Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


nəhayət ki, nə vaxtsa çox gözəl olan üzündən örpəyi qa-



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə78/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   74   75   76   77   78   79   80   81   ...   93

276
nəhayət ki, nə vaxtsa çox gözəl olan üzündən örpəyi qa-
ldırmağa razılıq verir. Su çiçəyi onun üzünü eybəcər hala 
salıbmış. Amma, bu Vellinqtonu fi krindən daşındırmır. O, 
dəbdəbəli bir toy edərək sevgilisi ilə xoşbəxt yaşayır.   
ŞAXANOV. İnsanlar müxtəlif dillərdə danışırlar, amma, 
hamı eyni dildə kədərlənir, sevinir, sevir – bu qəlbin dilidir. 
Səhv etmirəmsə Amazonka sahillərində yaşayan bir qəbilədə 
üz-üzə oturub yemək yemək böyük ədəbsizlik hesab edilir. 
Qalan başqa məsələlərdə heç bir qadağa yoxdur. Bəlkə sek-
sual inqilab ideoloqları bu ideyanı elə amazon qəbiləsindən 
oğurlayıblar? Hər nədirsə, insan həyatından mənəviyyat və 
utancaqlıq hissini yox etməyə çalışmaq – zəmanəmizin  ən 
böyük günahlarındandır. 
İndi araşdırmaçılar iki əks  fi kir  söyləyirlər. Bəziləri 
böyük məhəbbət zəmanəsinin çoxdan keçmişdə qaldığını və 
qayıtmayacağını deyir, digərləri isə gələcəyə nikbin baxır və 
bildirirlər ki, insan tezliklə yenidən öz qüdrətinin əsas mən-
bəyini - Sevgini tapacaq... 
AYTMATOV. “Dostluq itən yerdə cəmiyyət də pozulur, 
sevgi itən yerdə isə gələcək nəsillər əzab çəkir”, - Məhəm-
məd peyğəmbər belə deyib. Dahiyanə sözlərdir!..
...Bizim ardımızca bu dünyaya yeni, uçmağa qadir bir 
nəsil gələcək ki, öz gəmilərinin burnunu Həyat adlı dəniz-
in coşub-çağlayan dalğalarına qarşı çevirəcək. Allah eləsin, 
bizə keçilməz qədər uca görünən qayalar onlar üçün alçaq 
olsun, qoy onların gəmisi şübhə və təlaş dumanında saylara, 
sualtı qayalara dəyməsin, qoy bizim doğrulmayan ümid-
lərimiz onların həyatında rallaşsın!”
İndi isə diqqətinizi Elmirada qalan və  nə vaxtsa Aytmatovun 
Bübüsaraya yazdığı iki məktuba yönəltmək istəyirəm. Mən onları 
olduğu kimi dərc eləməyi özümə borc bildim:


277
*Бүкен, татынам, карачы, 
кандай  сонун  болуп  турасың 
бул сүрөттө!
Кайта-кайта 
карап 
сагынып жатам.
Mənə nəqədər çətin olsa da, 
yenə taleyimə minnətdaram ki, 
mənə sənə olan sevgimi bəxş edib. 
Həyatın mənə ən böyük hədiyyəsi 
– sənə olan daimi sevgimdir. 
Buna görə də mən ona, həyatıma 
təşəkkür edirəm. 
Bəs sən? Sən isə o qədər də 
yox...
* Buken, əzizim, bax gör bu 
şəkildə sən necə gözəlsən! 
Yorulmadan ona baxıb, yenə sənin üçün darıxıram. 


278


279
*Бүкен асылтайым!
Сүйүүгө айла жок экен – сенден бир барак жооп албасам 
да,  мына:  дагы  өзүм  жазып  жатам.  Ушуну  ойлоп,  кээде 
сенин сүйөм деп айткандарыңа ишенбей да кетем. Мейлиң, 
өзүң бил, бирок менин ушунум – ушул, сенден бир кадам да 
бура тартып кете албайм. Менин тагдырым ушул экен, мен 
ага абдан раазымын.
Əzizim mənim, mən sənin yanına gələcəyim, səni görəcəyim 
günü səbirsizliklə gözləyirəm. Mən sənin haqqında çox düşünürəm, 
daim düşünürəm və düşünməkdən yorulmuram. Sən mənim üçün 
həyatın özü kimi tükənməz, sonsuz bir duyğusan. Bu, səni hər 
zaman, əsrlər boyu sevəcəyimin ilk nişanəsidir. 
Bu cür sonsuzluğa qədər sevilə bilən və adamın sevməkdən 
doymadığı qadınlara  çox az rast gəlinir, o da yalnız  ən xoşbət 
insanlara nəsib olur. Bax mən həmin xoşbəxtəm ki, əsl sevgini 
duya bilmişəm. Buna görə də mən sənin sağalmağın üçün Allaha 
yalvarıram. Əgər sən sağlam, nikbin olarsansa və məni sevərsənsə, 
mənim üçün bundan yaxşı heç nə ola bilməz. Təki sən sağlam ol, 
çün ki, hər  şey bir tərəfə, biz səninlə bir yerdə  hələ 50-60 il də 
yaşamalıyıq. Yalnız onda mən hesab edərəm ki, əsl dolğun ömür 
yaşamışam. 
Rejimə riayət elə, sağalmaq üçün hər şey et. Bununla sən həm 
də mənim, bizim ümumi xoşbəxtliyimiz üçün çalışmış olarsan. 
Tezliklə görüşənədək, Bukentay. Həmişəki kimi Ç.A., mən 
bunu üçün necə də darıxmışam.
Əzizim, sevimlim, misli-bərabəri olmayanım mənim.


280
* Buken, uncim mənim!
Görürəm ki, məhəbbət heç nəyə baxmır və bu da deyilənin 
təsdiqi: yenə  sənə  məktub yazıram, baxmayaraq ki, səndən heç 
bir xəbər, heç olmasa adi bir kağız da almamışam. Bu barədə 
düşünəndə  bəzən sənin məni sevdiyin barədə dediyin sözlərin 
səmimiliyinə də şübhə etməyə başlayıram. 


281
Qoy lap belə olsun – sənin öz işindir, amma vəziyyətim də 
çıxılmazdır və  mən buna məhkumam ki, üzümü çevirib gedə 
bilmərəm və  səni tərk edə bilmərəm! Görünür mənim taleyim 
belədir və buna görə mən ona sonsuzluğa qədər minnətdaram. 
Bir dəfə Qırğızıstan akademik opera və balet teatrında mənimlə 
və Çingiz Torekuloviçlə görüş təşkil edilmişdi. Siyasət, ədəbiyyat, 
incəsənət, elm barədə, “Uçurum üzərində ovçu fəryadı” haqqında, 
həmçinin şəxsi həyatımızla bağlı suallar verilirdi. Bübüsara barədə 
Aytmatova iki sual verildi... Görüşün sonunda teatrın artistləri kon-
sert verdilər. Biz onunla birinci sırada oturmuşduq. 
“Muxtar, - bir qədər sonra Aytmatov dedi, - bu teatra gələndə və 
səhnəyə baxanda mənə elə gəlir ki, bu dəqiqə səhnənin ya sağ, ya da 
sol küncündən qəmli, kədərli ifadə ilə rəqs edən Bübüsara çıxacaq.   
İşə bir bax. Neçə il keçib... 
Əgər bütün gündəlik görüşləri, camaatla ünsiyyəti hesaba alsaq
onda mən minlərlə, on minlərlə, hətta yüzminlərlə qadınlarla görüşüb 
danışmışam, bəziləri ilə  hətta səmimi söhbət də etmişəm (onların 
arasında mənim yaradıcılığımın vurğunları da olub). Amma, onlar-
dan biri də, nə gülüşü, nə təbəssümü, nə kədəri ilə mənim şüurumda 
Bübüsara qədər təəssürat yarada bilməyib. 
Həqiqi sevgini itirməkdən dəhşətli  əzab yoxdur. Amma, 
Bübüsara bu günə  qədər məni mənəvi  əzablardan  əsl həzz almağı 
öyrədir”. 
Ona baxanda gözlərində yaş gördüm. Mən də kədərlənmışdim 
və həyacanlı idim... Mənim cüzi də olsa şübhəm qalmadı ki, o, bu 
dünyada milyonların, hətta milyardların həsrətində olduğu əsl sevgi-
nin Everestinə qalxa bilən şəxsdir... 
 **************************************************
****************


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə