Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


heyranlığını bildirirdi. Xatirələr məni çuğladı. Nə  qədər



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə75/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   71   72   73   74   75   76   77   78   ...   93

266
heyranlığını bildirirdi. Xatirələr məni çuğladı. Nə  qədər 
maraqlı  məkanlar,  şəhərlər, tarixi yerləri biz Bübüsara 
ilə birlikdə  gəzmişik! Götürək Frunzeni. Bəzi binaların, 
küçələrin, mədəniyyət məkanlarının yanından keçərkən 
mən o saat bu yerdə nə danışdığımızı nöqtəsinə, vergülünə 
qədər xatırlayıram, necə gülməyimiz, sevinməyimiz, 
kədərlənməyimiz gözümün önündə canlanır. 
Biz səninlə bu yaxınlarda Qırğızıstan dövlət opera və 
balet teatrında hansısa toplantıya getmişdik, yadındadır? 
Mən orda nədən danışıldığını eşitmirdim, öz xəyallarımda 
idim. Bübüsaranın təkrarsız istedadı məhz bu səhnədə üzə 
çıxmışdı. Mənim gözüm önündə onunla bağlı səhnələr kino 
kimi canlanırdı. Səhnədə onun Ağ qu quşusunu görürdüm. 
Bübüsara xatirimdə daha çox belə qalıb. Mən demək olar ki, 
bütövlüklə onun daim gənc qalan ruhuna canlı abidəyəm. 
Hansısa qastroldan o, xəstə qayıtdı. Diaqnoz – döşündə 
bədxassəli şiş. Bübüsaranı Kuntsevo xəstəxanasına qoydular. 
O, il yarım  əzab çəkdi. Bütün bunlar barədə danışmaq 
çox çətindir. Xəstəxana  ərazisinə yalnız xüsusi buraxılışla 
düşmək olardı. Bübüsara ilə eyni palatada, həmin diaqnozla 
Sovet İttifaqının xalq artisti Olqa Nikolayevna Androvskaya 
da yatırdı. Həmin vaxt Kuntsevoda bu dəhşətli xəstəlikdən 
Aleksandr Trifonoviç Tvardovski də müalicə olunurdu. 
Məhz o, mənə yazıçı  fəaliyyətimdə xeyir-dua verən ilk 
şəxslərdən idi. Mənim ilk povestlərimi özünün “Novıy mir” 
jurnalında dərc eləmişdi. Hər dəfə  xəstəxanaya gedəndə 
mən ona da baş çəkirdim. Həkimlərin səyinə baxmayaraq 
o, sürətlə zəifl əyirdi. Tezliklə Tvardovski dünyasını dəyişdi. 
Bübüsara da hər gün sanki əriyirdi. O, artıq özü 
yataqdan qalxa bilmirdi. Çox dəyişmişdi, o mehriban 
gözlərindəki işıq  get-gedə zəifl əyib sönürdü. Onda mən ilk 
dəfə anladım ki, onun xəstəliyi sağalmazdır və yer sanki 
ayaqlarımın altından qaçdı...


267
Və... artıq  ən kiçik hərəkət də Bübüsaraya əzab 
verməyə başlayanda onu Frunzeyə apardılar. Mən işdə 
otura bilmirdim. Tam yalqız və  qərarsız  şəkildə  təkrar-
təkrar xəstəxananın başına  fi rlanırdım. Həyatının sonuna 
saylı günlərin qaldığını anlayan və artıq bununla barışan 
Bübüsara məni görəndə  xəfi f  təbəssümlə ürək-dirək 
verməyə çalışırdı. Hətta bu sonuncu dəqiqələrində  də o, 
mənim qeydimə qalan mələk olaraq qalırdı. 
1973-cü il mayın 11-də Bübüsara həyatla vidalaşdı. 
ŞAXANOV. Şahidlər deyir ki, Opera və balet teatrındakı 
matəm mərasimində  siz hönkür-hönkür ağlayırdınız. 
Respublikanın o vaxtkı  rəhbərlərindən biri hövsələdən 
çıxaraq yanındakılara qışqırır: “Əşi, onu sakitləşdirində...” 
Öz avtoritetlərini itirməmək üçün hətta ömür boyu bir yerdə 
yaşadıqları arvadlarını dəfn edərkən də göz yaşı axıtmağa 
qorxan bu adamlar üçün insan dərdinin, kədərinin açıq 
şəkildə  təzahürü  qəribə və hətta anormal bir hal idi. Əgər 
siz – tanınmış insan, yüksək vəzifə sahibi, evli kommunist 
totalitar sistem dövründə hamının gözü qabağında sevimli 
qadını itirdiyinizə görə öz dərdinizi, kədərinizi izhar 
etməkdən çəkinməmisinizsə deməli hissləriniz çox böyük 
olub. 
Yadımdadır ki, böyük qarğız şairi Suyunbay Eraliyevlə 
bizim səmimi söhbətlərimizdən birində o, bu barədə belə 
dedi: “Bübüsara gözəllik, ağıl və əsl qırğız qızlarının ən yaxşı 
keyfi yyətlərini özündə birləşdirən fövqəladə bir şəxsiyyət 
idi.  Vaxtilə mən də bir çox başqa şairlər kimi ona şeir həsr 
etmişəm. Bübüsaranın vaxtsız ölümü bütün qırğız xalqını 
və onun istedadının vurğunlarını sarsıtdı. Mən eşitmişəm 
ki, onları böyük saf məhəbbət birləşdirirdi. Bübüsaranın 
dəfninə Çingiz başdan ayağa qara paltarda, gözləri şişmiş 
vəziyyətdə gəlmişdi. Heç göz yaşlarını gizlətmirdi də... Bu, 
orda olanların bəzilərinin xoşuna gəlmirdi. Hər yerdən 


268
pıçıltı  eşidilirdi: “Heç olmasa bir utanaydı, evli adamdı, 
ailə başçısıdır!” Mən isə yerimdə dayanaraq düşünürdüm: 
“Çingiz  ədəbiyyatda nəhəng olduğu kimi, kişi kimi də öz 
nəhəngliyini göstərir və sevimli qadını son mənzilə layiqincə 
yola salır!” 
AYTMATOV.  Sağ olsun, Suyeke xoş sözlərə görə. 
İnsanlar hardan biləydi ki, Bübüsaranı itirməklə  mən 
özümü itirirəm? 
ŞAXANOV. “Manas” eposunun 1000 illiyinə həsr edilmiş 
tədbirlər çərçivəsində Bişkekin mərkəzində  Turqunbay 
Sadıkovun “El kutu” abidəsinin açılışı oldu. Bu abidə 
qırğız xalqının görkəmli oğul və qızlarını göylərə qaldıran 
qartal formasında düzəldilib. Abidənin bir tərəfi ndə dərin 
fi kirlərə qərq olmuş şəkildə siz dayanmışınız, digər tərəfdə 
isə  ağ qu quşu kimi qırğız incəsənətinin səmasında süzən 
təkrarolunmaz Bübüsara. 
Təsadüfdürmü, yoxsa heykəltaraşın fantaziyası belə 
imiş, bilmirəm. Amma, bu dünyada taleyin birləşdirmədiyi 
iki insan bu dəfə də ayrı-ayrı durmağa, sevdikləri dağlara, 
bərəkətli düzlərə  və sehrli İssık-Kula başqa-başqa 
nöqtələrdən baxmağa məcbur olublar...
Respublikanın mədəni həyatında böyük hadisə olan 
abidənin açılısında mən sizin yanınızda durmuşdum və 
onun tunc heykəlinə uzun müddət necə sevgi ilə baxdığınızı 
gördüm...   
AYTMATOV.  Bübüsaranın ölümündən az müddət sonra 
mən İtaliyaya dəvət edildim. Gecə biz teploxodla Sitsiliyaya 
getdik. Açıq dəniz. İşıqlı gecə. Sərin yüngül külək. 
Uzaqda böyük şəhərin rəngarəng işıqları  bərq 
vururdu. Birdən haradansa bizim Bübüsara ilə sevdiyimiz 
musiqinin səsi gəldi.  Ətrafdakılar göyərtədə  rəqs eləməyə 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə