KitabxanaşÜnasliq


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə39/112
tarix05.10.2023
ölçüsü1,64 Mb.
#125358
1   ...   35   36   37   38   39   40   41   42   ...   112
k x 2017 n 1

44


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22) 
2017
təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamlarına əsasən, 
milyonlarla ədəbiyyat nəşr olunmuş və ölkə kitabxanalarına hədiyyə 
edilmişdir. Yeni nəşrlər kitabxana fondlarını və onlardan istifadə imkanlarını 
xeyli genişləndirmişdir.
Bu nəşrlər sayəsində gənc nəslin latın qrafikası ilə çap olunmuş bədii və 
elmi 
ədəbiyyata 
ehtiyacının 
ödənilməsi 
istiqamətində 
mühüm 
işlər 
görülmüşdür. Lakin həmin kitabların satışının nəzərdə tutulmaması və kitab 
həvəskarlarının öz şəxsi kitabxanalarını latın qrafikasında nəfis şəkildə nəşr 
olunmuş ədəbiyyat nümunələri ilə zənginləşdirmək məqsədilə Dünya 
ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr 
edilməsi də təqdirəlayiq bir iş, ulu öndərin başladığı işin davamı kimi 
qiymətləndirilməlidir.
Azərbaycanın kitabçılıq işi sahəsində strateji əhəmiyyətə malik olan 
proqram xarakterli bu məsələlər professor Abuzər Xələfovun məlum 
monoqrafiyasında elmi müstəvidə əsaslı surətdə təhlil olunmuşdur [17, s. 
312].
Heydər Əliyev. “Müstəqilliyimiz əbədidir” çoxcildliyinin “Azərnəşr” 
tərəfindən çapdan buraxılmış 42-ci cildində - ümummilli lider Heydər 
Əliyevin 2002-ci ilin oktyabrın 14-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv 
ölkələrin dövlət başçılarının İstanbulda keçirilmiş VII zirvə görüşündəki nitqi 
də yer almışdır.
Nəşrin buraxılışına məsul Prezident Administrasiyasının rəhbəri, 
akademik Ramiz Mehdiyevdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxcildlik əsərlərinin 
oxuculara təqdim olunan bu cildində İstanbulda İqtisadi Əməkdaşlıq 
Təşkilatına üzv ölkələrin dövlət başçılarının VII zirvə görüşündə ulu öndərin 
çıxışları, dövlət və hökumət başçıları ilə danışıqları, Azərbaycana gələn bir 
sıra xarici dövlət və hökumət nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər, 
beynəlxalq təşkilatların rəhbərləri ilə yüksək səviyyəli görüşlərinə dair 
materiallar, KİV-ə verdiyi bəyanat və müsahibələr dərc edilmişdir.
Kitabda, 
həmçinin Ulu öndərin Azərbaycan ədəbiyyatının görkəmli 
nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin ev-muzeyinin açılış 
mərasimində, Bakı M etropoliteninin 35 illik yubileyinə həsr olunmuş təntənəli 
mərasimdə nitqləri, ölkəmizin sosial-iqtisadi inkişafı və ictimai-siyasi 
həyatından bəhs edən materiallar, Şəkiyə səfəri zamanı şəhər sakinləri ilə 
görüşlərdəki nitq və çıxışları, Dağlıq Qarabağ probleminə dair prinsipial 
mövqeyi öz əksini tapmışdır.
ƏDƏBİYYAT

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə