Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


təsir bağışlayırdı. Dünyanı tanıya bilmirdim – o daha parlaq



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə74/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   70   71   72   73   74   75   76   77   ...   93

263
təsir bağışlayırdı. Dünyanı tanıya bilmirdim – o daha parlaq 
və gözəl idi... Leninqradın bəyaz gecələrində yorulmadan 
Neva sahillərində  gəzərək sonsuz söhbətlərdə necə xöşbəxt 
saatlar keçirmişdik! Bütün əvvəlki həyatım sanki arxa plana 
keçmişdi. Dünyada yalnız mən və o var idi. O və mən...
Bir neçə gün göz qırpımında keçdi, nümayəndə heyəti 
Qırğızıstana qayıtmalıydı. Mən öz ürəyimin yarısını Neva 
sahillərində qoymaq istəmirdim. Nəhayət bəzi işlərlə 
bağlı Moskvaya getməli olduğumu deyərək Leninqradda 
qaldım.  İki-üç gündən sonra paytaxta getdim. Mənim 
ardımca Bübüsara da qaçaraq gəldi. Biz ikimiz “Moskva” 
mehmanxanasında yalnız bir gün və bir gecə keçirtdik. 
Amma, bu mənəvi ünsiyyətin unudulmaz saatları idi. 
Biz təkrar-təkrar vidalaşır və ayrıla bilmirdik. Nəhayət 
mən Bübüsaranı elektrik qatarı ilə düz Leninqrada kimi 
ötürdüm. Sonra isə o, məni təzədən Moskvaya ötürməyə 
can atsa da birtəhər onu fi krindən daşındırdım. 
Həmin vaxtdan düz Bübüsaranın ölümünə kimi, 14 il 
ərzində mənim qəlbimdəki alov bir dəqiqə də olsa sönməyib. 
Əlbəttə, bu illər ərzində bizi qınayanlar da, şayiələr də 
bol idi və bizə çox xoşagəlməz anlar yaşadırdı...
Bübüsara təhsilini Leninqradda almışdı, teatr, kino, 
ədəbiyyat sahəsində bilikləri çox idi. Onun incəsənət 
barəsində fi kirləri, mülahizələri orijinal və çox dərin idi.  Bu 
son dərəcə gözəl və istedadlı qadının mənim bütün həyat və 
yaradıcılığıma göstərdiyi təsiri sözlərlə ifadə etmək çətindir. 
Kimdəsə belə bir sual yarana bilər ki, bəs bir birini 
“Min bir gecə” nağıllarındakı kimi sevən bu iki nəfər niyə 
öz talelərini birləşdirməyiblər? Mən hər dəfə bu barədə 
danışmağa başlayanda, Bübüsara söhbətin mövzusunu 
dəyişir və ya tələsməməyə çağırırdı. Təsadüfdürmü, amma 
yeni aldığımız mənzilərimiz də Dzerjinski bulvarındakı bir 
binanın qonşu bloklarında oldu. 


264
Bir dəfə Bübüsara dedi: 
-Açinov, (o bu müraciət formasını soyadım və adımın baş 
hərfl ərindən qondarmışdı), mən başa düşürəm, sən nə demək 
istəyirsən. Deyirlər bir-birini həqiqətən sevən insanlar heç 
vaxt birləşə bilmirlər, - onun üzündə kədər qarışıq təbəssüm 
yarandı. – Bəlkə bu elə belə  də olmalıdır. Ailə  həyatının 
yeknəsəqliyi istənilən böyük hissləri məhv edir. Niyə öz 
məhəbbətimizi nigah zəncirləri ilə bağlamalıyıq?  
Hansı qadın sevdiyi insana ərə getmək istəmir? Sonralar 
mən başa düşdüm ki, Bübüsaranın evlənməyimizə razılıq 
verməməsi onun məni (o, özü barədə düşünmürdü) partiya 
“yoldaşlarımın” amansız divanından, ədəbiyyat sahəsindəki 
həmkarlarımın təqiblərindən qorumaq məqsədi daşıyırmış. 
Axə sən bilirsən o vaxtlar boşanmaq nə demək idi? Ondan 
bu qurbanı  qəbul eləməkdə  mən haqlı idimmi? Bu sual 
mənə ömrümün sonuna kimi əzab verəcək. 
ŞAXANOV.  Bəli, bu qazaxlar arasında da belə idi. 
Ədəbiyyatımızın klassiki Qabit Musrepov, məşhur 
qəhrəman yazıçı Baurjan Momışulı, tanınmış müğənni 
Ermek Serkebayev yalnız ikinci dəfə evləndiklərinə 
görə uzun müddət qınaq obyekti oldular, felyetonların 
qəhrəmanlarına çevrildilər. 
AYTMATOV.  Bəli, Bübüsara mənim ulduzumun 
parlaması naminə öz xoşbəxtliyini qurban verdi. Düşünmək 
– ağılın funksiyasıdır, hisslər – ürəyin imtiyazındadır. Yalnız 
böyük  şəxsiyyət bu iki bir-biri ilə barışmaz keyfi yyətləri 
özündə birləşdirməklə yanaşı, həm də sevdiyi adama ziyan 
gəlməməsi üçün fədakarcasına ondan imtina edə bilər. 
Bir dəfə Bübüsara ilə birlikdə sürət qatarı ilə 
Moskvadan Frunzeyə qayıdırdıq. İki nəfərlik rahat kupedə. 
Heç kim telefonla narahat etmir, qapını döymür. Üç gün 
və üç gecə möcüzəli, sonu olmayan nağıla çevrildi. Sanki 


265
zaman dayanmışdı. Biz başqa bir dünyaya düşmüşdük. 
Bizim müxtəlif məsələlərlə bağlı söhbətlərimiz, başqa vaxt 
heç kimə aça biməyəcəyimiz  ən gizli düşüncələrlə bağlı 
etirafl ar,  ədəbiyyat və incəsənət barədə mübahisələr bir 
birini tamamlayır və inkişaf etdirirdi. Onda mən ilk dəfə 
anladım ki, təbiəti, xasiyyəti, ruhu və fi kirləri ilə sənə yaxın 
olan insanı tapmaqdan böyük xoşbəxtlik yoxdur. 
“Elə gün var ki, bir əsrə də dəyişmərsən. Bu gün mənim 
həyatımın ən xoşbəxt günüdür”. 
Mən Bübüsaranın bu həyacan dolu sözlərini unuda 
bilərəmmi? 
Qatar isə bizi yorğa at kimi rəvan şəkildə və ehtiyatla 
aparırdı. Biz hərdən vaqonun pəncərəsindən çölə baxaraq 
təbiəti seyr edirdik. Rusiyanın xalqın qəlbi kimi ucsuz-
bucaqsız yaşıl düzləri, Qazaxıstanın səhraları. Aral 
şəhərində dayananda biz təmiz dəniz havası ilə nəfəs almaq 
üçün qatardan düşdük. O vaxt Aral dənizinin siları düz 
şəhərin  ətəklərində idi. Oynaq dalğalar günəşin altında 
bərq vururdu. Sonra Kızıl Orda, Arıs, Çimkent, Tülkübas... 
Yadındadır, bir dəfə biz ikimiz sənin maşınında 
Daşkənddən Bişkekə qayıdırdıq? Al günəş səmanın yarısını 
çəhrayı  rəngə boyayaraq yavaş-yavaş üfüqün arxasına 
keçirdi. Qeyri-adi mənzərə idi. Tülkübasa yaxınlaşanda 
dəmir yolu hündür təpənin başına fırlanaraq böyük bir 
halqa yaradır. Yazda və yayda bu yer gük-çiçək içində 
itərək tam başqa görünüşdə olur. Mən səndən xahiş elədim 
ki, saxlayasan və maşından düşdüm. Aman Allah! 25 il 
əvvəl olduğu kimi uca təpənin  ətəyi ilə Almatıya tərəf 
qatar gedirdi. Hətta, qışda qarın dəmir yolunun üstünə 
tökülməsinin qarşısını almaq üçün yamac boyu iki-üç 
sırada düzülmüş hasar da olduğu kimi qalmışdı. Ürəyim 
əsdi. Burdan keçəndə  məhz bu mənzərə Bübüsaranı 
heyran etmişdi. Böyük sevinclə o, bu yerin təbii quruluşuna 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə