Kommunikasiya anlayışı. Verbal və qeyri-verbal kommunikasiya. Plan



Yüklə 24,81 Kb.
səhifə2/2
tarix04.01.2023
ölçüsü24,81 Kb.
#98192
növüYazı
1   2
Mövzu 3

Kinesika – “bədən hərəkətlərinin dili” kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsilə açıqlanır.
Jestlər bir neçə qrupa bölünür: Birinci qrup - işarə jestləridir. Amma onları istifadə etdikdə çox ehtiyatlı olmaq lazımdır. Çünki eyni işarə-jesti hər ölkədə müxtəlif məna bildlrir. Məsələn amerikanların "O.K." jesti Amerikada - hər şey yaxşıdır mənasını ifadə edirsə, Fransada - sıfır bildirir, Yaponiyada isə - pula işarə edir. Bizim tez-tez istifadə etdiyimiz "Əlvida" jesti Yunanıstanda "Rədd ol buradan" kimi başa düşülür. Müsəlman ölkələrində sol əllə hədiyyə, pul vermək haram sayılır. Başqa Qərb və Avropa ölkələrində isə bu məqama heç bir fikir vermirlər.
İkinci qrup jestlər - illüstrator-jestləridir. Onların köməyi ilə fikrinizi daha geniş, emosional çatdırmaq mümkündür. Bu növ jestlərdən mitinqlər, toplantılar zamanı natiqlər istifadə edirlər. Üçüncü qrup - tənzimçi, nizamlayıcı jestlərdir. Bu qrup jestlər söhbətin əvvəli və sonunda mühüm rol oynayırlar. Belə jestlərdən biri - əl verməkdir. Bu jestlə bir neçə məna bildirmək olar: həm söhbətin əvvəlini, həm yekunlaşdırmaq istəyini çatdırmaq, həm də danışığın sonunu. Sonuncu qrup - adaptor (ötürücü) jestlərdir. Adətən bu növ jestlər bizə hiss və emosiyalarımızı ifadə etdikdə yardımcı olurlar. Onlar uşaqların qeyri-ixtiyari etdiyi reaksiyalara oxşayır. Stress, həyəcan əlamətlərində ifadə etdikdə daha aydın görünür.
Proksimika (latınca proximity – yaxınlıq deməkdir) insanın şəxsi məkanı kimi ünsiyyət prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir və hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində ya kimisə özümüzə yaxın buraxırıq, hətta qolumuza gətirməsinə imkan veririk, ya da kimisə özümüzə yaxın buraxmırıq – şəxsi məkanın hüdudları ünsiyyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intiutiv ölçülərlə əlverişli və ya münasib olan özünəməxsus psixoloji məsafə yaradır. “Yaxınlıq-uzaqlıq” , “isilik-soyuqluq” psixoloji məkanın emosional parametrləri belədir.
1.Intim zona (15 sm-dən 46 sm-ə qədər) - xüsusi bufer zonasıdır. Bu zonaya ancaq ən yaxın emosional təmasda olan adamlar nüfuz edə bilərlər. Yad adamın bu zonaya daxil olması kəskin emosional reaksiyalarla müsayiət olunur.
2.Şəxsi zona (46 sm-dən 1,2 m-ə qədər) - dostlar üçün optimal ünsiyyət sahəsidir . Bu sahədə dostların bir -birinə toxunması mümkündür.
3.Sosial ünsiyyət zonası (1, 2 m-dən 3,6 m-ə qədər) - isgüzar ünsiyyət üçün səmərəli məsafədir. 4.Kütləvi zona (3,6 sm-dən daha cox) - ictimai yerlərdə bir-birini tanımayan adamlar arasında ünsiyyət üçün səmərəli məsafədir.
Yüklə 24,81 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə