Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə79/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   75   76   77   78   79   80   81   82   ...   93

282
HƏQİQƏT VƏ 
MANQURTLAŞDIRMANIN
SİRRLƏRİ
(Manqurtlaşdırma siyasətində Rusiya, Çin 
və dünyadakı başqa istiqamətlər və ya
Allah öz millətini, dilini satanları, 
onlara biganə yanaşanları cəzalandıracaq)
2007-ci ildə Çingiz Aytmatovla mənim Türkiyənin televiziya 
tamaşaçıları ilə canlı efi rdə ikinci görüşümüz oldu. Aparıcı Rusiya 
dövlətinin ərazisində yaşayan azsaylı xalqların, xüsusən də türkdilli 
xalqların problemləri, hakimiyyətin buna göz yumması və hətta gi-
zli razılığı ilə onların mənəvi dəyərlərinə, dillərinə xələl gətirilməsi 
barədə danışmağı  və BMT-nin, YUNESKO-nun bu sahədəki səh-
vlərini konkret misallarla sadalamağı xahiş etdi. 
Mən əmin oldum ki, aparıcı azsaylı türk xalqlarının bu günkü 
problemləri barədə çoxlu informasiyaya malikdir. Buna görə  də 
cavabımı müasir dövrün mənəvi problemlərinə həsr olunmuş  “Öz 
dilində danışmamağın, düşünməməyin fəsadları və kosmopolit ax-
ınla qarşısı alınmış taleyi” traktatım əsasında qurdum. Bu problemi 
oxucunun tam və hərtərəfl i anlaması üçün traktatın məzmunu barədə 
daha ətrafl ı danışmağı özümə borc bilirəm. 
Onlarla səhifədə xülasə edilmiş bu acı həqiqəti təkcə şovinizm 
məngənəsində  sıxılan azsaylı xalqlar yox, həm də rus, çin, ingilis 
millətinin nümayəndələri bilməlidirlər. Mən tam əminəm ki, onların 
arasında humanist ideyalardan ilham alanlar da var və onlar bizimlə 
bərabər düşünəcək və kədərlənəcəklər. 


283
 Məcburi dönüş: 
KOSMOPOLİTİZMİN METAMORFOZASI
“Kosmopolit” sözünün mənasını araşdırsaq, görərik ki, bu 
“dünya vətəndaşı” deməkdir. Düzdür, bu gün kosmopolitlər bir 
şeyi anlamırlar ki, bütün həyati prosseslər kökdən qidalanma 
əsasında bış verir. Heç olmasa bircə ağac və ya başqa bitkinin 
adını çəkmək olarmı ki, kökü olmadan böyüsün və çiçəkləsin? 
Xeyr. Ən azından ona görə ki, indiyə kimi hələ heç kəs möh-
kəm əsasları olan dünya quruluşunu və həyatın çox sərt qanun-
larını dəyişə bilməyib. Buna görə insan da görünməyən köklər 
vasitəsilə öz keçmişi və əcdadlarına bağlanıb. Kosmopolitlərin 
əksəriyyəti isə öz milləti, dili, mənəvi dəyərlərinə biganə 
yanaşır, onların öyrənilməsinə çox vaxt sərf etmək istəmir, bir 
göz qırpımında və əziyyət çəkmədən dünya vətəndaşı olmağı 
arzulayır. Onların hər biri lazım gələrsə istənilən dili bir-iki 
aya öyrənə bilər. Öz doğma dillərini öyrənmək üçün isə bu in-
sanların nə istəyi, nə də həvəsi çatır. Həm də onlar bir faktı çox 
gözəl bilirlər ki, hakimiyyətin sükanı arxasında olan qazax-
ların qazax dilini inkişaf etdirmək üçün ürəkləri getmir. Onlar 
istənilən başqa bir dili daha tez öyrənə bilərlər, nəinki öz doğ-
ma dillərini. Tacik xalqının belə bir müdrik deyimi var: “Öz 
dilini bilməyəndən sonra, yüz dili öyrənməyin nə faydası?”  
Adəm və  Həvvadan bu günümüzə kimi insana işgəncə 
verməyin, onu alçaltmağın yüzdən çox növü  icad olunub və 
tətbiq edilib. Bunların arasında insanı başqasının iradəsinə 
tabe etdirmək, onu qula çevirmək üçün onun özünüdərketmə 
duyğusunun məhv edilməsi də var. Amma, cunqarlar tərəfi nd-
ən icad edilən və manqurtlaşdırma adlanan metodla heç bir 
işgəncə növü müqayisə də edilə bilməz. Orta Asiyada xüsusi 
ustalıqla tətbiq edilən bu metod insanı yaddaşdan elə məhrum 
edir ki, bədbəxt hətta öz doğma anasını belə tanıya bilmir. Af-
rikanın quldarları cunqarlardan geri qalmırdılar. Onların üsul-


284
ları belə idi. İkidiş balığın belindəki zəhərli üzgəcləri kəsərək 
gizlicə qurban seçilən adamın yeməyinə atırlar. Bir müddət 
sonra həmin adamın nəfəsi kəsilir, rəngi göyərir və o dünyasını 
dəyişir. Təbii ki, mərhumun yaxınları onu torpağa tapşırır və 
yasını saxlayırlar. Üç-dörd gündən sonra isə onu zəhərləyən-
lər gecə qaranlıqda qəbri qazıb meyidi çıxarır və tərkibi yal-
nız özlərinə bəlli olan dava-dərmanla onu dirildirlər. Amma, 
yeni dirilənin bütün bədən üzvləri yerində olsa da, beyninin 
bir hissəsi artıq ölüb.  O, hansı xalqa mənsub olduğunu, əcdad-
larının, valideynlərinin kim olduğunu, hətta öz adını da bilmir. 
Eyni zamanda bu məxluq istənilən işi görməyə, bütün əmrlərə 
sözsüz tabe olmağa hazırdır. O, müti qula, zonbiyə çevrilib. 
Buna baxmayaraq zombiləşdirmə prosesi nə qədər dəhşətli və 
mürəkkəb olsa da, insana yaşatdığı dözülməz əzablar baxımın-
dan manqurtlaşdırma ilə müqayisə edilə bilməz. 
Çingiz Aytmatov özünün “Gün var əsrə bərabər” romanın-
da aydın göstərir ki, müasir dövrümüzdə manqurtlaşdırma yeni 
formalarda daha dağıdıcı xarakter almağa başlayıb. Əgər Ayt-
matov bu əsərdən başqa əsər yazmasaydı belə, təkcə “Gün var 
əsrə  bərabər”-lə dünya ədəbiyyatının unikal klassiklərindən 
biri olaraq qalardı. 
Aytmatov bizim 1996-cı ildə yazdığımız və mənəvi-fəlsə-
fi ,  tarixi-marifl əndirici və  məhəbbət  əfsanələrindən ibarət 
“Uçurum üzərində ovçu fəryadı” (Əsrin sonunda etiraf) adlı  
esselər kitabımızda haqqında danışılan məsələ barədə belə 
deyir: 
“ “Gün var əsrə bərabər” romanını yazmamışdan 
əvvəl manqurtluq mövzusunu çox diqqətlə öyrəndim. 
Uşaqlıqda dəfələrlə  eşitmişdim ki, sözü gec anlayan-
lara “sən manqurtsan?” deyə müraciət edirdilər. On-
lar insanın manqurta necə çevrildiyini bilməsələr də 
bi sözün necə dəşhşətli ağır yükə malik olduğunu hiss 
edirdilər. 


285
Təxminən altmışıncı illərdə mən məşhur Sayakbay 
Karalayevdən “manqurt” və “şirə” (dəvə hörgücündən 
təzə soyulmuş dəri) sözlərinin mənasını soruşmuşdum. 
Onda hörmətli ağsaqqal uzun düşüncələrdən sonra 
danışmağa başladı: 
“...Əvvəlcə əsirin başındakı tükləri təmiz qırxırlar, 
təzə kəsilmiş inəyin və ya dəvənin güvəncinin dərisini 
tarıma çəkilmiş formada bədbəxtin başına keçirirlər. 
Buna qırğızlar “şirə” deyirdilər. Aşılanmış xam göndən 
qaytanlar kəsib “şirə”-nin ətrafına bağlayırdılar. Sonra 
bu qaytanları gicgahın yanında bərk sıxıb bağlayırdılar. 
Əli-ayağı bağlanmış binəvanı  qızmar günəşin altına 
atırdılar. Əsir bu zaman ikiqat əzab çəkir. Əvvəlcə dəri 
istidə quruyaraq sıxılır və başı sıxaraq az qala kəlləni 
çatladır, sonra isə uzanan saçlar quru, bərkimiş dərini 
deşə bilmədiyi üçün içəriyə doğru bıyüməyə başlayır 
və sanki iynə ilə başın dərisini deşir, kəllənin içinə yeri-
yir. Bununla da bütün düşünmə qabiliyyətini, yaddaşı 
məhv edir. Bədbəxt bir həftə və ya on günə manqurta 
çevrilir. Əgər ölsə - demək zülmdən qurtulur. Sağ qalsa 
– adını, nəslini-kökünü, keçmişini unudur və sahibinin 
bütün əmrlərinə müntəzir dilsiz-ağızsız işçı qüvvəsinə 
çevrilir... İnsanlar o qədər yaramazlıqlar kəşf ediblər 
ki, lap dəhşətə gəlirsən. Amma, bu bəlaya bərabər heç 
nə yoxdur””. 
Bəs bizim dövrümüzdə manqurtluq var? Məncə manqurt-
luğun ən yüksək həddinə elə indi nail olunub. Müasir manqurt-
luq kollektiv manqurtluğa çevrilib. Aytmatov qlobal nəticələrə 
səbəb olan bu faciə barədə yazır: 
“Totalitar sistem öz dövründə bütün cəmiyyətə, 
həmçinin sənə, mənə - bizim şüurumuza, ağlımıza, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə