KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA
№1 (22)
2017
46%-ı fərqlidir. İdendifiklik fərqli deyil cavabı verənlərin sayı “ABŞ, Kanada,
Çin,
Hindistan, Rusiya, Braziliya, Argentina,
Almaniya, Polşa, Fransa” 10%
təşkil edir. Belə nəticə çıxarmaq olar ki, individlərin (fərdlərin) sosial
qrupların, eləcə də etno-mədəni tərkibin giper mühitdə transformasiyası baş
verir. Vəziyyətin belə hal alması giper mühitdə etno-mədəni idendifikliyin
qorunub saxlanılması üçün bir sıra ölkələrdə
dövlət informasiya siyasəti
işlənib hazırlanır və tətbiq olunur.
Etno-mədəni idendifikliyi aşağıdakı kimi ifadə etmək olar:
Subyektin özu ilə etnik mühitin digər nümayəndələrini birləşdirən
tarixə, mədəniyyətə, öz xalqının milli adət-ənənələrinə, onun ideyalarına, hiss
və maraqlarına, ideallarına,
folklor və dilinə, etnos, yaşayış ərazisinə və
dövlətçiliyinə, eləcə də onun pozitiv dəyərlər münasibətində ifadə olunan
emosional-koqnutiv prosesdir.
Etno-mədəni mühitin formalaşması bütün
ölkələrdə dövlət siyasəti
olaraq qarşıya qoyulur. Dövlətlər etno-mədəni idendifikliyin qorunması
məqsədilə giper mühitin təsirlərindən müdafiə olunmaq məqsədilə bir sıra
tədbirlər həyata keçirirlər. Giper mühitdə etno mühitin idendifikliyini təmin
edən başlıca elementlərdən birini dil təşkil edir. Giper məkanda informasiya
axtarıcısı (istehlakçı) m üxtəlif məqsədlərlə ən
yeni və müasir informasiya
axtarışı zamanı milli resurslardan ənənəvi olaraq ehtiyaclarını ödəyə bilmir və
ingilisdilli və ya digər dillərdə resurslara müraciət etmək
məcburiyyəti
qarşısında qalır. Bu problemin həlli istiqamətində dünya təcrübəsində bir sıra
modellər mövcuddur.
Rusiya və
Qazax
mütəxəssisləri
əsasən
aşagıdakı
modelleri
müəyyənləşdirmişlər:
-Giper mühitdən izolyasiya modeli (Şimali Koreya, Çin, İran);
-Güclü resurs kontenti modeli;
-Güclü internet resurslarını yaradaraq istehlakçıların
daxili sistemlərə
dəvət
olunması (Cənubi Koreya,Yaponiya, Rusiya);
-Dominant model (qlobal informasiya məkanında milli resursların üstünlük
təşkil etməsi) (ABŞ, Avropa)
-Asılı model (inkişaf etməkdə olan və daxili resursları zəif olan ölkələrə
xarakterikdir).
Əlbəttəki, m üxtəlif ölkələr siyasi və iqtisadi
amillərin təsiri ilə
yuxarıda qeyd olunan modellerin birinden çıxır və diğərinə daxil ola bilir.
Ən optimal olanı, Rusiya və MDB modellərində nəzərdə tutulmayan,
lakin XXI əsrin tələbləri ilə qarşıya çıxan "ğibrid modeli" diqqəti cəlb edir.
Tədqiqatın aktuallığı hər şeydən əvvəl bəşəriyyətin etnomədəniyyət və
siyasi inkişafı prosesində XX yüzilliyin sonunda irəli
gəlmiş mürəkkəb sosial
problemlərin həllinin ehtiyacıyla təyin edilir.Hələ heç vaxt insan bu ğün
Dostları ilə paylaş: