Книга переведена и издана заказу фонда поддержки по политики тюркоязычных государств


təfəkkürümüzə bir növ ideoloji “şirə” formasında ümu-



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə80/93
tarix26.08.2018
ölçüsü1,51 Mb.
#64835
növüКнига
1   ...   76   77   78   79   80   81   82   83   ...   93

286
təfəkkürümüzə bir növ ideoloji “şirə” formasında ümu-
mi bir şablon geyindirib. Bu,  rejimə tabe etdirmə  və 
hamını noxtalamaq məqsədilə həyata keçirilirdi...” 
“Manqurt”  sözü  Rusiya elmlər akademiyası dilçilik 
araşdırmaları İnstitutu tərəfi ndən nəşr edilən “Böyük rus dili 
izahlı lüğəti”-ndə  (Sankt-Peterburq: Norint, 1998) belə izah 
olunur:  
“MANQURT, - a; m. Publis. Keçmişi unudan, milli 
ənənələdən, adətlərdən imtina edən, mənəvi dəyərləri, 
oriyentirləri itirən insan, Ç.Aytmatovun “Buran yarım-
dəzgahı” romanından. 
MANQURTLUQ, - a; m. Publis. Tarixi, varislik 
əlaqələrinin unudulması, mənəvi oriyentirlərin itirilmə-
si”. 
Mənə göndərilən və Qazaxıstan mətbuatında yayılan 
açıq məktubda Qırğızıstanın xalq şairi Suyunbay Eraliyev 
“müasir manqurtlar barədə” yazır: 
“Qardaşım Muxtar, sənin böyük dostun Çingiz Ayt-
matov əsrlər boyu tətbiq edilən, yaddaşı, ağlı, şüuru məhv 
edən, doğma ananı unutmağa vadar edən manqurtlaşdır-
ma məfhumunu dünya ədəbiyyatına gətirib. O, bu üsulu 
ürəkağrıdan rənglərlə  təsvir edib. Hazırda geneoloji və 
mənəvi-fi zioloji mutasiyalara məruz qalmış, simasızlaşdır-
ma qazanından yenicə çıxmış, milli özünüdərk hissindən 
məhrum olan yeni manqurtlar  məgər qazaxların və qırğı-
zların bütün hakimiyyət strukturunu zəbt etməyiblərmi? 
Əgər hesab etsək ki, millətin anası onun dilidir, onda bu 
anaya ikrahla baxanlar, istənilən vaxt ona daş atmağa da 


287
hazır olanlar (onların sayı artmaqda davam edir) qırğı-
zların və qazaxların ümumi bəlasıdır. Aytmatovun təs-
vir etdiyi manqurtlar düşünmə qabiliyyəti və yaddaşdan 
birdəfəlik məhrum olublarsa, müasir manqurtlar əksinə
savadlıdırlar, elm və texnikanın, dünya mədəniyyətinin 
son nailiyyətlərindən yararlanır, amma təbiət qanunları-
na zidd olaraq öz analarını – doğma dillərini və millətləri-
ni  ikrahla inkar edirlər. Yalnız hakimiyyətin tapşırığı ilə 
hərəkətə keçən bu qrup, bizim xalqlarımız üçün qədim 
manqurtlardan daha təhlükəlidirlər...” 
Bişkekdə  həmin Suyunbay Eraliyevin 85 iliyinə  həsr 
edilmiş yubiley mərasimində bir neçə  əsr  ərzində Rusi-
yaya məxsus olan altay xalqının tanınmış  şairi Brontay 
Bedyurov millətinin bu günkü dərdlərindən danışarkən 
belə dedi:   
“Bu gün altay xalqı belə vəziyyətə çatıb ki, 75-80 faizi 
küçədə, işdə, hətta evdə öz uşaqları və nəvələri ilə də yalnız 
rus dilində danışır. Dilin itməsi, məlum olduğu kimi, millə-
tin məhvinə aparır. Vaxtilə Sovet İttifaqında 93 millət necə 
yoxa çıxdısa, bir neçə ildən sonra  altay xalqı da bir etnos 
kimi mövcudluğuna son qoyacaq”.
Təkcə azsaylı altay xalqı yox, 10 milyon qazax da 
uçurumun lap kənarında gəzirmiş kimi həyat və ölüm 
arasında var-gəl edir. Çar Rusiyası  və sovet totalitar 
sisteminin yüzilliklərlə davam edən müstəmləkəçilik si-
yasəti nəticəsində biz elə bir vəziyyətə gəlmişik ki, deklar-
ativ olaraq suveren dövlət hesab edilən  Qazaxıstan ruhən 
Rusiyanın tabeliyində qalmaqda davam edir. Milli və dil 
maraqları baxımından qazax xalqının gələcəyi dumanlıdır. 
Əgər üzərində  məxfi lik möhürü vurulmuş bir çox tarixi 
sənədlərə nəzər salsaq Rusiya dövlətinin başqa millətləri, 
o cümlədən qazaxları dilindən, dinindən məhrum edərək 


288
onları tədricən böyük rus xalqının bir parçasına çevirmək 
planları ilə bağlı çoxlu faktlar görmək olar. 
Tarixdən bəllidir ki, böyük xalqlar daim azsaylı xalqları 
sıxışdırıblar. Bəlkə bu,  çaylarda, dənizlərdə, okeanlarda 
böyük balıqların balacaları yeməsinə bənzəyən bir qanun-
auyğunluqdur? Bəs onda bu tərifl i humanizm hardadır? 
Böyük və kiçik xalqların qarşılıqlı münasibətlərinin sivil 
meyarları hardadır? 
Biz bəşəriyyətə A.Puşkin, L.Tolstoy, F.Dostoyevski, 
A.Qertsen və başqa dahiləri vermiş rus xalqına xüsusi 
hörmətlə yanaşırıq. Onların insan təbiətinin qorunması 
və müdafi əsi, millət və dil barədə humanist ideyaları in-
diyə kimi də yol göstəricisi kimi əldə rəhbər tutulur. Rus 
ruhunun, rus dilinin doğduğu dahi şəxsiyyət  İvan Tur-
qenev bizim bu gün müzakirə etdiyimiz problem barədə 
hələ XIX əsrdə yazırdı: “Kosmopolitizm – boş şeydir, kos-
mopolit – sıfırdır, sıfırdan da pisdir...”, Sovet İttifaqı vax-
tında isə Konstantin Paustovski belə yazırdı: 
“Öz vətəninə qarşı həqiqi məhəbbət, öz dilinə qarşı 
məhəbbətsiz mümkün deyil. 
Doğma dilinə biganə olan insan vəhşidir. O, öz 
mahiyyətinə görə ziyanvericidir, çünki, onun dilə qa-
rşı biganəliyi xalqının keçmişi, bu günü və gələcəyinə 
olan tam biganəliyindən irəli gəlir”.
Bütün dövrlərdə böyük rus şəxsiyyətləri azsaylı 
xalqları, onların dilini, mədəniyyətini müdafi ə ediblər, yəni 
əsl rusa xas olan mehriban qonşuluq münasibətlərini sax-
layıblar. 
Yarımçıq dil – dil deyil, 
Murdarlanmış bulaqdır. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə