Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


başladılar. Mənsə kənarda sürahiyə söykənib durmuşdum



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə76/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   72   73   74   75   76   77   78   79   ...   93

269
başladılar. Mənsə kənarda sürahiyə söykənib durmuşdum 
və gözlərimdən axan yaşın qarşısını kəsə bilmirdim. Amma, 
buna elə ehtiyac da yox idi... Dəniz, gecə, ay, boş adalar və 
ruhən tənhalıq... 
İndi də, bu musiqini eşidəndə  mən Bübüsaranı 
xatırlayıram və çox həyacanlanıram. Amma, bunu sənə izah 
etməyə mənim çətin ki, sözlərim çatar. 
“Kasandranın Tavrosu” romanında belə bir epizod var 
ki, mənim qəhrəmanım nümayəndə heyəti ilə Yaponiyada 
olanda gecə paraxodda üzür – yapon musiqisinin gətirdiyi 
eyni xatirələr və hisslər, eyni mənzərə. Bu mənzərə mənim 
İtaliyaya həmin səfərimdən sonra tənhalığın və Bübüsara 
xiffətimin rəmzi kimi yaddaşıma həkk olunub. 
ŞAXANOV. Bir dəfə Rəsul Həmzətovla piyada Kremldən 
“Moskva” mehmanxanasına gedirdik.
-Ay allah, bu sizsiniz – Rəsul Həmzətov? – qadın səsi 
gəldi. Baxıb gördük ki, yanında balaca oğlu olan gözəl bir 
rus qadındır. Simasından heyranlıq və sevinc yağırdı. Sonra 
yaxınlıqdakı uzun növbədən kimisə çağırdı: 
-Petya! Tez bura gəl. Gör bir kimlə rastlaşmışıq! 
Növbədən ucaboy sarışın bir  oğlan ayrılıb tələsik bizə 
yaxınlaşdı. 
-Sizin  şeirlərinizlə  məni ilk dəfə Petya tanış edib, - 
qadın ərini göstərdi. – Hər görüşümüzdə o ürəkdən gələn, 
incə və sirli şeirlər oxuyurdu. Elə sevinirdim ki, şair arvadı 
alacağam. Toydan sonra məlum oldu ki, mənim Petyam 
sizin şeirlərinizi oxuyurmuş. Qəlbimi ovsunlayan bu şeirlər 
olmasaydı, çətin ki, biz evlənərdik... Ona görə də, biz ömür 
boyu sizə borcluyuq, Rəsul Həmzətoviç. Biz sizi görüb öz 
minnətdarlığımızı və ehtiramımızı bildirmək istəyirdik... 
Həmzətov utana-utana saata baxmağa başladı. 


270
- Yox-yox, xahiş edirəm bizə iki-üç dəqiqə də ayırın, - 
cavan ər-arvad xahiş elədi və bizi kənara çəkdi. 
Birinci qadın başladı: 
- Xoşbəxtlik, hardasan, ey nurlu sima?
- Mən, sən çıxmadığın ucalıqdayam!
- Xoşbəxtlik, bəs harda, zirvəyə çıxdım. 
- Heç vaxt üzmədiyin çaydayam indi! 
- Hardasan, min dənə çaydan keçmişəm.
- Sabah nəğmələrin yurdum olacaq!
- Bəs indi? Bütün nəğmələri sənə həsr etdim. 
- Qabağda, qabağda! Tut, tuta bilsən!
Petya həvəslə davam etdi:
Hamı deyir, məhəbbətdə zirəkəm, 
Deyirlər ki, gəzəyənəm guya mən. 
Gah biri, gah biriylə görüblər hətta məni
Günahkaram deyirlər, düzəlmərəm deyirlər. 
Sən heç kimə inanma, günah edə bilmərəm
Səni tanıyan gündən, sən mənim əzizimsən.
Təkcə səni sevirəm, təkcə səni istərəm. 
Bu neçə vaxtda tanıya bilməsəm də...
Ətrafımıza artıq camaat yığılmışdı. Rəsul  ər-arvada 
minnətdarlıq etdi. Amma, bu vaxt üzü tüklü, sərxoş bir  kişi 
sinəsinə vura-vura: 
-Sevgi yoxdur! Vaxtilə  mən də sevmişəm. Amma, se-
vdiyim qadın məni satdı. Sevgi haqqında bütün deyilənlər 
boş şeydir! – O, Rəsul Həmzətovun qolundan tutmaq istədi, 
amma Petya onu tez kənara itələdi. 
-Hər şeyə görə çox sağ olun, - qadın Rəsula gülümsədi. 
Mehmanxananın girişində  Rəsul Həmzətov zarafatla 
dedi: 


271
- Məhəbbətin iki qütbünü biz bir yerdə gördük...
...Yadımdadır ki, gəncliyimdə qızların birinin gündəliy-
ində belə sözlər oxumuşdum: “Əgər sevən kişinin sənə qarşı 
marağı tədricən azalırsa, unutma – bunda sənin də təqsirin 
var!”
Əsl qadın olmaq – böyük bir incəsənətdir. Təkcə in-
cəsənət yox, həm də adi gözlə görünməyən, ucu-bucağı 
bilinməyən bütöv bir elmdir. Ərinin sevincini və  kədərini, 
qələbələrini və  məğlubiyyətini onunla bölüşməkdən başqa 
hər bir qadının əlavə öhdəlikləri də var ki, bunları o, yed-
dinci hissi ilə müəyyənləşdirməlidir. Bunlar hansılardır? 
Sevmək çox gözəldir, amma sevilmək də vacibdir. Hörmət 
etməkdən başqa həm də hörmət qazanmaq lazımdır. Tez-tez 
eşitmək olar ki, qadınlar bir-birilərinə şikayət edirlər: “Mən 
onu dünyalar qədər sevirəm. O mənə niyə eyni hisslərlə 
yanaşmır?”
Qadın kimi doğulmusan – şükr elə. Çünki sən kişidən 
öz incəliyinlə, hisslərinin, duyğularının dərinliyi ilə, bağışla-
maq bacarığınla və nəhayət zəifl iyinlə fərqlənirsən. Kişilər 
yazılmamış, amma əməl edlməsi vacib olan kişilik qanun-
ları ilə yaşayırlar – qadına yol vermək, kömək etmək və 
onu qorumaq. Buna görə  də  sən qadın kimi təkcə gözəl 
olmamalısan, həm də xalqının zamanın sınaqlarından 
keçən mənəvi zənginliyini, adət-ənənəsini, tarixini, əsrlərin 
müdrikliyini özündə daşımalısan. Sənin yerişin, duruşun, 
gülüşün, yumor hissin, sevincin və  kədərin, geyim tərzin, 
yaxın adamlarla münasibətlərin, hətta qəzəbin də kökü qa-
dının milli davranış  mədəniyyətindən qidalanan gözəlliyi 
və incəliyi qabartmalıdır. Kişinin diqqətini, hörmətini və 
məhəbbətini saxlamaq üçün sən daim axtarışda olmalısan. 
Spzün həqiqi mənasında qadın səviyyəsinə qalxmaq son 
dərəcə çətindir. Bi yol çox mürəkkəbdir, amma, ona alter-
nativ yoxdur. Sənin hər bir hərəkətin görünür və  nəticəsi 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə