlara dövlətçilik 
nöqteyi-nəzərindən, azərbaycançılıq fəlsəfəsinin məxəzləri kimi yanaşmışdır.
Kitabda ulu öndərin milli-mənəvi xəzinəmiz olan adət və ənənələrimiz
dini inanclarımız, ədəbiyyatın, incəsənətin müxtəlif sahələri ilə bağlı söylədiyi 
fikirlər yer almışdır. Həmçinin Heydər Əliyevin sənət xadimləri ilə unudulmaz 
görüşləri, onlara göstərdiyi qayğısı, diqqəti tədqiqatda xüsusi qeyd olunur.
Kitab 
elmi-konseptual 
xarakterdə 
olduğundan 
tədqiqatçı-alimlər, 
ziyalılar, tələbələr, magistrlər və doktorantlar üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2007-ci 
il 
tarixdə 
imzaladığı 
“Azərbaycanda 
kitabxanaların 
fəaliyyətinin 
yaxşılaşdırılması haqqında” Sərəncamında deyilir: “Azərbaycan Respublikası 
Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata 
keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “2005-2006-cı illərdə 
Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə