122
müşayiət edirdi. Aytmatovun əsərlərini araşdıran alim,
Belçika Kral
Akademiyasının professoru Jan Blankoff həyat yoldaşı ilə birgə və
adlı-sanlı özbək yazıçısı, uzun illər Özbəkistan Yazıçılar İttifaqına
rəhbərlik etmiş Adil Yaqubov da bizimlə idilər.
Rayonun sərhədində bizi öz əməkdaşları, ədəbiyyat və incəsənət
xadimləri ilə birgə Arıs rayonunun akimi Alimjan Kurtayev qarşıladı.
Arısdakı qəbul xüsusilə yaddaqalan oldu. Müxtəlif vaxtlarda bu
şəhərdə doğulan və Aytmatovun şərəfi nə Çingiz adlandırılan oğlan-
lar bir-bir yaxınlaşaraq yazıçı ilə görüşürdülər. Rayon mərkəzində
keçirilən böyük toplantıda bizə Arıs rayonunun “Fəxri vətəndaşı”
adı verildi. Sonra bizi öz cilovlarını gəmirən qaçağan atlara mindird-
ilər. Aytmatova bağışlanan at mənimkindən daha dəlisov imiş. O, dal
ayaqları üzərində şahə qalxdı, şıllaq atmağa başladı. Bir az zəif atlı
olsaydı çox yəqin ki, yıxılardı və artıq toz içində olardı.
Aytmatov
isə uşaqlıqdan gözəl at çapan olduğundan heç tükü də tərpənmədi.
Nahar vaxtı bu höcət at barədə, heyvanların davranışı, ümumi-
yyətlə xeyir və şər haqqında söhbət etdik. Tədricən söhbət gəlib çıxdı
onun üstünə ki, son vaxtlar sürətli qloballaşma prossesi ilə əlaqədar
mənəvi dəyərlər də itirilir və cəmiyyətdə insanın deqradasiyası ilə
nəticələnən dərin dəyişikliklər heyvani instinktləri daha üstün tutur.
Vilayətin akiminin müavini Darxan Mınbay söhbətə müdaxilə
elədi:
-”Uçurum üzərində ovçu fəryadı” əsərində siz bu problemləri
qabardırsınız və bəzi situasiyalarda heyvanların
hərəkətlərinin in-
sanlarınkından daha yüksəkdə durduğunu göstərirsiniz, - dedi və
konkret misal gətirdi: - Cütləşmə zamanı marallar arasında amansız
döyüşlər, balinaların və canavarların sadiqliyi, insanın təbiətinin
çoxdankı bəlası – sadizm barədə hekayətlər və s...
Həmin kitabda Darxan Mınbayın vurğuladığı məqamları diqqə-
tinizə təqdim edirəm:
“ŞAXANOV. ...Bir dəfə mən vəhşi maralların həyatı
haqqında çox maraqlı bir fi lmə baxdım. Adətən sürü halın-