Konstitusiya hüququ


Q A N U N   11  (265),  2016



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix19.10.2018
ölçüsü0,56 Mb.
#74644
1   2   3   4   5   6

Q A N U N   11  (265),  2016

Bunlardan  birincisi  monarxm  hüquqi,  çox 

vaxt həm də faktiki qeyri-məhdud hakimiyyə- 

ti  ilə xarakterizə olunur.  Ikincisi  isə monarxm 

hakimiyyət  səlahiyyətlərinin  konstitusiya  ilə 

m üxtəlif  dərəcədə  məhdudlaşdırılm asm ı 

nəzərdə tutur.

Mütləq monarxiya  e b   idarəetmə  forması- 

dır ki, bu zaman ali dövbt hakimiyyəti  bütün- 

lüklə  bir  şəxsə  -   monarxa  (çara,  imperatora, 

krala,  sultana)  məxsusdur.  Mütləq  monarxiya 

idarəetmə  formasının  əsas  əlaməti  monarxın 

səlahiyyətlərini  m əhdudlaşdıran  heç  bir 

dövlət  orqanının  olmamasıdır.  M ütbqiyyətin 

yaranması  burjua  m ünasibətlərinin  ə m əb  

gəlməsi  və  feodalizmin  və  köhnə  feodal 

silklərinin  dağılmağa  başlaması  prosesi  ilə 

əlaqədar  olmuşdur.  M ütləq  monarxiyanın 

daha  mühüm  cəhətlərinə  silki-nümayəndəli 

təsisatların  tam  tənəzzülü,  monarx  hakimiy- 

yətinin  hüquqi  cəhətdən  qeyri-məhdudluğu, 

onun  birbaşa  tabeçiliyində  və  sərəncamında 

daimi  ordunun,  polisin  və  geniş  bürokratik 

aparatın  olması  daxildir [6,  s.231].

M ütbqiyyət  dövründə  şəxsi  həyata  dövlə- 

tin  müdaxiləsi  əvvəlki  kimi  məcburiyyət 

yönümünə  malik  olsa  da  daha  sivilizasiyalı 

forma  alır,  hüquqi  cəhətdən  təsbit  olunur.  Bu 

idarəetmə  forması  indiyə  qədər  də  bir  çox 

ölkələrdə  qalmaqdadır.  Belə ki,  Oman sultan- 

lığında,  Bəhreyndə,  Qətərdə,  Küveytdə, 

Səudiyyə  Ərəbistanında,  B irb şm iş  Ərəb 

Əmirliklərində  konstitusiyalar  olsa  da  onlar 

demokratik  yolla  qəbul  olunmamış,  monarx- 

lar tərəfmdən bəxş  edilmişdir.  Digər tərəfdən, 

konstitusiyaların  qüw əsi  tez-tez  dayandırılır. 

Konstitusiyalara  görə  bütün  hakimiyyət  -  

qanunvericilik,  icra və  məhkəmə hakimiyyəti 

monarxdan  törəmədir.  Bu  ölkələrdə  parla- 

mentlər  qanunlara  dair  məşvərətçi  orqan 

funksiyasmı  yerinə  yetirir,  çünki  onların 

qərarları  monarxın  razılığı  olmadan  hüquqi 

qüvvə  kəsb  etmir.  Qeyd  etdiyimiz  ölkələrin 

konstitusiya  və  parlam enlərinin  olmasına

baxmayaraq,  onlar  əslində  monarxın  haki- 

miyyətini  məhdudlaşdırmır  və  bu  d ö v b tb r 

faktiki  olaraq  m ü tb q   monarxiyalar  hesab 

olunur.  Eyni  sö zb r  Bruney  suultanlığına  da 

aiddir.  Hazırda mövcud olan mütləq monarxi- 

yaların  idarəetmə  sistemində  a ib   şurası  və 

islam dini xüsusi əhəmiyyət kəsb edir. Kral ali 

ruhani  şəxs  hesab  olunur,  onun  dünyəvi 

hakimiyyəti  dini  hakimiyyəti  i b   çulğalaşır. 

Odur  ki,  qeyd  edə  bibrik  ki,  hazırda mövcud 

olan  m ütbq  monarxiyalar  m ütbq  -  teokratik 

monarxiyalardır.

Konstitusiyalı  monarxiya  -   monarx  haki- 

miyyətinin  nümayəndəli  orqanlarla  əhəmiy- 

yətli  dərəcədə  məhdudlaşdırıldığı  ıdarəçilik 

formasıdır.  Adətən,  bu  məhdudiyyət  parla- 

ment  tərəfindən  təsdıq  edibn  konstitusiya  ib  

müəyyən  edilir.  Monarxın  isə  konstitusiyanı 

dəyişdirmək  hüququ  yoxdur.  Konstitusiyalı 

monarxiya  idarəetmə  forması  kimi  burjua 

cəmiyyətinin  təşəkkül  tapdığı  dövrdə  yaran- 

mışdır.  Hazırki  vaxta  kimi  Avropa  və  Asiya- 

nın  bir  sıra  ölkəbrində  о  öz  əhəmiyyətini 

formal  olaraq  itirməmişdir  (Böyük Britaniya, 

Danimarka,  Ispaniya,  Norveç,  Isveç,  Yaponi- 

ya və başqalan).

Konstitusiyalı 

monarxiya  dualist  və 

parlamenli monarxiyaya ayrılır.

Dualist  monarxiyada  konstitusiya  (çox 

vaxt  о  da xalqa  monarx  tərəfmdən  bəxş  edil- 

mişdir) və parlament mövcuddur.  Parlamentin 

iştirakı  olmadan  qanunlar qəbul  e d ib  bilməz, 

lakin  hökum ət  (N azirb r  Şurası)  monarx 

tərəfındən təyin edilir və parlament qarşısında 

deyil,  yalnız  monarx  qarşısında  məsuliyyət 

daşıyır.  Belə  m onarxiyalarda  ənənəbrin, 

monarxın  şəxsiyyətinin,  habeb  dini  amillərin 

təsiri  nəticəsində  kralın  hakimiyyəti  faktiki 

olaraq konstitusiyada müəyyən olunduğundan 

genişdir.  K onstitusiyaya  görə  parlamentli 

monarxiyaya  yaxın  olan  bəzi  monarxiyalar 

(məsələn,  Iordaniya,  Mərakeş, Nepal)  əslində 

düalistdir.  Bu  ölkəbrin  monarxları  dəfələrlə




Q A N U N   11  (265),  2016

parlamentləri  buraxmış  və  illərlə,  bəzən  isə 

onilliklərlə  təkbaşına  hökmranlıq  etmişlər. 

Həm  də  konstitusiyalarda  nəzərdə  tutulmuş 

hökumətin  parlament  qarşısmda  məsuliyyəti 

çox vaxt görüntü xarakteri  daşıyır.

Parlamentli monarxiyada demokratik yolla 

qəbul  olunmuş  konstitusiya  qüvvədədir, 

qanunvericilik hakimiyyəti seçkili parlamentə 

məxsusdur.  Monarx  hüquqi  cəhətdən  döv b t 

başçısı  olaraq  qalır.  Lakin  o,  ölkənin  idarə 

olunmasında  faktiki  olaraq  iştirak  etmir. 

Burada  monarx  siyasi  hakimiyyətdən  kənar- 

laşdınlmışdır  və  onun  hakimiyyəti  simvolik, 

rəmzi xarakter daşıyır. Yaponiyanm  1946-cı  il 

konstitusiyası  monarxa  siyasi  hakimiyyətə 

malik  olmanı  birbaşa  qadağan  edir,  başqa 

ölkələrdə  isə  (məsələn,  Böyük  Britaniyada) 

monarx  dövlətçilik  təcrübəsi  gedişində  adət 

şəklində  yaranmış  şərti  normalar  əsasmda 

hakimiyyət  səlahiyyətlərindən  məhrum  edil- 

mişdir.


Parlamentli  monarxiyada  hökumət  yalnız 

parlam ent  qarşısmda  məsuliyyət  daşıyır. 

