Kompaniyanin idarə ediLMƏSİNDƏ İnformasiya sistemləRİNİN İSTİfadəSİNİn səMƏRİLİLİYİNİN


Magistr dərəcəsi almaq üçün təqdim



Yüklə 1,23 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix03.04.2022
ölçüsü1,23 Mb.
#85010
1   2   3   4   5   6   7   8   9   ...   22
Əliyev Elçin 060632-İdarəetmədə İnformasiya Sistemləri 738ms

Magistr dərəcəsi almaq üçün təqdim  

edilmiş dissertasiyanın  

REFERATI  

Qloballaşan  dünyada  həyatımızı  informasiya  texnologiyalarsız  təsəvvür etmək 

mümkün  deyil.İnformasiya  texnologiyaları  gündəlik  həyatımızın  ayrılmaz  hissəsinə 

çevrilmişdir.Hal  hazırda  elə  bir  müəssisə,təşkilat  yoxdur  ki,  orada  informasiya 

texnologiyalarından istifadə  edilməsin.İnformasiya texnologiyaları insanların dünyaya 

çıxışını  asanlaşdırır.Araşdırmalar nəticəsində məlum  olmuşdur ki,  ən  böyük bizneslər 

informasiya texnologiyalarına əsaslanan, virtual məhsullar təklif edən şirkətlər tərəfindən 

həyata  keçirilir.İnformasiya  texnologiyaları  cəmiyyətin  inkişafına,  şirkətlərin  biznes 

rəqabəti mühitində sağlam əsaslarla fəaliyyət göstərməsinə kömək edir. 

2020-ci il məlum pandemiyadan sonra, ölkəmizdə informasiya texnologiyalarının 

əhəmiyyəti daha da artdı.Məsafələrin uzaqlığından aslı olmayaraq informasiya sistemləri 

insanların gündəlik iş proseslərinin dayanmasının qarşısını aldı.Elektron təhsil, elektron 

hökümət,  e-ticarət  sistemləri  bu  pandemiya  dövründə  öz  əhəmiyyətini  bir  daha 

göstərdi.İnformasiyanın vacib olduğu bu  dövrdə, kompaniyaların inkişafı informasiya 

sistemlərindən aslıdır. 

 Bir bank sistemi düşünün.Nəzərə alsaq ki, informasiya sistemi bank sisteminin 

fəaliyyətinin əsasını təşkil edir.İnformasiya sistemində yaranan ən xırda problem, böyük 

maliyyə itkilərinə gətirib çıxara,böyük vəsaitlərin və müştərilərin itirilməsinə səbəb ola 

bilər. 

Ölkə və dünyada informasiya sistemlərinin qurulması,mükəmməl infrastrukturun 

yaradılması,bu sahədə kadr hazırlığının aparılması önəmli məsələlərdəndir. 

Bütün bu sadaladığımız səbəblər, dissertasiya işinin aktuallığının göstəricisidir.  




 

 

Dissertasiya  3  fəsildən,girişdən,nəticədən  ibarətdir.1-ci  fəsildə  xaricdə  və 



ölkəmizdə istifadə olunan mövcud informasiya sistemlərinə baxılmış, onların müsbət və 

mənfi cəhətləri araşdırılmışdır.Kompaniyanın idarəedilməsində informasiya sistemlərdən 

istifadə  praktikası araşdırılmış, informasiya sisteminin kompaniyanın idar əedilməsinə 

göstərdiyi təsirlər təhlil olunmuşdur. 

2-ci fəsildə kompaniyanın idarəedilməsində informasiya sistemlərinin qurulma prinsipləri 

araşdırılmış,dünya praktikası təhlil olunmuşdur.İnformasiya sistemlərinin keyfiyyətli və 

effektiv qurulması üçün müxtəlif üsul və metodlar təhlil olunmuşdur. 

Araşdırma prosesində həm xarici, həm də yerli proqram təminatlarının prinsipləri 

araşdırılmışdır.Mənbə  olaraq,  xarici  və  yerli  ədəbiyyatlardan,  proqramlaşdırma 

texnologiyalarının sənədlərindən istifadə  edilmişdir.Mövzu sahəsinin təhlili  üçün  real 

nümunələr əsas götürülmüşdür. 

3-cü fəsildə müasir texnologiyalardan istifadə edilərək, müəyyən bir müəssisə üçün 

informasiya  sisteminin  qurulması  prosesi aparılmışdır.Sistemin qurulması prosesində 

verilənlər bazasının idarəedilməsi sistemlərindən və proqramlaşdırma dillərindən istifadə 

edilmişdir. 

Proqram  təminatı  hazırlanarkən  mövcud  tələblər  nəzərə  alınmış,qurulma 

prosesində müasir texnologiyalardan istifadə edilmişdir. 

Verilənlər bazasının qurulmasında Microsoft Sql Server sistemindən, proqram təminatı 

qurularkən  C#  proqramlaşdırma  dilindən,ASP.NET  veb  texnologiyalarından  istifadə 

edilmişdir. 

Sistemin verilənlər bazası ilə əməliyyatlar müxtəlif SQL sorğular hazırlanmışdır. 

Daha sonra proqram təminatında EntityFramework texnologiyaları vasitəsilə verilənlər 

bazası ilə proqram təminatı arasında əlaqə qurulmuşdur. 



 

 

İnterfeysin  qurulmasında  HTML,CSS  veb  brauzer  texnologiyalarından  istifadə 



edilmişdir. 

Dissertasiya  işi  araşdırmalardan  və  praktiki  hissədən  çıxarılmış  nəticələrlə 

yekunlaşdırılmışdır. 



 

 

MÜNDƏRİCAT 

GİRİŞ..................................................................................................................................7 

FƏSİL I. Kompaniyanın idarəedilməsində informasiya sistemlərinin rolu ......................8 

     1.1.  Magistr layihəsi mövzusunun analizi ...................................................................8 

     1.2.   Kompaniyanın idarə edilməsində istifadə olunan informasiyasi sistemlərinə 

ümumi baxış.....................................................................................................................11  

     1.3.  Kompaniyanın idarə edilməsində istifadə olunan informasiyasi sistemlərinin 

növləri.............................................................................................................................. 16 

    1.4 İnformasiya sistemlərindən istifadənin ölkədəki vəziyyəti................................... 25  

 

FƏSİL II. Kompaniya üçün informasiya sisteminin qurulmasının əsasları.....................29 

     2.1. Kompaniya üçün informasiya sisteminin metodologiyası ..................................29 

     2.2. Kompaniya üçün informasiya sistemində verilənlərin analizi............................ 33 

     2.3.   Sistemin iş prinsipini əks etdirən sxemin qurulması ........................................ 44 

FƏSİL III. Kompaniya üçün informasiya sisteminin qurulması .....................................45 

     3.1.Verilənlər bazasının layihələndirilməsi…..…………………….......................... 45 

     3.2.  Verilənlər bazasının qurulması ……………….......................………..............  48 

     3.3. Proqram təminatının qurulması  ..……................................................................55 

Nəticə............................................................................................................................... 65 

İstifadə olunmuş ədəbiyyat ............................................................................................  66 



 


Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə