|
Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств
289
Dil – bu xalqın özüdür,
Dil ölsə - xalq da ölər. –
Sağ ikən rus ədəbiyyatının klassikinə çevrilmiş Yevge-
ni Yevtuşenko belə hesab edirdi.
Təəssüf ki, son illər V.Jirinivski, A.Duqin kimilərin
təzyiqi ilə Rusiya Federasiyası öz humanist kursundan
yayınmağa başlayıb. Rusiya hökuməti referendum vasitəsi
ilə milli muxtar dairələri “sayına görə rus əhalisi qat-qat
çoxluq təşkil edən vilayətlərlə” birləşdirir. “Arqumentı i
faktı” həftəliyinin 2006-cı il 15-ci sayında Tatyana Netreba
və Vitali Tseplyayevin “Milli regionlar – bıçaq altına?” adlı
məqaləsində deyilir:
“Milli respublikaların ləğv edilməsi ideyası çox-
dan ayrı-ayrı siyasətçilərin düşüncəsinə hakim kəsilm-
işdi. “Pioner” ölkədə 15 yoxsa 30 quberniya saxlamağı
təklif edən V.Jirinovskidir. Və heç bir bolşekiksayağı
“milli-ərazi bölgüsü”ndən söhbət gedə bilməz. “Rusi-
yanın yeni quruluşunu təsbit edən yeni konstitusiya
qəbul etmək lazımdır, – öz şefi nin səsinə səs verərək
Dövlət Dumasının liberal demokrat deputatı Aleksey
Mitrofanov deyir. – Yoxsa biz 50 il dairələri, sonra isə
yavaş-yavaş respublikaları yığışdıracağıq”.
Şübhəsiz ki, Rusiya dövlət Duması sədrinin müavini
Vladimir Jirinovskinin 2003-cü il aprelin 18-də söylədi-
yi nitqi bu ölkədə azsaylı xalqlar üçün ölümcül olan belə
qərarın qəbul edilməsinin səbəblərindən biridir:
“... “Milliyyəti” sözünü biz işlətmək istəmirik,
gəlin onu ümumiyyətlə ləğv edək. Bizim bir Rusiya
xalqımız, bir prezidentimiz var. Bütün milli regionları
290
ləğv edin, Başkiriya yoxdur, Tatarıstan yoxdur, Yakuti-
ya yoxdur, Dağıstan, Çeçenistan və s... Bir Rusiya re-
spublikası var, bir dövlət dili – rus dili var və bir prezi-
dent Kremldə...”
Əlbəttə, elə məsələlər var ki, humanistlik mövqeyindən
yanaşsaq onların müzakirəyə çaxarılması özü mənəvi-
yyatsızlıqdır. Məsələn, “biz anamızı sevməyə borclu-
yuqmu?” sualını referenduma çıxarmaq olarmı? Məncə bu
əsl mənəviyyatsızlıqdır. Çünki, öz anasını sevmək hamının
borcudur. Burda kənardan təzyiq yolverilməzdir. Dil isə
bizim millətimizin anasıdır.
Yeri gəlmişkən, əgər altay xalqının ruslaşdırılmış 75-
80 faizi arasında “Sizə doğma diliniz lazımdır, ya yox?”
sualı ilə referendum keçirilsə iştirakçıların 65-70 faizi
bir qayda olaraq “yox, lazım deyil” cavabını verər. Uzun
illər boyunca milli özünüdərk hissinin məhv edilməsinə
yönəlmiş dövlət siyasəti altında əzilən, özünü məhv etmə is-
tiqamətində irəliləyən kiçik xalqların gücsüzlüyündən isti-
fadə etmək humanizm prinsiplərinə qətiyyən uyğun deyil.
Şəxsən mənim rus dilinin dünya səviyyəsində yayıl-
ması istiqamətindəki səylərinə görə Putinə böyük rəğbə-
tim var. Milli maraqlar baxımından o, doğma dilinə dəstək
göstərməyə cəhd edir ki, bu da nə bizim prezidentimizdə,
nə də baş nazirimizdə yoxdur. Yalnız bu təəssüfl əndirir ki,
onun təbəələri olan, zorən kocmopolitizmin təsiri altına
düşən azsaylı xalqlara o, yüksək humanistlik mövqeyindən
yanaşmır və Jirinovski, Duqin kimilərin fi kri ilə oturub
durur.
15 il əvvəl biz Çingiz Aytmatovla “Sokrat haqqında
xatırələr gecəsi və ya axmağın dərisi üzərində məhkəmə”-
dramını yazmışdıq. Bu dramın bir çox ölkələrin teatr-
larında səhnələşdirilən birinci hissəsi bu günkü türklərin
291
uzaq əcdadlarından olan hunların əzəmətli vaxtlarındakı
hadisələr üzərində qurulub. Hunlar Çində Xuanxe çayı
ətrafındakı torpaqları istila edirlər. Darmadağın edilən
çinlilər gizli bir qərar qəbul edirlər. Onlar kişilərin qadın-
lara qarşı olan şəhvət hissindən istifadə edərək 20-25 il ərz-
ində hun ordusunu çin ordusuna çevirməyi planlaşdırırlar.
Hər bir hun döyüşçüsünə gözəl bir çinli qız hədiyyə edil-
ir. Belə səxavətliliyə çox sevinən, ehtiraslanan hunlar çin
qızlarının gözəlliyinə aldanıb hamılıqla onlara evlənirlər.
Bir-iki ildən sonra elə bir hun olmur ki, evindən körpə səsi
gəlməsin. Hətta, hun ordusunun başçısı Tanirkut da ən
gözəl çinli qıza evlənərək çinliləşməyə məruz qalır və doğ-
ma hun dilində danışmağa utanmağa başlayır. O, yalnız
çin dilinə tərif deyən döyüşçülərə yüksək vəzifələr paylayır.
Beləliklə çin müdrikliyi cəmi 22 ilə hun ordusuna qal-
ib gəlir. Hunlar nəinki, çinliləşir, həm də Çin dövlətinə xid-
mət etməyə başlayırlar.
Hunluları belə kədərki sonluğa gətirən üç səbəb var
idi.
Birinci səbəb – hunların bəyəndiyi və dünyaya onların
sevimli övladını gətirən qadınlar çin qızları idi. İkinci –
milli ünsiyyət mühitinin tam çinliləşdirilməsi. Üçüncü və
ən əsas səbəb – hunların başçısı özü də doğma dilə əhəmi-
yyət verməyərək milli maraqları satır. Bu yolla müdrik
çinlilər öz məğlubiyyətlərini tam qələbəyə çevirirlər.
Niyə bu gün Qazaxıstan hakimiyyəti istənilən vaxt öz
millətinə qarşı çıxmağa hazırdır? Bunu necə izah etmək
olar?
Burda Stalinin faciəvi kosmopolit taleyi bizim üçün
misal ola bilər.
İ.V.Stalin gürcü xalqının nümayəndəsi olsa da, ağlı
kəsəndən rus mühitində yaşamışdı. Rus təhsili alıb, rus
dilində yazıb, yuxularını rus dilində görüb... Öz doğma
xalqının dilinə isə ikrahla yanaşıb...
Dostları ilə paylaş: |
|
|