Düzdür,  konstitusiyaya  görə,  hökumət,  adə- 

tən,  monarx  tərəfindən  təyin  edilsə  də,  b e b  

təyinat,  bir  qayda  olaraq,  sırf formal  xarakter 

daşıyır.  Əslində hökuməti  kral  tərəfındən  Baş 

nazir  təyin  edilmiş  və  parlamentdə  əksəriy- 

yətə  malik  partiyanın  lideri  təşkil  edir.  Kral 

başqa şəxsi  Baş nazir təyin edə bilməz,  çünki 

kabinetin  digər  tərkibi  parlamentə  hökumət 

proqramı  təqdim  edibrkən  etimad  votumu 

qazana  bilməyəcəkdir.  Bu  hal  kralın  Baş 

naziri  təyin  etməsi  səlahiyyətinin  formal 

xarakter  daşıdığmı  təsdiq  edir.  Hər  hansı  bir 

parlamentdə  əksəriyyət əldə  edə bilmədiyi  və 

siyasi  partiyaların  koalisiyah  hökumət  yarat- 

maq haqqında razıhğa gələ bilmədiyi hallarda 

kral  Baş  nazir  vəzifəsinə  nam izədliyin 

seçilməsində  daha  müstəqil  rol  oynayır  (Bel- 

çika,  Danimarka,  Niderlandın  təcrübəsində 

buna təsadüf edilir)  [7,  s.401].

Parlamentli monarxiyada dövbt başçısı  ya 

parlament tərəfındən qəbul  olunmuş qanunlar 

barəsində veto hüququna malik deyil  və şəxsi 

etirazlan  olsa da,  onları  imzalamalıdır,  yaxud 

veto  hüququndan istifadə etmir.

Nəticə  etibarib  parlamentli  monarxiyanın 

aşağıdakı  əsas əlamətlərini  qeyd edə bibrik:

-   hökumət  parlamentə  seçkibrdə  səsbrin 

əksəriyyətini  toplayan  müəyyən  partiyanm 

(və  yaxud  partiyaların)  nümayəndəbrindən 

təşkil  olnnur;

-   parlamentdə  daha  çox  mandan  almış 

partiyanm lideri hökumət başçısı olıır;

-  qanunvericilik,  icra  və məhkəmə sahələ- 

rində  monarxın  hakimiyyəti  faktiki  surətdə 

olmur,  o, rəmzi  xarakter daşıyır;

-   qanunvericilik  aktlan  parlament  tərə- 

fındən  qəbul  edilir  və  formal  olaraq  monarx 

tərəfındən  imzalanır,  monarxm  qanunlara 

veto tətbiq etmək hüququ demək olar ki, möv- 

cud olmur;

-   hökumət  konstitusiyaya  uyğun  olaraq 

monarx qarşısında deyil, parlament qarşısında 

məsuliyyət daşıyır.

M onarxiya  idarəetmə  formasmın  qeyd 

olunan növbri  i b  yanaşı,  qeyri-tipik forması- 

na  da  təsadüf  olunur.  Artıq  qeyd  etdiyimiz 

kimi,  monarxiya  idarəetmə  formasınm  əsas 

cəhəti  ondan  ibarətdir  ki,  dövbt  başçısı  -  

monarx  öz  hakimiyyətini  irsən  əldə  edir  və 

onu ömürlük daşıyır.  Lakin  Malayziya dövb- 

tində m əsəb bir qədər başqadır. Malayziya  13 

subyektdən  ibarət  olan  federativ  dövbtdir və 

subyeklərdən  9-u  monarxiya  formasına  ma- 

likdir (sultanlıq) və onlara hakimiyyətini irsən 

əldə edən sultanlar başçılıq əldə edir və yalnız 

bu  sultanlar  tərəfmdən  idarəedənlər  şurası 

yaradılır  ki,  о  da  hər  beş  ildən  bir  dövlət 

başçısını  seçir.  Praktiki  olaraq  dövbt  başçısı 

postuna  sultanlar  Şura  tərəfmdən  növbə  ib  

seçilirbr.  Lakın göründüyü kimi, burada döv- 

b t  başçısı  postuna  istənilən  vətəndaş  seçib



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə